AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində mayın 12-dən 16-dək Bakıda “Kimyəvi maddələrin dağıdılmasının nəticələrinin aradan qaldırılması zamanı həyata keçirilən tədbirlər” mövzusunda beynəlxalq təlim, Londonda “Vyana-99” sənədi çərçivəsində hərbi hissəyə səfər, Almaniyanın Oberammerqau şəhərində “NATO-nun Sülhü Dəstəkləmə Əməliyyatları” kursu keçirilir.
Mayın 13-dən 15-dək Bakıda “Eternity-2008” kompyuter dəstəkli komanda qərargah təliminin ilkin planlaşdırma konfransı, mayın 13-dən 20-dək Almaniyanın Baumholder şəhərində “Combined Endeavor- 2008” təliminin yüksək səviyyəli qonaqlar günü, mayın 14-dən 15-dək Kopenhagen şəhərində (Danimarka) koalisiyaya üzv olan dövlətlərin 6-cı planlaşdırma konfransı, mayın 15-də Belçikanın Mons şəhərində “Əməliyyatlar üzrə müttəfiq komandanlığın hərbi əməkdaşlıq sahəsində hazırlıq” işçi görüşü, Brüsseldə Avratlantik Tərəfdaşlıq Şurasının Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində növbəti görüşü, mayın 16-da Bakıda “Azərbaycan Respublikası Silahlı Qüvvələrində kütləvi informasiya vasitələri ilə münasibətlərin tənzimlənməsi qaydaları”mövzusunda seminar, mayın 16-dan avqustun 8-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində “C.Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Ali Təhlükəsizlik Araşdırmaları proqramı çərçivəsində” növbəti kursu, mayın 18-dən 24-dək Qazaxıstanın Almatı şəhərində “Qərargah zabitləri üçün tanışlıq” kursu keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, həmin tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edirlər.