AZƏRBAYCAN HƏRBÇİLƏRİNİN ALMANİYA, ABŞ VƏ TÜRKİYƏ İLƏ İKİTƏRƏFLİ HƏRBİ ƏMƏKDAŞLIĞI MÖHKƏMLƏNİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, aprelin 21-dən mayın 9-dək Hamburq şəhərində “BMT Qərargah zabiti kursu” keçirilir.
Azərbaycan ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində “Sülhməramlı əməliyyatlar zamanı qüvvələrin tətbiqi qaydaları üzrə seminar” (22-24 aprel), Türkiyə ilə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Ankarada “Əzələ-oynaq şişlərinin cərrahiyyəsi” kursu (25 aprel-16 may) işə başlayacaqdır.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.