AZƏRBAYCAN İDMANÇILARININ PEKİN YAY PARALİMPİYA OYUNLARINDA QAZANDIQLARI MEDALLARIN SAYI 6-YA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, XIII Pekin Yay Paralimpiya oyunlarında iştirak edən Azərbaycan yığmasının üzvü - atlet Zeyniddin Bilalov komandamıza sentyabrın 12-də daha bir medal qazandırmışdır.
Üç təkanla tullanma yarışında mübarizə aparan Z.Bilalov gümüş medala layiq görülmüşdür. Bununla da, paralimpiyaçılarımızın qazandığı medalların sayı 6-ya çatmışdır. Bundan əvvəl isə idmançılarımız İlham Zəkiyev qızıl, Tofiq Məmmədov və Kərim Sərdarov gümüş, Ramin İbrahimov və Vladimir Zayets isə bürünc medal qazanmışlar.
Beləliklə, Azərbaycan yığması medal qazanan ölkələrin siyahısında 32-ci pillədə qərarlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]