AZƏRBAYCAN KARATEÇİLƏRİ MƏRAKEŞİ FƏTH ETMƏYƏ GEDİRLƏR
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycan karateçiləri noyabrın 10-16-da Mərakeşin paytaxtı Rabatda keçiriləcək kadetlər və yeniyetmələr arasında 6-cı dünya çempionatında ölkəmizi təmsil edəcəklər. Beynəlxalq Karate Federasiyasının versiyası ilə 14-15 və 16-17 yaş dərəcələrində karateçilərin dünya çempionatı bu il ilk dəfə keçiriləcəkdir.
Kadetlərin yarışında (14-15 yaş) ölkəmizi kumitedə Elmin Ağayev (52 kq), Fəridə Əbiyeva (54 kq-dan artıq), Dəmirəl Vahabzadə (70 kq), Fəyyaz İldırımzadə (70 kq-dan artıq), katada isə Ağabəy Mirzəyev təmsil edəcəklər.
Yeniyetmələrin yarışında (16-17 yaş) kumitedə İlahə Qasımova (53 kq), Əli Hüseynov (55 kq), Surə Fərəcli (59 kq), Tural Ələkbərli (61 kq), Ayxan Mamayev (68 kq), Səid Quliyev (76 kq), Asiman Qurbanlı (76 kq-dan yuxarı), katada isə Elvin Eyvazov, Tural Balacanlı və Musa Musayev iştirak edəcəklər.
18-20 yaşlı yeniyetmələr isə ölkəmizi kumitedə Məhəmməd Quliyev (68 kq) və Sənan Əliyev (78 kq) təmsil edəcəklər.
Komanda ilə birlikdə dünya çempionatına yığmanın əsas məşqçiləri Rəhman Hətəmov (kumitedə), Vahid Eyvazov (katada), məşqçilər Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Yusif Cəfərov və hakim Yusif Məmmədov gedəcəklər. Nümayəndə heyətinə milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:59]
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO
- 17.10.2026 [21:39]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]