Azərbaycan Kredit Bürosuna kredit təşkilatlarından daxil olan sorğuların sayı artıb
Bakı, 24 aprel, AZƏRTAC
Birinci rübün yekunlarına əsasən, Azərbaycan Kredit Bürosu (AKB) ilə müqavilə imzalamış təşkilatların sayı 123-ə çatıb.
AKB-dən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə üç yeni təşkilat, o cümlədən bir bank olmayan kredit təşkilatı (BOKT), bir kredit ittifaqı və bir lizinq şirkəti ilə müqavilə imzalanmış və büro sisteminə inteqrasiya edilib. AKB-nin sistemindən 30 bank və 39 BOKT istifadə edib. Qeyd olunan müddətdə büroda banklar və BOKT-lar tərəfindən 567 min 525 sorğu həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 40 faiz çoxdur.
Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə analoji sistemdən kredit təşkilatları tərəfindən 405 min 544 sorğu yerinə yetirilib. Büroda aparılmış sorğuların 505 min 27-si (89 faiz) banklar, 62 min 498-i (11 faiz) isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.
Bu müddətdə 5511 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədilə büroya müraciət edib. Müraciət etmiş şəxslərin 5 min 466-sı (99,2 faiz) fiziki, 45-i (0,8 faiz) isə hüquqi şəxslər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]