RƏSMİ XRONİKA
Azərbaycan-Monteneqro sənədləri imzalanmışdır
![Azərbaycan-Monteneqro sənədləri imzalanmışdır](/files/2011/3/1200x630/1485241328166545153_1200x630.jpg)
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Prezident İlham Əliyevin və Prezident Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimi olmuşdur.
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Monteneqronun Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Monteneqronun mədəniyyət naziri Branislav Miçunoviç imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzaladılar.
######
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.06.2024 [01:03]
Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib
- 25.06.2024 [21:04]