Azərbaycan NATO PA-nın 69-cu illik sessiyasında təmsil olunacaq
Bakı, 5 oktyabr, AZƏRTAC
Danimarka Krallığının Kopenhagen şəhərində NATO PA-nın 69-cu illik sessiyası keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycan da təmsil olunacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, toplantıda iştirak edəcək Azərbaycan nümayəndə heyətinə NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibində Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev yer alıblar.
İllik sessiya çərçivəsində NATO PA Bürosunun, Siyasi, demokratiya və təhlükəsizlik, həmçinin Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, eləcə də Elm və texnologiya komitələrinin iclasları da keçiriləcək.
Milli Məclisin deputatları iclaslarda müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]