SİYASƏT
Azərbaycan neftçiləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər
Bakı, 11 may (AZƏRTAC). Mayın 10-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və kollektivi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89 illik yubileyi ilə əlaqədar Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət etmişlər.
AZƏRTAC xəbər verir ki, şirkət nümayəndələri müstəqilliyimizin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi, suveren Azərbaycan dövlətinin qurucusu və memarı mərhum Prezident, xalqımızın ümummilli lideri Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə tər çiçəklər düzmüş, ruhu qarşısında baş əymişlər.