AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏK
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan nümayəndə heyətinə ARDNŞ-in, müxtəlif ekologiya təşkilatlarının nümayəndələri daxildirlər. Konfrans iştirakçıları - Xəzəryanı ölkələrin təbiəti mühafizə qurumlarının rəhbərləri, beynəlxalq ekspertlər, neft şirkətlərinin nümayəndələri bu nadir sututarın ekoloji problemlərini, Xəzərdəki yataqlar işlənilərkən ətraf mühit üçün təhlükəsiz olan müasir texnologiyalardan istifadə, region ölkələrinin ekologiya sahəsində əməkdaşlığının səviyyəsini yüksəltmək məsələlərini müzakirə edəcəklər.
Qazaxıstan mətbuatının məlumatına görə, Xəzəryanı dövlətlərə dənizin bioloji ehtiyatları və mühafizəsi ilə bağlı obyektiv məlumat almağa imkan vermək üçün bu konfransı hər il keçirmək planlaşdırılır. Təşkilatçılar ikinci beynəlxalq Xəzər konfransını gələn ilin payızında İstanbulda keçirməyi nəzərdə tutmuşlar. Türkiyə növbəti forumun keçiriləcəyi yer kimi təsadüfən seçilməmişdir, belə ki, gələn il Xəzər dənizi və Qara dəniz hövzələrinin ətraf mühitinin mühafizəsi məsələləri müzakirə ediləcəkdir.