Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ STRASBURQA GƏLMİŞDİR

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri İlham Əliyevin başçılığı ilə deputat qrupunun üzvləri - S.Seyidov, V.Vəkilov, N.Şahtaxtinskaya, G.Hacıyeva, R.Hüseynov, N.İbrahimov, Q.Əlibəyli, Ə.Hüseynov, habelə Milli Məclis Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri A.Qasımov, deputat E. Məmmədov, Şuşa rayonu icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri N. Bəhmənov, icra başçısının Şuşa şəhəri üzrə nümayəndəsi V. Hüseynov, Şuşa şəhəri 1 nömrəli məktəbin direktoru S. Babayeva Strasburqa gəlmişlər. 

AŞPA-nın yay sessiyasının gündəliyinə insan həyatı üçün ciddi təhlükə yaradan tütün istehsalına qarşı mübarizə, Şimali Amerikada qadınların vəziyyəti, beynəlxalq idarəçiliyə parlament nəzarəti, Yuqoslaviya, Azərbaycan, Gürcüstan və Ermənistanda qaçqın və məcburi köçkünlərin vəziyyəti, kimyəvi silahlardan istifadənin ətraf mühitə təsiri və digər məsələlər daxildir.

X X X

İyunun 24-də Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçiləri Avropa Şurasının baş katibi Valter Şvimmerlə görüşmüşlər.

Görüş zamanı nümayəndə heyətinin başçısı İ.Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, ölkəmizin 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşməsi, onların çətin şəraitdə yaşaması barədə ətraflı məlumat vermiş və AŞ-nin öz nüfuzundan istifadə edərək, Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həllinə kömək göstərməsini xahiş etmişdir.

Nizami Bəhmənov Ermənistanın AŞ-na üzv olarkən götürdüyü öhdəliklərə əməl etməyərək, işğal altında saxladığı torpaqları azad etməməsindən ciddi narahat olduğunu bildirmiş, çadır şəhərciklərində məskunlaşmış qaçqın və köçkünlərin dözülməz şəraitdə yaşadığından söhbət açmış, AŞ-nin bütün imkanlarından istifadə etməklə Ermənistana təzyiq göstərilməsini xahiş etmişdir.

Cənab Valter Şvimmer nümayəndə heyətimizin rəhbəri İlham Əliyevin fikirləri ilə razılaşdığını bildirərək, Ermənistan-Azərbaycan münaqişəsindən, təkcə Azərbaycanda deyil, həm də digər Avropa ölkələrindəki qaçqın və məcburi köçkünlərin vəziyyətindən AŞ-nin ciddi narahat olduğunu söyləmiş, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsində maraqlı olduğunu vurğulamışdır.

Milli Məclisin nümayəndə heyətinin rəhbəri İlham Əliyevin Azərbaycanda və ümumiyyətlə, beynəlxalq aləmdə artıq böyük nüfuza malik olduğunu vurğulayan AŞ-nin baş katibinin fikrincə, kommunikasiyaların açılması münaqişənin tezliklə həllində irəliyə doğru addım olardı.

İlham Əliyev bu məsələdə ölkəmizin qəti mövqeyini ifadə edərək, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasının yalnız işğal altındakı ərazilərin azad edilməsindən mümkün ola biləcəyini bildirmiş və demişdir ki, Ermənistan həmin əraziləri azad etməyincə bu barədə heç bir danışıq aparılmayacaqdır.

X X X

X X X

Həmin gün Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı İlham Əliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Avropa Şurasının insan hüquqları üzrə komissarı Alvero Xil-Robleslə görüşmüşlər.

İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ağır nəticələri, XX əsrin ən böyük faciələrindən olan Xocalı qırğını, bu soyqırıma başçılıq etmiş şəxslərin hazırda qondarma “Dağlıq Qarabağ Respublikası”nda rəhbər vəzifələrdə çalışması barədə məlumat vermişdir.

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Elman Məmmədov və Vaqif Hüseynov Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin AŞ kimi mötəbər təşkilatın rəhbərliyi ilə onların görüşünün təşkili üçün şəxsi təşəbbüs göstərməsini yüksək qiymətləndirmişlər. Onlar vurğulamışlar ki, insan hüquqları komissarının səlahiyyətləri bir o qədər geniş olmasa da, Ermənistanın işğalçılıq siyasətinə münasibət bildirmək, 1 milyondan artıq qaçqın-köçkün insanın hüquqlarının qorunması ilə maraqlanmaq onun bilavasitə işidir. Bildirilmişdir ki, Ermənistan işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldırmışdır. “Dənizdən dənizə uzanan Ermənistan imperiyası” yaratmaq xülyasına düşmüş ermənilərin bu siyasətinə son qoyulmalıdır.

Görüşdə nümayəndələr Xocalı soyqırımını ətraflı açıqlayaraq bildirmişlər ki, bu faciəyə indiyə qədər beynəlxalq səviyyədə siyasi qiymət verilməməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərlərinin hərbi canilər kimi məsuliyyətə cəlb edilməməsi Xocalı camaatının ciddi narazılığına səbəb olmuşdur. Bu məsələyə komissar xüsusi diqqət yetirməli, xocalılıların xahişini nəzərə alaraq, məsələni AŞPA-nın sessiyalarının birində ətraflı müzakirə etməlidir.

Azərbaycan nümayəndə heyətinin başçısı İlham Əliyev demişdir ki, ermənilərin tutduğu qeyri-konstruktiv mövqe nəticəsində Minsk qrupunun xətti ilə aparılmış danışıqlar bu günə qədər müsbət nəticə verməmişdir. Hər iki dövlətin üzv olduğu Avropa Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə öz münasibətini bildirməli və Ermənistandan işğal olunmuş ərazilərdən tezliklə çıxmağı tələb etməlidir.

Daha sonra İlham Əliyev humanitar təşkilatların qaçqın və məcburi köçkünlərə göstərdiyi yardımı azaltmasından danışmış, komissardan xahiş etmişdir ki, öz nüfuzundan istifadə edərək, yardımın davam etdirilməsi və artırılması üçün humanitar təşkilatlarla təmasda olsun, bu məsələnin Azərbaycandan ötrü xüsusi əhəmiyyətini onların diqqətinə çatdırsın. Avropa Şurası 1 milyondan artıq qaçqın və məcburi köçkünün problemlərinə ciddi diqqət yetirməlidir.

Cənab Alvero Xil-Robles komissarın, əsasən, insan hüquqları ilə məşğul olduğunu xatırlatmış, siyasi danışıqlara müdaxilə edə bilməsə də, məsələnin həllini nəzarətdə saxlayıb müəyyən kömək göstərəcəyini, qaçqın və məcburi köçkünlərin vəziyyətlərinin yaxşılaşması sahəsində səylərini artıracağını vurğulamışdır. O demişdir ki, bu problemlə bağlı sentyabr ayında Bakıda seminar keçiriləcək və həmin müddətdə çadır şəhərciklərinə gedərək vəziyyətlə yaxından tanış olacaqdır.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

STRASBURQ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna dronları Rusiyanın neft-kimya kompleksinə zərbə endirib

Bu saata olan əsas xəbərlər

Güclü zəlzələ Kolumbiyada dağıntılara səbəb olub, ölənlər və yaralananlar var

DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır

Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub

Londonda 8 milyon funt sterlinqdən çox dəyəri olan avtomobillər müsadirə edilib

Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb

Çəltik sahələrinin dövlət dəstəyi ilə sığortalanması avqustun 20-dək davam edəcək

Naxçıvanda ictimai nəqliyyatda istifadə olunacaq kartların satışı hansı ünvanlarda həyata keçiriləcək?

Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma ev sahibliyi edəcək

Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb

“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

Yaşı 18-dək olan şəxslər üçün əmək münasibətləri sahəsində hansı güzəşt və təminatlar var?

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Politoloq: Azərbaycanın təşəbbüsləri Orta Dəhlizin və TRIPP layihəsinin reallaşması üçün mühüm zəmin yaradıb

Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib

Əlilliyi olan gənclərin peşə hazırlığı üzrə növbəti qiymətləndirilməsi təşkil edilib

İngiltərədə şirkət quran azərbaycanlı: Texnologiyanın əvəz etdiyi kadr yox, onu idarə edən mütəxəssis olun

Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır

Azərbaycanda daha bir aqropark yaradılıb

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

Çexiyada işsizlik 4,4 faizə yüksəlib

HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram

Azərbaycanda frilans anlayışının qanunvericilikdə təsbit olunması rəqəmsal iqtisadiyyata əlavə dəyər yaradacaq - Ekspert VİDEO

İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?

Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir – Araşdırma

Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb

Alimlər 37 dərəcəlik istiyə davam gətirən tetanus və difteriya peyvəndi hazırlayıblar

Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib

Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb

UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub

Almaniyada hava limanlarında dronlara qarşı müdafiənin gücləndirilməsi aktuallaşıb

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

AI bumu fonunda retrokompüterlərə maraq artır

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub