Azərbaycan Premyer Liqası: liderlər xal ehtiyatını artırır
Bakı, 25 sentyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun iki oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “İnter” öz meydanında “Kəpəz”i qəbul edib. Hazırda liderlər sırasında yer alan paytaxt klubu Gəncə təmsilçisi ilə oyunda favorit sayılırdı. Hesab proqnozu təsdiqləyib. Rəqibinə 1:0 hesabı ilə qalib gələn “İnter” turnir cədvəlində mövqeyini möhkəmləndirib.
Günün digər qarşılaşması da paytaxtda oynanılıb. “Rəvan” klubu öz meydançasında Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qəbələ”yə böyük hesabla məğlub olub: 0:3.
Hazırda “Qarabağ”, “Qəbələ” və “İnter” 13 xalla birinci-üçüncü yerləri bölüşürlər. Ağdam klubu rəqiblərinə nisbətən bir oyun az keçirib.
Turun digər görüşləri sentyabrın 26-27-də oynanılacaq. Bu turda “Qarabağ”-“Neftçi” oyunu daha çox maraq doğurur. Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə çempionatın vahid lideri olacaq. Xatırladaq ki, bu qarşılaşma sentyabrın 26-da saat 19:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [22:55]
Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib
- 17.10.2026 [21:59]
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO
- 17.10.2026 [21:39]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]