Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GORANBOY RAYONUNA SƏFƏRİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 13-də Gəncədən Goranboy rayonuna gəlmişdir. 

Yol boyunca yerləşən kəndlərin sakinləri dövlətimizin başçısını salamlamaq üçün çıxmışdılar. Onların əllərində Azərbaycanın dövlət bayraqları, Prezidentin portretləri var idi.

Prezident Heydər Əliyev Xoylu kəndi ərazisində maşından düşərək, camaatla səmimi görüşdü, onlara işlərində uğurlar arzuladı. Kənd sakinləri dövlətimizin başçısına minnətdarlıq etdilər, ölkəmizdə yaratdığı ictimai-siyasi sabitliyi və apardığı siyasəti daim dəstəklədiklərini, onunla fəxr etdiklərini söylədilər.

Goranboy rayonu icra hakimiyyətinin binası qarşısındakı meydana toplaşan minlərlə adam Prezident Heydər Əliyevi böyük təntənə ilə, hörmət və ehtiramla və musiqi ilə qarşıladı. “Möhtərəm cənab Prezident, bütün goranboylular Sizinlə fəxr edir”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu cənab Heydər Əliyevə eşq olsun!”, “Möhtərəm Prezident, goranboylular həmişə Sizinlədir”, “Heydər xalq- xalq Heydər”, “Mən həyatda yalnız üç şeyə arxalanmışam: Yaradanıma, zəhmətimə və bir də xalqıma. Bəlkə də ən çox xalqıma”, “Tariximiz bizim üçün dərs olmalıdır” sözləri yazılmış transparantlar diqqəti cəlb edirdi.

Azərbaycan Prezidentinə gül-çiçək dəstələri təqdim olundu, onun şərəfinə qurban kəsildi. Məktəbli qız Heydər babaya həsr olunmuş şer söylədi.

Sən elə bir zirvəsən,

Küləklər neyləyəcək,

Dünənim, bu günümsən,

Səninlədir gələcək.

Nə qədər Azərbaycan,

Nə qədər bu millət var,

Heydər xalqım deyəcək,

Xalq Heydər söyləyəcək.

Müstəqillik gəlib başa,

Düşmənlərin dönsün daşa,

Azərbaycan-Heydər qoşa,

Heydər baba, min il yaşa!

X X X

Dövlətimizin başçısı icra hakimiyyətinin binasında “Heydər Əliyev Goranboyda: 1978-1982” fotoguşəsinə də tamaşa etdi, o illəri bir daha xatırladı, xalq məhəbbətini əks etdirən bu şəkillərin saxlanılmasından məmnun olduğunu vurğuladı.

Sonra burada rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə müşavirə keçirdi. Müşavirəni Azərbaycan Prezidenti Heydər Əliyev açdı.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GİRİŞ SÖZÜ

-Hörmətli goranboylular!

Mən çox şadam ki, bu gün sizin rayona gəlmək fürsəti əldə etmişəm. Mən buraya çoxdan gəlmək istəyirdim. Ancaq rayondakı vəziyyət mənə gəlməyə o qədər imkan vermirdi. Nəhayət, bilirsiniz ki, iki ay bundan qabaq sizə yeni icra hakimiyyəti başçısı təyin etdik və bu iki ay müddətində, hiss edirəm ki, burada çox dəyişikliklər baş verib və işlər yaxşı tərəfə yönəlibdir. Ona görə də mən bu gün sizin rayona gəldim ki, sizinlə görüşüm, söhbət edim. Sizin rayonda yaratdığımız Aşağı Ağcakənd qəsəbəsinə də gedəcəyəm, orada Ermənistandan gələn qaçqınları yerləşdiririk.

Mən indi qısa olaraq icra hakimiyyətinin başçısını dinlədim. Amma sizin hamınızla birlikdə onu dinləmək istəyirəm, bir balaca məlumat versin. Amma çox uzun olmasın. Çünki mənim qabaqda da işlərim çoxdur. Görürəm, meydana çox adam yığışıbdır, gərək onlarla da görüşək, söhbət edək.

X X X

GORANBOY RAYON İCRA HAKİMİYYƏTİNİN

Rayonda pambıq istehsalı 35 min tona çatmışdır. Bütün bunlar insanların həyat şəraitinin, güzəranının yaxşılaşmasına səbəb olmuşdur. Lakin 1988-ci ildən 1993-cü ilin iyun ayınadək respublikamıza səriştəsiz, milli ruhdan uzaq olan adamların rəhbərlik etməsi ölkəmizin hər yerində bir çox dəyərlərimizə ciddi ziyan vurmuş, rayonumuz da sosial-iqtisadi tənəzzülə uğramışdır. Həmin illərdə rayonun bütün sənaye-tikinti müəssisələri dağıdılmışdır. Cənab Prezident, vaxtilə sizin təşəbbüsünüz ilə tikilmiş Kərpic zavodu, Ət kombinatı, Süd Məhsulları zavodu, ümumiyyətlə, istehsal təyinatlı bütün obyektlər dağıdılmışdır.

Goranboyun dağlıq hissəsində - qədim Gülüstan ərazisində yerləşən Üzüm Emalı zavodu, Qaraçinar Konserv zavodu, Ət kombinatı, Asfalt beton zavodu, Çörək zavodu, sosial-mədəni təyinatlı obyektlər və 2 mindən çox fərdi yaşayış evləri o vaxtkı rəhbərliyin səriştəsizliyi, laqeyidliyi nəticəsində dağıdılmış, viran edilmişdir. Cəbhə-Müsavat hakimiyyətinin tufanı qədim tarixi-mədəniyyət abidələrimizdən də yan keçməmişdir. Rayonumuzun çox böyük tarixi keçmişə malik Qaradağlı kəndindəki Kürəkçay qalası o vaxtkı rəhbərliyin tapşırığı ilə orada dəfinə axtaranların qurbanı olmuş, qazıntı zamanı yeraltı keçid çökülmüşdür. 1993-cü ildə cənab Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə tənəzzülün qarşısını almış, sosial-iqtisadi gerilik tədricən aradan qalxmağa başlamışdır.

Cənab Prezident!

Sizin gərgin əməyinizin bəhrəsi olan, xalqın rifahının yaxşılaşdırılması naminə həyata keçirilməsini təkidlə tələb etdiyiniz aqrar islahatlar respublikamızın hər yerində olduğu kimi Goranboy rayonunda da müsbət nəticələr vermişdir. 1996-cı illə müqayisədə rayonda taxıl istehsalı 10 min ton, iri buynuzlu mal-qaranın sayı 2438 baş, xırda buynuzlu mal-qaranın sayı 46 min 948 baş artmışdır. Cari ildə rayonda 36 min 683 ton taxıl istehsal edilmişdir. Əhalinin fərdi təsərrüfatlarında 29 min 362 baş iribuynuzlu, 171 min 136 baş xırda buynuzlu mal-qara vardır. 2000-ci illə müqayisədə taxıl istehsalı 15 min ton artmışdır. Heyvandarlıq və kənd təsərrüfatının digər sahələrində də hər il əvvəlki illərə nisbətən inkişaf müşayiət olunur.

Rayonumuzun iqtisadi potensialı böyükdür. Bu potensialın əsasını isə torpaq təşkil edir. 173,3 min hektar torpaq fondunun 80 min hektarı əkinə yararlıdır. Aqrar islahatla bağlı 20 min 285 ailəyə 44 min 403 hektar torpaq sahəsi daimi mülkiyyətə verilmişdir. Həyətyanı sahələrlə birlikdə vətəndaşların fərdi istifadəsində 50 min hektardan artıq torpaq sahəsi vardır. 24 min hektar qış otlaq sahəsi, 11 min hektar yay otlaqları heyvandarlıqla məşğul olan kəndli (fermer) təsərrüfatlarının və fiziki şəxslərin istifadəsindədir.

Qeyd etmək istəyirəm ki, vaxtilə rayonun ən çox gəlir verən sahələrindən biri - pambıqçılıq çox geriləmişdir. 1980-ci illərdə 35 min ton pambıq istehsal edən Goranboyda bu il cəmi 1,3 min hektar sahədə əkin keçirilmiş, 3 min ton məhsul gözlənilir. Bunun bir səbəbi taxılçılığa marağın artması, günəbaxan, qarğıdalı, çoxillik yem bitkiləri əkininin genişləndirilməsi ilə bağlıdırsa, digər bir səbəbi vətəndaşlara istehsal etdikləri pambıq məhsulunun dəyərinin vaxtında ödənilməməsidir.

“Goran-Pambıq” Açıq Tipli Səhmdar Cəmiyyətinin 2001-ci ildə əhalidən tədarük edilmiş məhsula görə 729 milyon manat ödənilməmiş borcu vardı. Elə bu faktın özü pambıqçılığın inkişafına kifayət qədər mənfi təsir göstərmişdir. Cəmiyyətin rəhbərliyi ilə razılaşmışıq ki, bu il məhsul zavoda təhvil verilən gün onun dəyəri ödənilir. İndiyədək 420 ton pambıq təhvil verilmişdir, haqqı da həmin gün ödənilmişdir. Zavod pambıqçılara olan borcunu ilin sonunadək ödəməyi öhdəsinə almışdır. İşə bu cəhətdən yanaşılması pambıqçıların inamını onlara qaytaracaq, taxılcılığa nisbətən kəndlinin əməyinə daha çox gəlir gətirən pambıqçılıq inkişaf edəcəkdir.

Torpağın kəndliyə xüsusi mülkiyyətə verilməsi, sərbəst fəaliyyət üçün ona şərait yaradılması kənd təsərrüfatında bazarın tələblərinə uyğun müvafiq ixtisaslaşmanın yaranmasını təmin etmişdir. Əhalinin maraqları artıq bizə məlumdur. Kəndlinin bu maraqlarına uyğun bazar yaratmalıyıq. Rayonda kənd təsərrüfatının, torpağın potensialına uyğun emal müəssisələri yaratmaq üçün tədbirlər görürük. Mütəxəssislərin hesablamalarına görə rayonda vətəndaşların fərdi təsərrüfatlarında min tondan çox üzüm, 3 min ton nar, 2 min ton heyva və digər meyvə becərilib. Biz qısa müddətdə üzüm emalı müəssisəsinin fəaliyyətini bərpa etmişik. Yaxın günlərdə vətəndaşlardan məhsulun qəbuluna başlanılacaqdır.

Rayonda bu il 3 min hektar sahədə günəbaxan əkilib. Taxıla nisbətən hektardan 8 dəfə çox gəlir verən bu bitkinin istehsalına maraq artıb. Yerli sahibkarlar günəbaxan emalı zavodunun tikintisi üçün müraciətlər ediblər. Biz də müvafiq qaydada maliyyə-kredit köməyi göstərilməsi üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət etmişik. Nazirlik müvafiq kömək göstəriləcəyini bildirmişdir. Bu il iki dəfə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə “Tovuz-Baltika” Şirkəti ilə fermerlərimiz 20 hektar sahədə təkrar kartof əkini keçiriblər. Rayonumuzda təkrar əkinçiliyi tətbiq etmək üçün səylərimizi artıracağıq. Rayonun kənd təsərrüfatının ehtiyatlarını tam hərəkətə gətirmək üçün bir neçə beynəlxalq şirkətlə əlaqə qurmuşuq. Əmin edirəm ki, bunlar səmərəli nəticə verəcəkdir. Qarşıdakı ildə rayonumuzun iqtisadiyyatında əsaslı dönüş təmin ediləcəkdir.

Respublikanın hər yerində olduğu kimi Goranboy rayonunda da tikinti-abadlıq işləri geniş vüsət almışdır. Son üç ayda rayon mərkəzində, Dəliməmmədli şəhərində, Qızılhacılı qəsəbəsində və digər yaşayış məntəqələrində daxili imkanlar hesabına 500 milyon manatlıq abadlıq işləri görülmüş, o cümlədən 2600 kvadrat metr səki bərpa edilmiş, küçələrə 3100 kvadrat metr asfalt örtük salınmışdır. Şəhərdaxili küçə işıqlandırma sistemi bərpa edilmiş, mədəniyyət və istirahət parkında yenidənqurma işləri aparılmışdır. Altı kənddə 17 kilometr kəndarası yolda əsaslı təmir işləri aparılmış, 3 kəndarası körpü bərpa edilmişdir. Ümumi dəyəri 600 milyon manat olan idman-sağlamlıq kompleksinin tikintisinə başlanmışdır.

Qızılhacılı qəsəbə 1 nömrəli orta məktəbinin əsas korpusu 150 milyon manat dövlət vəsaiti hesabına əsaslı şəkildə yenidən qurulmuşdur. 4 ümumtəhsil məktəbində 286 milyon manatlıq əsaslı təmir, daxili imkanlar hesabına 27 məktəbdə və 4 məktəbəqədər tərbiyə müəssisəsində 92 milyon manatlıq, 40 çarpayılıq Xan Qərvənd kənd xəstəxanasında da 150 milyon manat həcmində əsaslı yenidənqurma işi aparılır. Digər sosial sahələrdə də gərgin iş gedir. Səhiyyə müəssisələrində 52 milyon manatlıq cari təmir işləri aparılmışdır.

 

Rayon İcra hakimiyyətinin təşəbbüsü ilə yaradılmış icmalar vasitəsilə də xeyli tikinti-bərpa işiləri aparılmışdır. Kürəkçay qəsəbəsində ibtidai məktəb binası, Nadirkənd kəndində 12 sinif otağından ibarət əlavə tədris korpusu, Goran qəsəbəsində əlavə 4 sinif otağı, Sarovlu kənd əsas məktəbində idman zalı tikilib istifadəyə verilmiş, Ağamalıoğlu və Zeyvə kəndlərində həkim ambulatoriyaları tikilmiş, Goranboy şəhər uşaq incəsənət məktəbinin tikintisi isə başa çatmaq üzrədir.

Möhtərəm Prezidentimizin böyük uzaqgörənliklə həyata keçirdiyi neft strategiyası nəticəsində əldə edilmiş nailiyyətlərdə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı cənab İlham Əliyevin əməyi böyükdür. Cənab İlham Əliyevin böyük xidmətləri, əzmkarlığı sayəsində Neft Fondunun vəsaiti daim artır və bu vəsait ölkə vətəndaşlarının mənafeyinə, o cümlədən qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Ölkə rəhbərinin 2001-ci il 22 avqust tarixli Fərmanı ilə rayonun Gülüstan ərazisindəki Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbəsində dağıdılmış 1400 yaşayış evinin bərpa edilməsi, 1995-ci ildən tikintisi yarımçıq qalmış 322 evin tikintisinin başa çatdırılması üçün dövlət Neft Fondunun hesabından 83 milyard manat vəsaitin ayrılması uğurlu neft siyasətinin bəhrələrindən biri, möhtərəm Prezidentimizin Goranboy rayonuna böyük diqqət və qayğısının təzahürüdür.

Cənab Prezident, Sizin sayənizdə Gülüstan ərazisinin Aşağı Ağcakənd qəsəbəsi dilbər guşəyə çevrilmişdir. Vaxtilə yurd-yuvalarından didərgin salınmış, indi isə Goranboy rayonunun əbədi sakinləri olan bu insanlara yeni həyat bəxş etdiyinizə görə Sizə minnətdarıq.

Neft siyasətinin nəticələri əhalinin təbii qazla təminatında da mühüm rol oynayır. Hazırda rayon mərkəzi də daxil olmaqla, 6 yaşayış məntəqəsində 18 min nəfərdən çox əhali təbii qazdan istifadə edir.

HEYDƏR ƏLİYEV: Neçə ailəyə qaz çatır, Onu bir də deyin.

NOVRUZ NOVRUZOV: Cənab Prezident, 18 min nəfər, bu, 6 mindən çox ailədir.

HEYDƏR ƏLİYEV: 6 mindən çox ailə. 18 min nəfər. Rayon mərkəzi qazı tamamilə alır?

NOVRUZ NOVRUZOV: Bəli, Goranboy rayonunun mərkəzi, Dəliməmmədli, Qızılhacılı və Goran qəsəbələri tamamilə qazlaşdırılıbdır.

HEYDƏR ƏLİYEV: Hamısı qaz alır?

NOVRUZ NOVRUZOV: Bəli.

17 min nəfərədək əhalinin yaşadığı 11 yaşayış məntəqəsində daxili imkanlar hesabına lazımi təmir-bərpa işləri aparılmışdır və məntəqələr qazın qəbulu üçün hazırdır. Ümidvarıq ki, imkan olan kimi bu yaşayış məntəqələri də təbii qazla təmin olunacaqdır.

Adamların maddi rifah halı getdikcə yaxşılaşır. Bu gün rayonda orta aylıq əmək haqqı 120,8 min manat təşkil edir. Hər 100 ailədən 47-sinin minik avtomobili vardır. Ötən il rayonda ümumi sahəsi 3 min 178 kvadratmetr olan fərdi mənzil tikilmişdir. 1995-ci illə müqayisədə rayon əhalisinin orta illik pul gəliri 128,6 milyard manat, adambaşına pul gəliri isə 73 min manat artmışdır.

Hazırda rayonda 9 min 600 nəfər qeyri-məşğul əhali vardır. Biz əmək ehtiyatlarından maksimum istifadə üçün mümkün olan tədbirləri görür, daxili imkanlardan səmərəli istifadə etməyə çalışırıq. Son bir ayda rayonda çörək zavodu, ət kombinatı, broyler quşçuluq fabriki işə salınmış, 200-ə yaxın insan bu müəssisələrdə işlə təmin edilmişdir.

Aşağı Ağcakənd qəsəbəsində yaşayan əhalinin məşğulluğunu təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi ilə birlikdə kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsi yaradılmışdır. Hazırda müəssisədə 31 nəfər işlə təmin olunmuşdur. Baş Məşğulluq İdarəsi ilə daha 3 layihə hazırlanmış, yaxın günlərdə Goranboyda sərnişin-nəqliyyat xidməti, “Aqrotexservis” xidməti, heyvandarlıq müəssisəsi fəaliyyətə başlayacaq ki, burada da 100 nəfərə yaxın adam işlə təmin olunacaqdır.

Sahibkarlığın inkişaf etdirilməsinə göstərdiyiniz diqqət və qayğı, ardıcıl olaraq verdiyiniz fərmanlar rayonun iş adamlarında böyük ruh yüksəkliyi, inam yaratmışdır. Biz də onlara lazımi şərait yaratmağa, rəqabətə davamlı, yerli istehsala yönəldilən müəssisələrin açılmasına, nəticə etibarilə əhalinin məşğulluğunun təmin olunmasına çalışırıq. Cari ilin avqust ayında rayon mərkəzində üzlük materialı, ağac və dəmir məmulatları istehsalı zavodunun tikintisinə başlanmışdır. Lazımi avadanlıqlar alınmış və quraşdırılmışdır. Yaxın günlərdə zavod işə düşəcəkdir. Burada 100 nəfər işlə təmin olunacaqdır.

Rayonda süd məhsulları emalı zavodunun bərpası və yeni texnologiya ilə təchiz edilməsi, ət kombinatında beynəlxalq standartlara uyğun avadanlıqların quraşdırılması, gəc emalı sexinin yaradılması qısa müddətdə həllini gözləyən ən vacib problemlərdir. Bunları isə biz öz daxili imkanlarımız hesabına həyata keçirəcəyik. Bu işlərin başa çatdırılması qeyri-məşğul əhalinin işlə təmin edilməsinə zəmin yaradacaqdır.

Goranboy rayonu təbii suvarma suyu ən qıt olan bölgələrdən biridir. Rayonda suvarma Yuxarı Qarabağ kanalından çəkilmiş, qeyd etdiyim 4 su kəməri, Səfikürd su anbarı, 400 ədəd subartezian quyusu, habelə Gorançay və Kürəkçay vasitəsilə aparılır. Lakin bu ehtiyatlar mövcud əkinlərin yaxşı halda 50 faizinin suvarılmasını təmin edir. Son illərdə çaylarda suyun səviyyəsinin xeyli azalması, mexaniki suvarma qurğularının köhnəlməsi, habelə əsas təbii suvarma mənbəyi olan Sərsəng su anbarından rayona verilən suyun erməni işğalçıları tərəfindən mütəmadi olaraq kəsilməsi vəziyyəti daha da ağırlaşdırmışdır.

Rayonun ərazisində 25 ədəd subartezian quyusunun yenidən bərpası nəzərdə tutulmuş, Bərpa Agentliyi tərəfindən müvafiq vəsait ayrılmışdır. Yaxın vaxtlarda işə başlanılacaq. Lakin bu, suvarmaya olan tələbatı ödəyə bilmir. Fəaliyyəti dayanmış 80 ədəd subartezian quyusunun bərpa edilməsinə də ehtiyac vardır. Suvarma suyu ilə bağlı problem həll edilərsə, aqrar bölmədə mövcud iqtisadi potensialdan maksimum istifadə etməklə, pambıq istehsalını 35 min tona, taxıl istehsalını 50 min tona çatdırmaq olar, heyvandarlıq və digər kənd təsərrüfatı məhsulları istehsalının bir neçə dəfə artırılmasına əlverişli şərait yaranar.

Möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin təşəbbüsü ilə tikintisinə başlanmış Şəmkir maşın kanalının Gəncə çayına qədərki hissəsi başa çatmaq üzrədir. Şəmkir maşın kanalının Goranboy ərazisinə aid hissəsinin tikintisi orta müddətli Dövlət İnvestisiya Proqramının layihəsinə daxil edilmişdir. Rayon İcra Hakimiyyəti bu barədə Azərbaycan Respublikasının baş nazirinə və İqtisadi İnkişaf Nazirliyinə müraciət etmişdir. İqtisadi İnkişaf Nazirliyi rayon icra hakimiyyətinin müraciətinə cavab olaraq Şəmkir maşın kanalının Goranboya aid hissəsinin növbəti illərdə dövlət büdcəsinin investisiya xərcləri hesabına həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirmiş, tikintinin yaxın dövrə keçirilməsinin əsaslandırılması barədə əlavə izahat tələb etmişdir. Biz həmin izahatı Nazirlər Kabinetinə və İqtisadi İnkişaf Nazirliyinə təqdim etmişik.

Cənab Prezident!

Sizin Goranboya hər gəlişiniz əhaliyə ömürlük xidmət edən obyektlərin tikilib istifadəyə verilməsi ilə də yadda qalıbdır. Bütün goranboylular əmindir ki, uzun illər arzusunda olduğumuz Şəmkir maşın kanalının tikintisinə tezliklə başlanacaq, onun açılışını Siz edəcəksiniz. Sizi - ümummilli lideri və böyük dövlət xadimini bu torpaqda salamlamaq şərəfi goranboylulara növbəti dəfə nəsib olacaqdır.

Rayonun iri yaşayış məntəqələrindən olan və Sərsəng su anbarından verilən suvarma suyuna möhtac olan Xan Qərvənd kəndinə əvvəllər kolxoz vəsaiti hesabına Yuxarı Qarabağ kanalından diametri 1 kubmetr olan su kəmərinin çəkilişinə başlanmışdı. Uzunluğu 18 kilometr olan bu kəmərin tikintisi də yarımçıq qalmışdır.

Möhtərəm cənab Prezident!

Siz Azərbaycan dövlətinin, müstəqil dövlət quruculuğunun rəmzisiniz. Vətənə, dövlətə və millətinə xidməti özünə həyat amalı seçmiş Sizə sonsuz sevgisi və sədaqəti ilə seçilən goranboylular bugünədək olduğu kimi, bundan sonra da həmişə Sizin daxili və xarici siyasətinizi dəstəkləyəcəklər. Uzun illər ərzində torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda düşmənə sinə gərmiş goranboylular bu gün müstəqil Azərbaycanın dövlət quruculuğunda Sizin sadiq əsgərlərinizdir.

Cənab Prezident, buna əmin ola bilərsiniz. Diqqətinizə görə sağ olun.

HEYDƏR ƏLİYEV: İcra hakimiyyətinin başçısına əlavə söz demək istəyən varmı? Yoxdur.

X X X

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev müşavirədə yekun nitqi söylədi.

\Dövlətimizin başçısı Heydər Əliyevin yekun nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur\.

X X X

Həmin gün Goranboy rayonu icra hakimiyyətinin binası qarşısında izdihamlı mitinq oldu. Dövlətimizin başçısı Heydər Əliyev mitinqdə nitq söylədi.

GORANBOY RAYONU İCTİMAİYYƏTİ NÜMAYƏNDƏLƏRİNİN MİTİNQİNDƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

-Əziz goranboylular!

Bacılar və qardaşlar!

Əziz dostlar!

Sizi səmimi qəlbdən salamlayıram və sizə, Goranboy rayonunun bütün sakinlərinə cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram.

Goranboy rayonu Azərbaycanın tanınmış guşələrindən biridir. Məhsuldar torpağı, yaxşı, gözəl təbiəti və qədim zamanlardan çox dəyərli insanları olan bu rayon Azərbaycanın həyatında keçmiş tarixdə də, müasir dövrdə də çox böyük rol oynamışdır.

Mənim bu rayonla əlaqəm sizə məlumdur. Mən 1970-ci illərdə, 1969-cu ildən Azərbaycana rəhbərlik edərkən respublikamızın bütün rayonları ilə, o cümlədən də Goranboy rayonu ilə çox sıx əlaqədə olmuşam.

Xatirimdədir, 1978-ci ildə, 1982-ci ildə mən sizin rayona gəlmişəm, burada geniş müşavirə keçirmişəm. Hətta rayonlararası müşavirələri burada keçirmişəm. Təkcə bu deyil, sizin rayonunuzla mən daim məşğul olmuşam və o illərdə rayonun inkişafı üçün lazım olan tədbirləri görmüşəm.

Xatirinizdə olmalıdır ki, o illər Goranboy rayonunun iqtisadiyyatı yaxşı inkişaf edirdi. Camaatın güzəranı yaxşılaşırdı. Kəndlərdə çox gözəl evlər tikilirdi, hər yer abadlaşırdı. Goranboy rayonunun mərkəzinin abadlaşması, bax, bu binanın tikilməsi və burada başqa böyük binaların tikilməsi də - hamısı o illərin yadigarıdır.

Yeni dövrdə, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra, - bilirsiniz ki, mən 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanın rəhbərliyinə gəldim, - o ağır illərdə çox böyük problemlərlə məşğul olduğum zaman, ermənilərin Azərbaycana hücumunun qarşısını almaq üçün müharibə apardığımız vaxtda, döyüşlər apardığımız zaman mən yenə də daim Goranboy rayonu ilə əlaqədə olmuşam. Demək istəyirəm ki, Ermənistanın Azərbaycana həmin təcavüzü başlayandan goranboylular, həqiqətən, qəhrəmanlıq nümunələri göstərmişlər. Burada, Dağlıq Qarabağla sərhəddə bizim ordu hissələri durmuşdu. Ancaq o illər hələ ordu hissələri tam formalaşmamışdı. Bilirəm ki, Goranboy rayonunun əhalisi, hər kəs öz imkanından istifadə edərək, döyüşlərdə iştirak etmiş, torpaqlarımızı qorumuş, qurbanlar verilmişdir. Sizin rayondan xeyli şəhidlər var. Bunların hamısı goranboyluların Vətənə, xalqa, Azərbaycana nə qədər sədaqətli olduqlarını bir daha nümayiş etdirmişdir.

BAŞÇISI NOVRUZ NOVRUZOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmiətli müşavirə iştirakçıları!

Bu gün Goranboy rayonu əbədi yadda qalacaq şərəfli tarixi gün yaşayır. Müstəqil Azərbaycan Respublikasının qurucusu, onun şanlı zəfər tarixinin müəllifi, xalqımızın xilaskarı, millətimizin iftixarı olan cənab Prezidentin Goranboya gəlişindən rayonumuzun bütün sakinləri böyük sevinc və fərəh hissi keçirirlər. Amalı Azərbaycan xalqının işıqlı gələcəyi, dövlətimizin tərəqqisi olan cənab Prezidentə, onun apardığı müdrik, uzaqgörən siyasətə sədaqətini dəfələrlə sübut etmiş və bu gün onun ətrafında daha sıx birləşən goranboylular qüdrətli dövlət xadiminin rayonumuza səfərini xalqa sevginin, ehtiramın bir nümunəsi kimi dəyərləndirirlər.

Goranboy özünün mərd, cəsur, vətənə və dövlətə sədaqətli övladları ilə haqlı olaraq öyünür. Ən azı ona görə ki, uzun bir məsafədə erməni qəsbkarları ilə səngər-səngərə dayanan Goranboy bir qarış belə torpaq itirməmiş, əksinə, qədim Gülüstan ərazisi düşmən tapdağından azad edilmişdir.

Cənab Prezident, bu gün də vətəndaşlarımız Sizin yenilməz iradənizə, qüdrətinizə günəvir, bu inamla yaşayır, qurub yaradırlar. Məhz bu inamın nəticəsidir ki, düşmənlə üz-üzə dayanan Tap Qaraqoyunlu, Todan, Mənəşli və digər kəndlər inkişaf edir, yeni evlər tikilir, yaşayış məntəqələri salınır.

Rayon əhalisinin bugünkü bayramının qeyri-adiliyi bir də ondadır ki, Azərbaycanın böyük oğlunu bu torpaqda üçüncü dəfə salamlamaq şərəfi onlara nəsib olmuşdur.

Bu gün Azərbaycan xalqına davamlı xidmət göstərən nə varsa, bir qərinədən artıq müddətdə respublikamızı tərəqqi, inkişaf, quruculuq yolu ilə daim irəli aparmış, dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinin etibarlı təminatçısı olan möhtərəm cənab Prezidentimizin adı, gərgin fəaliyyəti ilə bağlıdır.

1970-ci illərədək geridə qalan Goranboy rayonu da Sizin respublikaya rəhbərlik etdiyiniz dövrdə özünün ən böyük inkişaf yolunu keçmiş, 1980-ci illərdə qabaqcıl rayonlarından birinə çevrilmişdi. Sizin 1978-1982-ci illərdə rayona gəlişiniz bütün sahələrdə əsaslı dönüş yaratmış, böyük iqtisadi, sosial-mədəni quruculuq işləri aparılmışdı. Qısa müddət ərzində üç müasir tipli orta məktəb binası, rayon mərkəzində 310 çarpayılıq xəstəxana kompleksi, müəllimlər evi, kəndlərdə tibb müəssisələri, məişət evləri, Goran dəmir yolu vağzalı tikilmişdi. 3,5 milyon kubmetr su tutumu olan Səfikürd su anbarı tikilib istifadəyə verilmiş, Yuxarı Qarabağ kanalından Səfikürd, Borsunlu, Cinli Boluslu və Qızılhacılı kəndlərinə su kəmərləri çəkilmişdi.

O illərdə Azərbaycanın ərazi bütövlüyünün qorunmasında döyüşlərdə iştirak etdiyinizə və torpaqlarımızı qoruduğunuza görə, Goranboy rayonu ərazisindən bir parca da torpağın düşmənin əlinə keçməsinə imkan vermədiyinizə görə mən sizə dərin təşəkkürümü bildirirəm.

Ondan sonrakı illərdə, təbiidir ki, biz çox mürəkkəb bir dövr yaşamışıq. Ancaq şükürlər olsun ki, 1993, 1994, 1995-ci illərdə Azərbaycanın daxilində olan bütün mənfi halları biz aradan götürdük. Qanunsuz silahlı dəstələr ləğv olundu, dövlət çevrilişi cəhdlərinin, Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycan böyük təhlükələrdən xilas oldu. Biz artıq 1996-cı ildə ictimai-siyasi sabitliyi təmin etdik. Azərbaycan iqtisadiyyatının inkişafına ciddi fikir verməyə başladıq. Bu sahədə də xeyli nailiyyətlər əldə etmişik.

Bu illərdə Goranboy rayonunun sakinləri, goranboylular da çox işlər görmüşlər. Ancaq bu işlər daha da çox ola bilərdi. Təəssüflər olsun ki, bunun qarşısını alanlar, buna maneçilik törədənlər olubdur. Buna mane olanlar Goranboy rayonuna o vaxt rəhbərlik etmiş bəzi şəxslər olmuşlar. Sizdə icra hakimiyyətinin bir başçısı oldu, o, burada işləri yaxşı apara bilmədi. Sonra qısa müddət ikinci icra başçısı oldu, o da işləri apara bilmədi. Bunlar Goranboy rayonunu müəyyən qədər geri saldılar.

Ancaq mən indi sizin rayonun rəhbər işçiləri ilə görüşürdüm, onlarla bir xeyli söhbət etdim. Məndə belə təəssürat yarandı ki, rayonunuza təyin etdiyimiz yeni icra hakimiyyəti başçısı Novruzov sizinlə birlikdə bu böyük, ciddi nöqsanları aradan qaldırmağa başlamışdır və aradan qaldırırsınız. Rayonun vəziyyəti gündən-günə yaxşılaşır. Mən bunu məmnuniyyətlə qəbul edirəm. Həqiqətən, görürük ki, rayonda indi daha işgüzar, daha sağlam şərait yaranıbdır. Bu gün icra hakimiyyətinin başçısı rayonun iqtisadi inkişafı ilə əlaqədar öz təkliflərini, öz proqramını mənə məruzə etdi. Hesab edirəm ki, bunların hamısı düzgün istiqamətdə qurulubdur. Bunların həyata keçirilməsi üçün hamı səfərbər olunmalıdır. Azərbaycan hökuməti tərəfindən, bizim tərəfimizdən isə sizə lazımi yardımlar göstəriləcəkdir.

Sizin rayonunuzda - Gülüstan bölgəsində, Ağcakənddə 1988-ci ildə Ermənistandan zorla çıxarılmış soydaşlarımızın yerləşdirilməsi üçün yeni qəsəbələr tikilir. Mən indi oraya gedəcəyəm, onlarla tanış olacam. Oradakı insanlarla görüşəcəyəm. Hesab edirəm ki, bu da sizin rayonun həm miqyasını böyüdür, həm də ki, mənzərəsini gözəlləşdirir.

Ümumiyyətlə, oralar təbiətcə gözəl yerlərdir. O yerləri abadlaşdırmaq, oradakı torpaqlardan istifadə etmək, insanların orada məskunlaşmasını təmin etmək bizim üçün çox vacibdir. Hesab edirəm ki, bu, goranboyluların vəzifəsidir. Bu vəzifəni də həyata keçirmək lazımdır.

Bir sözlə, indi sizin rayonunuz, hesab edirəm ki, irəliyə doğru addımlamağa başlayıbdır. İstəyirəm ki, sizin bu addımlarınız uğurlu olsun. Mən görüləcək işlər haqqında danışmaq istəmirəm, orada söhbət etdik. Sonra bunu televiziya ilə verəcəklər, siz də dinləyəcəksiniz. Amma istəyirəm ki, hamınız birləşəsiniz, yenə də deyirəm, irəliyə atdığınız addımlar daha da güclü olsun.

 

Burada çox iş görmək lazımdır. Xüsusən aqrar sahədə - islahatların, özəlləşdirmənin həyata keçirilməsi, sahibkarlığın inkişafı, sahibkarlara, iş adamlarına şərait yaradılması. İndi bizdə bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi sahibkarlardır, iş adamlarıdır. Ona görə də biz nə qədər yaxşı, sağlam sahibkarlar təbəqəsi yarada bilsək, nə qədər bacarıqlı, iş görə bilən adamlar meydana çıxsa və hamımız onlara kömək edib, onlarla birlikdə iqtisadiyyatın müəyyən sahələrində irəliləyiş əldə edə bilsək, iqtisadiyyat daha da çox inkişaf edəcək, xalqın, əhalinin, o cümlədən Goranboy rayonu sakinlərinin rifah halı o qədər yaxşılaşacaqdır. Mən arzu edərdim ki, hər biriniz bu istiqamətdə öz səylərinizi göstərəsiniz.

Siz burada bizim düşmənlərimizlə ön cəbhədəsiniz. Bilirsiniz ki, biz 8 ildir ki, müharibəni dayandırmışıq, atəşkəs rejimində yaşayırıq. O vaxt müharibənin nə cür getdiyi sizə yaxşı məlumdur. 1993-cü ildə mən rəhbərliyə qayıdanda 2-3 gündən bir mənə məlumat gəlirdi: Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə ermənilər hücum etdilər... Bizimkilər getdilər, onları vurub çıxartdılar. Orada elə oldu, burada belə oldu... Nə qədər belə mənasız döyüşlər gedirdi. Təbiidir ki, erməni qəsbkarları istəyirdilər ki, gəlib bu torpaqları da işğal etsinlər. Azərbaycanın ordu hissələri və xüsusən siz burada bunun qarşısını alırdınız. Ancaq məsələ bununla bitmirdi. Bu, böyük, gərgin vəziyyət yaratmışdı. Biz məsələni həll edə bilmirdik. Ona görə də atəşkəs rejiminə razılıq verdik. 8 ildir ki, bu rejim davam edir. Bu, bizə böyük imkanlar yaradıbdır. Ən əsası odur ki, indi qan tökülmür, şəhidlər yoxdur. Gənclərimiz böyüyür, təhsil alır, orduya gedirlər. Orduda xidmət edirlər, ali hərbi məktəblərdə oxuyurlar, güclü ordumuz yaranır və artıq yaranıbdır. Bunlar üçün bizə vaxt lazım idi, imkan lazım idi. Bundan sonra da biz sülh siyasətini davam etdirəcəyik. Təbiidir ki, biz Azərbaycanın suverenliyini bərpa edəcəyik. Torpaqlarımızın, ərazimizin bütövlüyünü bərpa edəcəyik. Amma hələlik biz bunu sülh yolu ilə, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun iştirakı ilə, onların köməyi ilə etmək istəyirik. Doğrudur, neçə illərdir ki, bu proses davam edir, danışıqlar gedir. Bu danışıqların əksəriyyəti mənim tərəfimdən aparılır. Mənim ətrafımda bu işlə məşğul olan vəzifəli şəxslər tərəfindən aparılır. Nəticə yoxdur. Amma bu, o demək deyildir ki, sülh danışıqlarının potensialı tükənibdir. Yox! Hələ var. Ona görə də biz yenidən müharibəyə başlamaq istəmirik. Biz istəmirik qan tökək. Başa düşürsünüzmü? Əgər bir şeyi sülh yolu ilə etmək olarsa, bir az da dözək, amma sülh yolu ilə həll edək. Ancaq həll edə bilməsək, təbiidir ki, biz torpaqlarımızı erməni işğalçılarının tapdağı altında qoya bilmərik. Biz onları mütləq azad edəcəyik. Nəyin bahasına olursa-olsun, hansı qüvvə ilə olursa-olsun, biz onları azad edəcəyik. Bunun üçün biz xalqımızın, vətəndaşlarımızın vətənpərvərlik hisslərini daha da gücləndirməliyik, artırmalıyıq.

Gənclərdə, gənc nəsildə vətənpərvərlik hissini, Vətənə xidmət etməyi, orduda xidməti şərəf bilmək və Vətən yolunda həlak olmağa, özünü qurban verməyə daim hazır olmaq hisslərini daha da yüksəklərə qaldırmalıyıq. Bu işlər görülür. Amma bunları daha da yüksək keyfiyyətdə aparmalıyıq. Hər yerdə, hər rayonda, hər şəhərdə, hər bir qəsəbədə birinci məsələ hər bir vətəndaşımızın vətənpərvərlik hissləri ilə yaşamasıdır. Hər bir vətəndaşımız gərək böyük qürur hissi keçirsin ki, Azərbaycan artıq müstəqil dövlətdir, Azərbaycan xalqı azaddır. Azərbaycan xalqı öz dövlətində, öz torpağının sahibi olaraq yaşayır və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir.

Əziz dostlar!

Əziz bacılar və qardaşlar!

Mən yaxşı bilirəm ki, siz Azərbaycan dövlətinin daxili və xarici siyasətini dəstəkləyirsiniz, bəyənirsiniz və Azərbaycan dövlətinin, Prezidentinin siyasətini dəstəkləyirsiniz, mənə daim dəstək vermisiniz, bundan sonra da dəstək verəcəksiniz.

Doqquz ildir ki, sizin, xalqın etimadı ilə mən Azərbaycanın dövlət başçısı, Azərbaycanın Prezidentiyəm və bu doqquz ildə əlimdən gələni etmişəm ki, Azərbaycanın müstəqilliyi möhkəmlənsin, iqtisadiyyatı inkişaf etsin, beynəlxalq aləmdə respublikamızın mövqeləri güclənsin, müstəqil dövlət kimi Azərbaycanın dünyada hörməti daha da yüksəyə qalxsın və xalqımızın rifah halı gündən-günə yaxşılaşsın. Sizin dəstəyinizlə bundan sonra da mən bu siyasəti sizinlə birlikdə aparacağam. Azərbaycan qarşıdakı illərdə yeni nailiyyətlər əldə edəcəkdir. Biz sizinlə birlikdə bu nailiyyətlərin təşkilatçısı olacağıq.

Siz mənə etimad göstərdiyiniz kimi, dəstək verdiyiniz kimi, mən də sizə arxalanıram, sizdən güc alıram. Mənim indiyə qədər əldə etdiyim bütün nailiyyətlər və bu 9 ildə Azərbaycanı ağır vəziyyətdən çıxarıb bu günə gətirmək yolunda gördüyüm işlər yalnız və yalnız sizin, Azərbaycan xalqının mənə göstərdiyi dəstək və etimadın nəticəsidir.

Bu görüşə görə çox sağ olun. Mənə göstərdiyiniz bu diqqətə görə sizin hamınıza bir daha çansağlığı, səadət arzu edirəm və goranboylularla gələcəkdə mənim yenə də görüşlərim olacaqdır.

Sağ olun.

\Prezident Heydər Əliyevin nitqi mitinq iştirakçıları tərəfindən diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı/.

X X X

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV AŞAĞI AĞCAKƏND QƏSƏBƏSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Azərbaycan Prezidenti Heydər Əliyev Goranboy rayonunda yeni salınmış Aşağı Ağcakənd qəsəbəsinə gəlmişdir.

Yol boyu kəndlərin sakinləri Prezedenti mehribanlıqla salamlayırdılar.

1988-ci ildə Ermənistandan didərgin düşmüş soydaşlarımız üçün salınmış qəsəbədə dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar. Buraya toplaşanların əllərində respublikamızın dövlət bayraqları, Azərbaycan Prezidentinin portretləri, “Əsrin müqaviləsi bugünkü və gələcək nəsillərə xidmət edir”, “Qarabağı yalnız Heydər Əliyevin böyük dühası və müdrikliyi azad edə bilər”, “Əziz Prezidentimiz, xalqımız nicat yolunu yalnız Sizdə görür”, “Möhtərəm Prezidentimiz, Aşağı Ağcakəndə xoş gəlmisiniz, qədəmiləriniz mübarək!” sözləri yazılmış transparantlar var idi. Prezidentə gül-çiçək dəstələri təqdim olundu, onun gəlişi şərəfinə qurban kəsildi.

Məlum olduğu kimi, 2001-ci il avqustun 22-də Prezidentin imzaladığı Fərmana əsasən, 1988-1992-ci illərdə Ermənistandakı ata-baba yurdlarından zorakılıqla qovulmuş, 15 ilə yaxın müxtəlif yerlərdə yaşayan insanların daimi məskunlaşdırılması üçün Neft Fondundan ilk vəsait ayrılmışdır. Həmin Fərmana əsasən, 140 evdən ibarət ilk qəsəbə tikilmiş və buraya 134 ailə köçürülmüşdür. Bu insanlar əsasən qədim Göyçə mahalının sakinləridir. Hər bir ailəyə o, 12 hektar həyətyanı torpaq sahəsi, bir hektar əkin sahəsi, 200 kiloqram toxumluq buğda, kübrə, 240 min manat vəsait ayrılmışdır. Eyni zamanda, bu ailələrin hərəsinə 300 dollar həcmində kredit verilməsinə başlanmışdır. Uşaqlar yeni məktəbdə pulsuz dərsliklərlə təmin olunmuşlar.

Prezident Heydər Əliyev Aşağı Ağcakənd orta məktəbinə gəldi. Burada dövlətimizin başçısını baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov, məktəbin direktoru Fəridə Məmmədova səmimiyyətlə qarşıladılar. Məktəblilər Heydər babaya həsr olunmuş şerlər söylədilər.

Parlayan günəşsən sən bu millətə,

Amalın həmişə xalqa dayaqdır.

Qüdrətin yenilməzdir, yenilməz,

Ölçüyə gəlməzdir əqlin, kamalın,

Siyasət taxtında zəfərlərin çox,

Sevinc gətirməkdir xalqa amalın,

Qələbə müjdəli səhərlərin çox,

Gənc nəsillər üçün xidmətlərin çox.

X X X

Sənsən xalqımızın sözü, söhbəti,

Sənsiz kim eyləyər bizə hörməti,

Sən xilas eylədin Azərbaycanı,

Mənim Heydər babam, xilaskar babam!

Yurduna xidmətin gəlməyir saya,

Xalqını tanıtdın bütün dünyaya,

Düşmən qarşısında alınmaz qala,

Mənim Heydər babam, sərkərdə babam!

Prezident məktəblə yaxından tanış oldu, şagirdlərin təhsilləri ilə maraqlandı. Fəridə Məmmədova müasir standartlara uyğun inşa olunmuş 330 yerlik təhsil ocağı haqqında məlumat verdi, məktəbin hər cür tədris proqramları və kompüterlərlə təmin edildiyini söylədi və müəllimlər və şagirdlər adından Prezidentimizə minnətdarlığını bildirdi.

HEYDƏR ƏLİYEV: Müəllimlər burada, qəsəbədə yaşayırlar?

FƏRİDƏ MƏMMƏDOVA: Bəli.

HEYDƏR ƏLİYEV: Sən indiyə qədər harada yaşayırdın?

FƏRİDƏ MƏMMƏDOVA: Qaçqın kimi Gəncə şəhərində yaşayırdım.

HEYDƏR ƏLİYEV: İndi burada ev aldın?

FƏRİDƏ MƏMMƏDOVA: Bəli, burada məskunlaşmışıq. Cənab Prezident, Gülüstan ərazisinin çox gözəl və təbii bir guşəsində bizi məskunlaşdırdığınız üçün, yeni yurd yerləri bəxş etdiyiniz üçün bütün qaçqınların adından Sizə səmimi təşəkkürümüzü, böyük hörmət və ehtiramımızı bildirirəm.

ƏLİ HƏSƏNOV \baş nazirin müavini/: Buradakı 140 evə köçürülənlərin 90 faizi Göyçə mahalının çamaatıdır.

HEYDƏR ƏLYEV: 90 faizi Göyçə mahalındandır, bir-biri ilə qohumdurlar?

ƏLİ HƏSƏNOV: Bəli, hamısı yaxın kəndlərdəndir.

HEYDƏR ƏLİYEV: Yaxşı, 140 ev tikilib, bəs sonra?

ƏLİ HƏSƏNOV: 224 ev də hazırdır, 10-15 günə camaatı köçürəcəyik.

HEYDƏR ƏLİYEV: İndi burada nə qədər adam yaşayır.

ƏLİ HƏSƏNOV: Bu 140 evdə 560 nəfər yaşayır, 1000 nəfərə qədər də köçürüləcək. Cəmi 1500 nəfər olacaqdır. 700 nəfər Kəlbəcər köçkünü isə 1992-ci ildən sökük evlərdə yaşayırlar.

HEYDƏR ƏLİYEV: Onlara kömək etmək lazımdır.

ƏLİ HƏSƏNOV: Bəli, onların müəyyən işlərinə kömək edəcəyik.

Azərbaycan Prezidenti ayrı-ayrı sinifləri gəzdi. Şagirdlər dövlətimizin başçısını “Heydər baba, məktəbimizə xoş gəlmisiniz!” sözləri ilə salamladılar.

HEYDƏR ƏLİYEV: Bura xoşunuza gəlirmi?

ZAMİR RZAYEV \10-cu sinif şagirdi\: Cənab Prezident, mən Göyçə mahalındanam. Oradan çıxanda mənim bir yaşım var idi. İndiyədək müvəqqəti olaraq Naftalan şəhərində məskunlaşmışdıq. Hazırda buraya köçmüşük. Çox sağ olun ki, bizə belə qəşəng, geniş, işıqlı, yaraşıqlı evlər bəxş etmisiniz. Buna görə təşəkkürümüzü bildiririk və Sizinlə fəxr edirik.

 

HEYDƏR ƏLİYEV: Bura çox gözəl yerdir.

ZAMİR RZAYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Avtomobillə gələndə yuxarıdan baxdım. Fikirləşdim ki, bəlkə elə mən də buradan bir ev götürüm, hərdən bir istirahətə gəlim. Çünki evlər xoşuma gəldi. Özü də buranın təbiəti, mənzərəsi də çox gözəldir. Hava təmiz, dağın döşündə meşələr var. amma təsərrüfatda da işləmək lazımdır. Naftalanda işləməmisiniz. Amma indi həm oxumaq lazımdır, həm də torpaqda işləmək lazımdır. Torpaqda işləmək üçün imkan var.

ƏLİ HƏSƏNOV: Cənab Prezident, bütün şərait yaratmışıq. Hər ailəyə əkin yeri, həyətyanı sahə verilibdir. Toxum, gübrə, torpağı şumlayıb əkmək üçün nağd pul, hər bir ailəyə bir baş qaramal verilibdir. Şagirdlər isə pulsuz dərsliklərlə təmin olunubdur. Xeyir-şər məclisləri üçün bütün ləvazimatı olan çadır da veriləcəkdir. Kredit təşkilatı hər ailəyə 300 dollar ayırır. İndiyədək 40 ailə könüllü olaraq alıbdır və bu, davam edir.

HEYDƏR ƏLİYEV: İndi əkin işinə başlayıblarmı?

ƏLİ HƏSƏNOV: Bəli, əvvəldən köçənlərin həyəti tam əkilibdir. Artıq məhsul götürürlər.

HEYDƏR ƏLİYEV: Bəs bir hektar sahə?

ƏLİ HƏSƏNOV: Bir hektar sahəni isə payızda əkəcəklər.

HEYDƏR ƏLİYEV: Torpaq paylanıb?

ƏLİ HƏSƏNOV: Bəli, torpaq da, toxum da paylanıbdır.

FƏRİDƏ MƏMMƏDOVA: Cənab Prezident, 5-11-ci siniflər pulsuz kitabla təmin olunmuşdur. Yəni hər bir uşağın kitabı var.

HEYDƏR ƏLİYEV: Uşaqlar, gərək yaxşı oxuyasınız, əla qiymətlər alasınız və yaxşı da işləyəsiniz, valideynlərinizə təsərrüfatda kömək edəsiniz, əkəsiniz, biçəsiniz, mal-heyvana baxasınız.

Sizə yaxşı təhsil arzu edirəm, sağ-salamat olun, oxuyun. Bura gözəl yerdir. Sizə yaxşı şərait yaratmışıq və istəyirik ki, hər biriniz Azərbaycanın dəyərli vətəndaşı olasınız.

Yaxşı oxuyacaqsınızmı, yaxşı qiymətlər alacaqsınızmı?

ŞAGİRDLƏR: Bəli.

HEYDƏR ƏLİYEV: Arzu edirəm ki, böyüyəsiniz, Azərbaycanın yaxşı vətəndaşı olasınız və yaxşı təhsil alasınız. Yaxşı təhsil əsas məsələdir. Sağ olun.

ŞAGİRDLƏR: Heydər baba, sağ olun!

X X X

Prezident Heydər Əliyev yaşayış evləri ilə də tanış oldu. Balaca uşaqlar Heydər babaya həsr olunmuş şerlər oxudular.

Vətənimin, xalqımın,

Dövlətimin başçısı,

İşıqlı bir mayaksan,

Heydər babamızsan.

Adın gəzir dillərdə,

Obalarda, ellərdə,

Qudrətli bir varlıqsan,

Heydər babamızsan.

X X X

Əkiz yaranmısan məmləkətinlə,

Gəlişin bayrama çevrilib bu gün.

Ey əziz rəhbərim, bir məni dinlə,

Hər yanda çal-çağır, şənlik, toy-düyün.

Sən qızıl tacısan Azərbaycanın,

Məhəbbət, dəyanət rəmzisən elə.

Dahilər dahisi çağrılır adın,

Şöhrətin sığışmır ağıza, dilə.

Haqqın, ədalətin carçısısan sən,

Xalqın sənə həyan, sən xalqa həyan,

Necə öyünməsin adınla Vətən,

Sənsən haqq sözünü dünyaya yayan!

Prezident HEYDƏR ƏLİYEV uşaqlara təşəkkür etdi və qəsəbədə məskunlaşmış Güvarə Həsənovaya müraciətlə dedi:

-Bacı, necəsən, buraya gəlməyindən razısan?

GÜVARƏ HƏSƏNOVA: Möhtərəm Prezident, Allah Sənin köməyində dursun. Sən bizi yada salmaq, diqqət və qayğı göstərmək üçün Bakıdan gəlmisən. Beş oğlum var, beş ev, üç inək, taxıl veribsən. Hər cür şərait yaratmısan. Bizi gözəl təbiətli bir yerə gətiribsən.

HEYDƏR ƏLİYEV: Çox gözəl təbiəti var.

GÜVARƏ HƏSƏNOVA: Biz Naftalan şəhərində çox çətinlik çəkdik. Sağ olsunlar, orada bizə çox yaxşı qayğı göstərdilər. Allah İlham balanı, Heydər nəvəni gözünə işıq eləsin. Sən ki, bizi belə qarşılayırsan, hamımızın ümidi Sənədir. Cənab Heydər Əliyev, Allah Səni üstümüzdən heç vaxt əskik eləməsin.

HEYDƏR ƏLİYEV: Sağ ol, bacı, heç vaxt əskik olmayacam.

GUVARƏ HƏSƏNOVA: Mənim yoldaşım ustad Aşıq Ələsgərin nəvəsidir. Allah canını həmişə sağ eləsin, biz Səninlə fəxr edirik.

İSMAYIL NƏBİYEV \qəsəbə sakini\: Əziz Prezident, mən bu gün özümü xoşbəxt hesab edirəm. Ona görə ki, Sizin kimi dünya siyasətçisi, qayğıkeş insan bizimlə görüşə gəlibdir. Ermənistandan, Göyçə mahalından olan qaçqınlar adından “Xoş gəldiniz!” deyir, Sizə təşəkkürümüzü, minnətdarlığımızı bildiririk.

Əgər Siz olmasaydınız, Azərbaycan silinib gedirdi. Yenidən hakimiyyətə gəlməyiniz Azərbaycan Respublikasını bütövləşdirdi, xalqımızı birləşdirdi. Yoxsa xarici, daxili qüvvələr Azərbaycanı parçalayırdı, biz məhv olurduq. Sizin sayəniz altında xalqımız, respublıkamız bütövləşdi. Sizə uzun ömür, cansağlığı arzulayırıq. Sizi həmişə Prezident görmək istəyirik. Bizim qayğımızı çəkib bu gözəl evlərdə yerləşdirdiyinizə görə də minnətdaram.

Bağışlayın, üzr istəyirəm, beş oğlum var, beş ev, dörd inək, toxum veribsiniz. Siz əzəldən, Mərkəzi Komitədə işləyəndən mənim fəxrimsiniz. Sizinlə, İlham Əliyevlə fəxr edirik. İşlərinizdə uğurlar arzu edirəm. Allah Sizə uzun ömür, cansağlığı versin.

Sonra Göyçə ozan sənətinin, aşıq məktəbinin davamçıları Aşıq Dilşad İsgəndərova, Aşıq Səlim Göyçəli Prezident Heydər Əliyevə həsr etdikləri mahnını birlikdə oxudular.

HEYDƏR ƏLİYEV: Sağ ol qızım, nə gözəl ifa edirsən. Neçənci sinifdə oxuyursan? Neçə yaşın var?

DİLŞAD İSGƏNDƏROVA: 7-ci sinifdə oxuyuram, 13 yaşım var.

HEYDƏR ƏLİYEV: Ay maşallah, elə bil, gəlinliksən. Səni nə vaxt köçürəcəyik? Xəbər eləyərsən, toyuna gələrəm. Yaxşımı? Çox sağ ol, qızım.

Sonra dövlətimizin başçısı evlərin birində oldu, onların sahiblərini təbrik etdi.

Ev sahibi RƏŞİD ALIYEV Prezident Heydər Əliyevə müraciətlə dedi:

-Əziz Prezidentimiz, biz qaçqınlara göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə minnətdarıq. Bizi 1990-cı illərin əzablarından xilas etdiyinizə görə təşəkkür edirik. Sizi öpürük, qucaqlayırıq, sevimlimizsiniz, canımız, ciyərimizsiniz. Allah-Təala Sizə özü kömək olsun, gələn ayaqlarınız var olsun.

RUQİYYƏ İBRAHİMOVA \ev sahibinin həyat yoldaşı\: Hörmətli Prezidentimiz, ağsaqqalımız, Heydər atamız, ümid çırağımız İlham müəllim, xoş gəlmisiniz!

Biz ulu Göyçə diyarından, sazlı-sözlü Aşıq Ələsgər elindənik. Mənim Sizə ürək sözüm var. İcazə verin, yazdığım şerlə bunu söyləyim.

Ən gözəl arzudur, ən gözəl dilək,

Heydər ata ilə görüş eyləmək,

Bu yeni qəsəbəyə, yeni mənzilə,

Gələn qədəmlərin mübarək olsun!

Bizə fərəh verib, qol-qanad verən,

Adınızı yüksəldən, Sizi şad edən,

Gəncləri həmişə himayə edən,

Ümid çırağımız İlham sağ olsun!

Gələcəyə baxırıq min bir ümidlə,

Böyük bir həvəslə, arzu-diləklə,

Böyütdüyünüz balaca Heydərə,

Tale özü kömək, yar olsun!

Babası Heydərə Allah yar olsun!

X X X

Yeni ailə qurmuş RAMİZ ALIYEV dövlətimizin başçısına müraciətlə dedi: Cənab Prezident, Sizi öz ailəmizdə, qəsəbəmizdə görməkdən çox şadıq. Siz indi Azərbaycana necə böyük diqqət və qayğı göstərirsinizsə, xalqımızın gələcəyinə, gənclərə də bir o qədər diqqətlə yanaşırsınız. Allah, cənab Heydər Əliyevin və İlham Əliyevin canlarını sağ eləsin, onların kölgəsini xalqımızın üstündən əskik eləməsin.

ƏLİ HƏSƏNOV: Cənab Prezident, bunlar təzə ailə qurublar.

HEYDƏR ƏLİYEV: Nə vaxt evləndiniz?

GÜNEL ALIYEVA: \Ramiz Alıyevin həyat yoldaşı\: Ayın 18-də.

HEYDƏR ƏLİYEV: Keçən ayın 18-də.

RAMİZ ALIYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Burada yaşayırsınız?

GÜNEL ALIYEVA: Bəli.

HEYDƏR ƏLİYEV: Eviniz var?

RAMİZ ALIYEV: Atamla bir yerdə yaşayırıq.

ƏLİ HƏSƏNOV: Onlar buraya köçəndə bir ailə idi. Sonra evləndilər, yeni ailə yaranıbdır.

HEYDƏR ƏLİYEV: Bu sənin yoldaşındır?

RAMİZ ALIYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Neçə nəfərsiniz?

RƏŞİD ALIYEV: 7 nəfərik.

HEYDƏR ƏLİYEV: Bunlara gərək ayrıca ev verək.

ƏLİ HƏSƏNOV: Cənab Prezident, necə məsləhət görürsünüz, elə də olacaqdır.

HEYDƏR ƏLİYEV: Bir halda mən buraya gəlmişəm, bəy ilə gəlini təbrik edirəm, bir ev də bunlara vermək lazımdır. Oldumu?

ƏLİ HƏSƏNOV: Aydındır, baş üstə.

HEYDƏR ƏLİYEV: Sizə xoşbəxt həyat, cansağlığı arzu edirəm.

RAMİZ ALIYEV: Biz çox sevinirik ki, Sizin kimi el atası bizi təbrik etdi. Ömrümüz boyu Sizinlə fəxr edəcəyik. Çox sağ olun.

Dövlətimizin başçısı ziyarət etdiyi evin sahibinə hədiyyə olaraq soyuducu və rəngli televizor bağışladı.

RƏŞİD ALIYEV: Cənab Prezident, çox sağ olun. Gələn ayaqlarınız var olsun. Biz bunu heç vaxt unutmayacağıq. Biz həmişə xoşbəxt olacağıq. Allah Sizin kölgənizi üstümüzdən əskik eləməsin.

RUQİYYƏ İBRAHİMOVA: Gələcək nəsilllərin Heydəri balaca Heydər olacaq. İlham da bizim ümid çırağımızdır.

RƏŞİD ALIYEV: Bu evdə, bu ocaqda ruzi, bərəkət - hamısı bol olacaqdır.

HEYDƏR ƏLİYEV: Bəli, bol olacaqdır. Buna şübhə yoxdur.

Prezident Heydər Əliyev sonra BMT-nin, Dünya Bankının, Avropa Birliyinin, digər beynəlxalq təşkilatların, ABŞ hökumətinin nümayəndələri ilə də görüşdü.

X X X

Daha sonra qəsəbənin mərkəzi meydanında təntənəli mərasim keçirildi.

Mərasimi baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov açdı.

BAŞ NAZİRİN MÜAVİNİ, DÖVLƏTQAÇQINKOMUN

SƏDRİ ƏLİ HƏSƏNOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli cənab İlham Əliyev!

Hörmətli qonaqlar və mərasim iştirakçıları!

Yüz illərlə yaşadıqları ata-baba yurdlarından erməni faşistləri tərəfindən zorakılıqla qovulmuş və 15 ilə yaxın yataqxana şəraitində yaşayan insanları Gülüstan ərazisinin çox gözəl və təbii bir guşəsində məskunlaşdırdığı üçün, onlara yeni yurd yerləri bəxş etdiyi üçün bu insanların adından, bütün qaçqınların adından, ölkə Prezidenti cənab Heydər Əliyevə səmimi təşəkkür edir, dərin hörmət və ehtiramımızı bildirirəm.

Bu gün Gülüstan ərazisi üçün çox tarixi bir gündür. Erməni faşistlərinin xarabalığa çevirdiyi bu ərazini cənab Heydər Əliyev yenidən quraraq gülüstana çevirir. Ermənilər hər yerdə və həmişə olduğu kimi, 1727-ci ildə əsası qoyulmuş, Aşağı Ağcakənd adı verilmiş bu yaşayış məntəqəsinin də adını erməniləşdirərək, 1937-ci ildə ona Şaumyankənd adı vermişdilər. Şükürlər olsun ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra bu tarixi ərazinin tarixi Ağcakənd adı bərpa olundu.

Bu gün çox tarixi bir gündür. Cənab Heydər Əliyev bu tarixi ərazidə, 1813-cü ildə “Gülüstan müqaviləsi” adı ilə dünya tarixinə düşmüş bir ərazidə bizim qaçqınlarımızla görüşür, onlara yeni həyat bəxş edir, onları yenidən həyata qaytarır və gördüyü bütün bu işlərlə Azərbaycanın yeni tarixini yazır.

Cənab Prezident! Keçən il avqustun 22-də Sizin imzaladığınız Fərmanla Dövlət Neft Fondunun ilk vəsaiti 1988-1992-ci illərdə Ermənistan ərazisindən zorla qovulmuş və bu günə kimi məskunlaşmamış qaçqınların yerləşdirilməsinə yönəldilibdir. Həmin Fərmana əsasən, 140 evdən ibarət ilk qəsəbə tikilib və buraya 134 ailə köçürülüb, qalan binalar isə xidmət sahələridir. Bu insanlar Goranboydan, Naftalandan, Yevlaxdan, Bərdədən, Mingəçevirdən, Gəncədən, digər rayon və şəhərlərdən köçüb burada məskunlaşmışlar.

Cənab Prezident!

Həmin insanların öz yaşayışlarını qurması üçün Sizin tapşırığınızla bir sıra sosial tədbirlər həyata keçirilibdir. Hər bir ailəyə o, 12 hektar həyətyanı torpaq, bir hektar əkin sahəsi, 200 kiloqram toxumluq buğda, kübrə, habelə torpağı əkib-becərmək üçün 240 min manat vəsait ayrılıbdır. Digər tərəfdən, bu ailəyə 300 dollar həcmində kredit verilməsinə başlanıbdır. Bu ailələrin uşaqları yeni məktəbdə pulsuz dərsliklərlə təmin olunublar. Cənab Prezident, bu insanlar daimi məskunlaşmadıqları üçün hər biri ayda 25 min manat yemək xərcləri alırdılar. Bu yardımlar həmin insanlar öz yurdlarına qayıdanadək davam edəcəkdir.

Cənab Prezident! Sizin Sərəncamınızla məcburi köçkünlərə hər ay ərzaq yardımı verilir. Bunlar da həmin yardımı alırdılar. Burada da bu, hələ davam edir. Sizin tapşırığınıza əsasən, bu insanlar öz həyatlarını quranadək belə yardımlar davam etdiriləcəkdir. Cənab Prezident, məlumat üçün bildirmək istəyirəm ki, BMT-nin 1951-ci il Konvensiyasına Azərbaycan da qoşulub və qaçqınlar məskulaşdıqdan sonra burada görülən işlərin hamısı həmin Konvensiyanın tələblərinə və bütün beynəlxalq normativ hüquqi aktlara tam cavab verir. Bu, belə də davam edəcəkdir.

Cənab Prezident! məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün Siz iki Fərmanda imzalamısınız. Üç Fərmanla Neft Fondundan Azərbaycanın qaçqın və məcburi köçkünlərinin sosial problemlərinin həllinə 359 milyard manat - 72 milyon dollar vəsait yönəldilibdir.

Bu ilin axırına kimi infrastrukturda daxil olmaqla, 7 min belə ev tikiləcək və 35 minə qədər qaçqın və məcburi köçkün həmin binalarda məskulaşacaqdır. Bu, təxminən Mingəçevir şəhərinin yarısı deməkdir. Yəni bütün sosial obyektləri ilə-məktəbi, xəstəxanası və sair ilə birlikdə. Buradakı 330 yerlik məktəbdə oldunuz, Dünya Bankının vəsaiti hesabına bu yaxınlarda 50 çarpayılıq xəstəxananın da tikintisinə başlanacaqdır. Dünya Bankının, BMT-nin İnkişaf Proqramının, İslam İnkişaf Bankının vəsaiti hesabına digər xidmət sahələri də yaradılacaqdır.

Möhtərəm cənab Prezident!

Həmin üç Fərmanın icrası ilə əlaqədar hazırda 30 min nəfər, yəni 54 şəhər və rayonun insanları- qaçqın - köçkünlər, peşəkar inşaatçılar və yerli əhali bu tikinti sahələrində çalışırlar. 32 tikinti təşkilatı 34 rayonun ərazisində işləri aparır. Yəni bu Fərmanlar qaçqın və köçkünlərin sosial problemlərinin həlli ilə bərabər, ölkədə çox ciddi problem olan işsizlk problemini də müəyyən mənada həll edir. Uzun müddət işsiz qalmış insanlar, istifadəsiz qalmış nəqliyyat vasitələri bu işlərə cəlb olunubdur.

Möhtərəm cənab Prezident!

Mən bir daha bu insanların səmimi təşəkkürlərini Sizə çatdırır, özünüz tikdirdiyiniz qəsəbəyə bir daha “Xoş gəlmisiniz!” deyirəm.

X X X

AŞAĞI AĞCAKƏND MƏKTƏBİNİN DİREKTORU FƏRİDƏ MƏMMƏDOVANIN ÇIXIŞI

- Əziz Prezidentimiz!

İlk öncə Sizi, xalqımızın əvəzedilməz rəhbərini Aşağı Ağcakənd qəsəbəsində salamlayır və bütün qəsəbə sakinləri adından Sizə “Xoş gəlmişsiniz!” deyirəm.

Bu gün yaralı vətənimizin, narahat xalqımızın taleyi naminə işinizin gərgin bir vaxtında imkan tapıb biz qaçqınlarla görüşə gəldiyinizə görə bütün qəsəbə sakinləri adından sizə minnətdarlığımızı, hörmət və ehtiramımızı bildirirəm.

Cənab Prezident! Biz 1988-ci ildə ermənilər tərəfindən ata-baba ocaqlarımızdan zorla qovulduq. Gözəl dağlarımız, bənövşə ətirli yaylaqlarımız əlimizdən getdi. Nənələrimizin, babalarımızın, ulularımızın məzarları düşmən əlində qaldı. Sazlı-söhbətli Göyçə elimiz həsrətdə qaldı. Milli siyasətbaz rəhbərlərin xəyanəti üzündən başımız bir çox bəlalar çəkdi. Eyni zamanda, 1 milyona yaxın soydaşımız evindən-eşiyindən didərgin düşdü.

O dövrdə Azərbaycanda yaranmış vəziyyət biz qaçqınların gərgin olan vəziyyətini daha da ağırlaşdırdı. Sabaha olan ümidlərimiz tükənməkdə idi. Yaxşı ki, ulu Tanrımız öz mərhəmətini xalqımızdan əsirgəmədi. 1993-cü ildə taleyin qisməti ilə Siz yenidən hakimiyyətə qayıtdınız. Bununla Siz bizim tükənməkdə olan ümidlərimizi özümüzə qaytardınız. Bizi bir çox bəlalardan xilas etdiniz.

Artıq o illər arxada qalmışdır. Sizin diqqət və qayğınız sayəsində biz qaçqınların vəziyyəti günbəgün yaxşılaşır. Sizin 2001-ci il 22 avqust tarixli Fərmanınızla belə gözəl və yaraşıqlı qəsəbənin salınması həmin qayğının parlaq təzahürüdür. Mən artıq füsünkar təbiəti ilə hər bir qonağı heyran edən gözəl bir qəsəbənin sakiniyəm. Özümü doğma Göyçə mahalındakı kimi hiss edirəm. Bizə göstərdiyiniz bu atalıq qayğısına görə bütün qəsəbə sakinləri adından Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, ən xoş arzularımı bildirirəm.

Belə gözəl, yaraşıqlı evlərin tikilib biz qaçqınların istifadəsinə verilməsi və Sizin bu gün bizimlə keçirdiyiniz tarixi görüş bizə yeni həyat bəxş etdi. Biz bu tarixi görüşü heç vaxt unutmayacağıq.

Cənab Prezident! Möhkəm əmin ola bilərsiniz ki, biz qaçqınların Sizə olan məhəbbəti hədsizdir. Çünki Sizin kimi rəhbəri, sərkərdəsi olan xalq xoşbəxtdir. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, 2003-cü ildə keçiriləcək prezident seçkilərində bütün qəsəbə sakinləri Sizi- xalqımızın qeyrətli oğlu, dahi siyasətçi Heydər Əliyevi Prezident görmək istəyir. Bu, həm də bütün xalqımızın arzusudur.

Çıxışımın sonunda qiymətli vaxtınızı sərf edib ürəyimizin ağrı-acısını dinlədiyinizə, dərdlərimizə yaxından şərik olduğunuza görə bir ziyalı, bir ana kimi Sizə öz təşəkkürümü bildirirəm. Sizin bu gün bizimlə keçirdiyiniz görüş həyatımızın dönüş mərhələsi oldu. Qoy ulu Tanrı Sizi xalqımızın başı üzərindən əskik etməsin.

Çox sağ olun.

X X X

“AZƏRAQRARTİKİNTİSƏNAYE” SƏHMDAR CƏMİYYƏTİNİN NÜMAYƏNDƏSİ İLQAR AĞAYEVİN ÇIXIŞI

- Möhtərəm Prezident!

Hörmətli Ağcakənd camaatı və qonaqlar!

Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına dair verilən tarixi fərmanlar, eyni zamanda, biz inşaatçıların işlə təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Belə ki, mənim çalışdığım “aqrartikintisənaye” Səhmdar Cəmiyyəti təkcə Ağcakənd qəsəbəsində yüz yaşayış evinin, iki orta məktəb binasının, iki kilometr uzunluğunda asfalt beton örtüklü avtomobil yolunun tikintisini qısa müddətdə, yüksək keyfiyyətlə tikib təhvil vermişdir.

Bizim səhmdar cəmiyyəti Ağdam rayonundakı Quzanlı və Erki qəsəbələrində, Biləsuvarın Çadır şəhərciyində, Füzuli rayonunun Haramı düzündə, Bakının Ramana və Mehdiabad kəndlərində fərdi yaşayış binalarının və infrastrukturun tikintisini də həyata keçirir. Maraqlı fakt odur ki, həmin tikinti sahələrində 12 min 600 nəfər işlə təmin olunmuşdur.

Hörmətli Prezident!

İcazə verin, bütün Azərbaycan inşaatçıları adından Sizə öz minnətdarlığımı bildirim. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayım.

Möhtərəm Prezidentimiz!

Sizin 1970-ci illərin əvvəllərindən Azərbaycanda başladığınız tikinti-quruculuq, abadlıq işləri bu gün daha geniş vüsət alır. Bəli, bu gün azad, müstəqil, suveren Azərbaycanda bu işlər daha ga genişləndirilmişdir. Bir milyon qaçqını olan, müharibə şəraitində yaşayan, güclü ordu saxlayan və bu ordunun saxlanılmasına böyük vəsait sərf edən bir ölkə, eyni zamanda, Biləsuvarda, Beyləqanda. Şəmkirdə, Ağcakənddə, Bakının kəndlərində yeni qəsəbələr salır, kəndlər tikdirir. Bu da ölkəmizin güclü iqtisadi inkişafına əyani bir sübutdur. Mən bunu görmək istəməyənlərə, layiqincə qiymətləndirməyənlərə nankor deyərdim.

Möhtərəm Prezidentimiz!

Biz inşaatçılar danışmaqdan daha çox iş görməyə üstünlük veririk. Bu şəraiti bizə Siz yaratmışsınız. Ona görə mən “Aqrartikintisənaye” Səhmdar Cəmiyyətinin bütün kollektivi adından Sizə bir daha sağ olun deyirəm.

Möhtərəm Prezidentimiz!

Allah mənə belə bir şans veribdir ki, sizin yanınızda ikinci dəfə dayanım və bir neçə kəlmə sözümü deyim.

1977-ci ilin oktyabr ayında Siz məni təhsildə, həm də Rusiyada tələbə inşaat dəstəsinin komandiri kimi işdə qazandığım uğurlara görə fəxri fərmanla təltif etdiniz. Mən həmin fəxri fərmanı 25 ildir ki, evimdə ən qiymətli, ən əziz bir hədiyyə kimi saxlayıram. Çünki orada Sizin imzanız var.

Möhtərəm Prezidentimiz!

Dünən Siz Gəncədə çıxış edərkən xalqımızın ürəyindən xəbər verən bir söz dediniz. Bildirdiniz ki, Qarabağı nə yolla olur-olsun qaytaracağıq. Biz inşaatçılar inanırıq ki, işğal olunmuş torpaqlarımız Sizin rəhbərliyinizlə geri qaytarılacaq. Biz inşaatçılar həmin torpaqlarda müasir tələblərə cavab verən bundan da gözəl evlər tikəcək, şəhərlərimizi və kəndlərimizi bərpa edəcəyik.

Çıxışımın axırında bir fikrimi də bildirmək istərdim. Mədəniyyət işçiləri onlara göstərdiyiniz daimi qayğıya görə özlərini Sizə daha yaxın hesab edirlər. Ancaq mən hesab edirəm ki, Siz biz inşaatçılara daha yaxınsınız. Təkcə bizim “Aqrartikintisənaye” Səhmdar Cəmiyyətində 12 min 600 nəfər inşaatçı çalışır. Bu qədər adam bu təşkilatdan əmək haqqı alır, dolanır. Bunu Sizə bildirmək istəyirəm ki, bizim səhmdar cəmiyyətində çalışanlar, eləcə də bütün inşaatçılar Sizi sevir, Sizə güvənir, Sizinlə fəxr edirlər. Ona görə də Sizin göstəriş və tapşırıqlarınıza böyük ruh yüksəkliyi ilə əməl etməyə həmişə hazırıq.

Bir daha deyirəm, sağ olun, çox sağ olun!

BMT-NIN QAÇQINLARIN İŞİ ÜZRƏ ALİ KOMİSSARLIĞININ AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ CƏNAB DİDYE LEYİN ÇIXIŞI

Möhtərəm cənab Prezident!

Bu gün biz insanda böyük təəssürat doğuran bir nailiyyətin şahidiyik. Bir neçə ay ərzində burada Ermənistandan didərgin düşmüş bir neçə min qaçqının məskunlaşması üçün tamamilə yeni bir qəsəbə salınmışdır ki, bu da, ümumilikdə, Sizin iradəniz sayəsində mümkün olmuşdur. Bizdə böyük təəssürat yaradan, sadəcə, bu nailiyyətin miqyası deyil, həm də onun Azərbaycan hökumətinin imkanlarının, Azərbaycan hökumətinin dövlətçilik idalrəetmə mexanizminin və nəhayət, Azərbaycan mühəndislərinin və işçilərinin əməyinin məhsulu olmasıdır.

Möhtərəm cənab Prezident! Bu tədbirdə mən BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi cənab Marko Borsotti ilə birgə iştirak edirəm. Bizim hər ikimiz Birləşmiş Millətlər Təşkilatı sistemini təmsil etdiyimizdən bugünkü nitqimi də məhz bu təşkilatın adından söylədiyimə görə böyük şərəf duyuram.

Bildiyiniz kimi, öz doğma yurdundan didərgin düşmüş yüz minlərlə insan Azərbaycan ərazisində sığınacaq axtardıqları vaxtdan bəri biz, BMT-nin ixtisaslaşdırılmış qurumları bu böyük humanitar böhranın öhdəsindən gəlməkdə Azərbaycan hökumətinə yardım etmək üçün əlimizdən gələni əsirgəmirik.

Ötən əsrin 80-ci illərinin sonundan, hələ Sovet İttifaqının tərkibində olan Azərbaycana qaçqınların gəldiyi vaxtlardan, Azərbaycan xalqı bu misli görünməmiş humanitar faciə qarşısında yalqız qalmışdı. İndi isə bu qəsəbə onlar üçün tikilmişdir.

Möhtərəm cənab Prezident!

İndi mən burada baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovla yanaşı durmuşam. Artıq bir neçə ildir ki, cənab Əli Həsənovla biz yüksək səviyyədə və nümunəvi əməkdaşlıq edirik. Bizim humanitar sahədə Azərbaycanda apardığımız fəaliyyət zamanı cənab Əli Həsənov səmərəli yardımı ilə hər zaman bizi dəstəkləmişdir. Qaçqınlara və məcburi köçkünlərə edilən bütün beynəlxalq humanitar yardımın əlaqələndirilməsində onun iştirakı bizim üçün həlledici rol oynayır. Hökumətin imkanlarının idarə edilməsində Əli Həsənovun rolu bu yeni qəsəbənin timsalında aydın görünür. Bu Sizin rəhbərliyiniz altında Azərbaycan hökumətinin həyata keçirdiyi təbdirlərin görünən hissəsidir.

Son illər ərzində Azərbaycan hökuməti və Milli Məclis bir çox hüquqi islahatlar həyata keçirmiş və bu öz növbəsində Azərbaycan cəmiyyətinin hər tərəfli inkişafı üçün şərait yaratmışdır.

Cənab Borsottinin adından onu demək istərdim ki, yoxsulluğun aradan qaldırılması istiqamətində müvafiq strategiyanın işlənib hazırlanması üçün Dünya Bankı ilə birgə Azərbaycan hökuməti tərəfindən inamla görülən işlər xüsusilə qeyd olunmalıdır ki, qaçqın və məcburi köçkünlər daxil olmaqla bütün ölkə əhalisi bundan faydalanacaqdır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı adından isə biz qaçqınlar, məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslərlə bağlı beynəlxalq standartlara cavab verən hüquqi normativ aktları qəbul etdiklərinə görə Azərbaycan hökumətinə və Milli Məclisə öz təşəkkürümüzü bildiririk. Qaçqınlarla bağlı qanunvericiliyin icrasını həvalə etdiyiniz cənab Əli Həsənovla birlikdə biz Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Daxili İşlər və Ədliyyə nazirlikləri və Dövlət Sərhəd Xidməti kimi orqanların səlahiyyətləri çərçivəsində tədricən müvafiq proseduraların yaradılması sahəsində, həmçinin bu dövlət strukturları daxilində kadr bazasının möhkəmləndirilməsi istiqamətində işlər aparırıq ki, bu da, öz növbəsində, Azərbaycan Respublikasına dünyanın müxtəlif yerlərindən gələn qaçqınlarla bağlı ədalətli və düzgün sığınacaq siyasəti həyata keçirməyə imkan verəcəkdir.

Son olaraq, diqqətinizə çatdırmaq istərdim ki, BMT-nin qaçqınlar üzrə ali komissarı cənab Ruud Lubbers qaçqınlar üçün uzun müddətli həll yolları dedikdə başlıca olaraq qaçqınların təhlükəsiz şəkildə və ləyaqətlə öz doğma yurdlarına qayıtmasını nəzərdə tutur. Sığınacaq alınan ölkədə inteqrasiya isə yalnız geri qayıtmanın obyektiv səbəblərdən mümkün olmadığı halda tətbiq edilir, lakin bu, təbii ki, əsas insan hüquqlarından biri olan repatriasiyanın unudulması demək deyildir.

Bizim çoxumuz, həm azərbaycanlılar, həm də beynəlxalq ictimaiyyətin nümayəndələri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Sizin ardıcıl səylərinizin şahidiyik. Biz sizin bu fəaliyyətinizi nəinki Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqaz regionunun inkişafı üçün hədsiz dərəcədə əhəmiyyətli olduğunu düşünürük. Birləşmiş Millətlər Təşkilatı adından bu şərəfli yolda Sizə uğurlar arzulayırıq.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə nitq söylədi.

AŞAĞI AĞCAKƏND QƏSƏBƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

-Əziz bacılar və qardaşlar!

Əziz dostlar!

Mən sizin hamınızı salamlayıram. Hər birinizi qucaqlayıram, bağrıma basıram. Hər birinizə cansağlığı arzulayıram. Burada, Azərba ycanın bu gözəl guşəsində xoşbəxt həyat arzu edirəm.

1988-ci ildə erməni millətçiləri, erməni qəsbkarları uzun illərdən bəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan iddialarını, nəhayət, həyata keçirməyə başladılar. Onlar münaqişəyə şərait yaratdılar. Ancaq sonra isə, əvvəldən axıra qədər, onların bütün hərəkətləri Azərbaycana qarşı hərbi təcavüz etməkdən, Azərbaycanın suverenliyini pozmaqdan, ərazi bütövlüyünü pozmaqdan, Azərbaycan torpaqlarını əllərinə keçirməkdən ibarət olmuşdur.

Belə bir şəraitdə, 1988-ci ildə münasibətlər kəskinləşdi və Ermənistanda həmin o qəddar millətçi qüvvələr əsrlər boyu öz doğma vətənində, doğma torpağında yaşamış insanları, azərbaycanlıları zorla öz yerlərindən çıxarmağa başladılar. Beləliklə, ermənilərin Azərbaycana qarşı təcavüz hərəkətlərinin son mərhələsi baş verdi.

Siz bilirsiniz ki, bir neçə il bundan öncə, 1998-ci ildə mən ermənilərin indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı ədalətsiz hərəkətləri, azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiya olunması ilə əlaqədar Fərman vermişdim. Bu deportasiyanın 50 illiyi münasibətilə öz fikirlərimi bildirmişdim. Amma bu deportasiya, azərbaycanlıların Ermənistandan deportasiyası ilk hadisə deyildi. İndiki Ermənistanın ərazisində əhalinin əksəriyyətini həmişə azərbaycanlılar təşkil ediblər. Ermənistanın paytaxtı olan Yerevanda əsrlər boyu azərbaycanlılar çoxluq təşkil ediblər. Bu, hələ çar hökumətinin statistikasında da var. Bunu heç kəs inkar edə bilməz. Ancaq, təəssüflər olsun ki, o illərdə də, XX əsrin əvvəllərində də ermənilərin azərbaycanlılara qarşı düşmənçilik münasibəti, azərbaycanlılara qarşı təcavüzü tədricən həyata keçirilirdi.

1918-ci ildə onlar azərbaycanlılarla ermənilər arasında qanlı vuruşlara şərait yaratdılar. Azərbaycanlıları Ermənistan ərazisində və başqa yerlərdə qırmağa başladılar və qırğın yaratdılar. İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar, demək olar ki, o vaxtdan öz doğma torpaqlarını tərk etməyə məcbur oldular. Hər il tədricən Ermənistanda, o qədim ata-baba torpaqlarını tərk edib Azərbaycanın ərazisinə köçmək məcburiyyətində oldular.

Beləliklə, getdikcə ermənilər azərbaycanlılara məxsus olan torpağı, Ermənistan adlanan yeri zəbt edəndən sonra orada özlərinə dövlət yaratmaq, əhalinin çoxluğunu təmin etməyə çalışdılar. Buna da nail oldular. Sonrakı dövrdə də Azərbaycana Ermənistan ərazisindən azərbaycanlıların axını davam edibdir.

Ancaq 1948-ci ildə SSRİ hökumətinin qərarı ilə, - təəssüflər olsun ki, o vaxtkı Azərbaycan hökumətinin də razılığı ilə,- azərbaycanlıları kütləvi olaraq Ermənistan ərazisindən deportasiya etdilər. Özü də çox ağır şəraitdə-insanlara öz mal-mülklərini də yığışdırmağa imkan vermədilər. Dağlıq yerdə yaşayan adamları yük vaqonlarına doldurub, dəmir yolu ilə gətirib Azərbaycanın Muğan, Mil zonasına - çöllərə tökdülər. Məlumdur ki, deportasiya olunanların bəzisi orada qırıldı, bəzisi sonra yenə də müəyyən yollarla öz torpaqlarına, öz evlərinə qayıtdı. Çünki ürəkləri davam gətirə bilmirdi. Böyük bir qismi də Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatına qoşuldu və Azərbaycanda yaşadı.

Beləliklə, get-gedə Ermənistan ərazisində azərbaycanlıların sayı azaldı, azaldı, azaldı. Nəhayət, ermənilər 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsini başlayaraq, dərhal azərbaycanlıları Ermənistan ərazisindən tamamilə çıxartdılar. O cümlədən siz də, əziz qardaşlar, bacılar, həmin o vaxt ermənilərin azərbaycanlılara qarşı bu sonuncu qəddar, düşmənçilik siyasətinin və terrorçuluq hərəkətlərinin qurbanı oldunuz. Evinizi-eşiyinizi, varınızı-dövlətinizi itirdiniz, ata-baba yurdlarını tərk etdiniz, ulu babalarınızın qəbirlərindən ayrıldınız və Azərbaycana gəldiniz. O vaxt sizin məskunlaşmağınız üçün bəzi tədbirlər görülmüşdür. Ancaq bunlar lazımi qədər olmamışdır. Açıq deyək, o qədər imkan da yox idi, müharibə gedirdi. Ancaq get-gedə, ilbəil biz sizin məskunlaşmağınızla məşğul olduq.

Mən adı çəkilər Fərmanlarda 1988-ci ildə Ermənistan ərazisindən Azərbaycana zorla köçürülmüş, qaçqın düşmüş insanların, soydaşlarımızın məskunlaşması məsələsini həll etmək qərarına gəldim. Mən əvvəlki illərdə də bunu istəyirdim. Ancaq bilin, imkan, vəsait yox idi. Bunun üçün biz yaşamalı idik, iqtisadiyyatı inkişaf etdirməli, neft strategiyasını həyata keçirməli idik. Beləliklə, gəlirlərimizi artırmalı idik ki, bu cür böyük layihələrin həyata keçirilməsinə başlaya bilək.

Nəhayət, Azərbaycanın dövlət neft strategiyasının həyata keçirilməsindən ilk gəlirləri əldə etdik, Neft Fondu yaratdıq və onları Neft Fondunda topladıq. Ardıcıl surətdə daxil olan vəsait orada toplandı. Neft Fondunda müəyyən qədər vəsaitin toplandığını görəndən sonra mən ancaq və ancaq sizin, Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məskunlaşması və bir də Biləsuvarda çox ağır vəziyyətdə olan, Füzuli, Cəbrayıl və bir neçə rayonlardan köçüb çadırlarda yaşayanların şəraitinin yaxşılaşdırılması üçün Neft Fondundan 72 milyon dollar ayırdım. İlk addımı da sizin üçün, öz doğma torpaqlarından ayrılıb, böyük iztirablar içərisində qaçqın vəziyyətində yaşayan azərbaycanlılar üçün, soydaşlarımız üçün atdım.

Bu qəsəbənin tikilməsinin tarixi haqqında artıq burada deyildi. Mən bunlara qayıtmaq istəmirəm. Bəli, mənim qəbul etdiyim qərarlar, verdiyim göstərişlər, onların həyata keçirilməsi qısa müddətdə burada, Azərbaycanın Gülüstan bölgəsində, bu gözəl guşədə sizin üçün belə bir böyük yaraşıqlı, gözəl qəsəbənin yaranmasına təminat verdi.

Bu qəsəbə tikilərkən evlərin fotoşəkillərinə baxmışam. Nəhayət, hazır olandan sonra bütün qəsəbənin fotoşəklini görmüşəm. Çox sevinmişəm. Ancaq bu gün avtomobillə gələrkən bu qəsəbəni görəndə mən və mənimlə gələnlərin hamısı həddindən artıq sevindik. Nə qədər gözəl yerdir, gözəl təbiəti, gözəl havası var, eyni zamanda, gözəl bir qəsəbədir.

Əziz dostlar, siz buna layiqsiniz. Bundan da artığına layiqsiniz. Çünki siz çox əzab-əziyyət çəkmisiniz, çox itkilər vermisiniz. Siz erməni millətçilərinin, işğalçılarının qurbanı olmusunuz. Ona görə bizim hamımızın borcu, o cümlədən mənim, Azərbaycan dövlətinin Prezidentinin borcu sizə lazımi şəraiti yaratmaqdan ibarətdir. Mən də bu borcumu yerinə yetirirəm.

Dünya heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir. XX əsrin sonu, XXI əsrin ilk illəri bunu sübut edir və göstərir ki, dünyada çox böyük dəyişikliklər gedir. Bəli, heç bir şey bir yerdə durmur. Heç bir şey olduğu kimi qalmır. Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm. Ancaq indi sizə bu şəraiti yaratmaq mümkün olub, mən də bunu yaratmışam.

Ermənistanın işğalçı qüvvələri də heç vaxt düşünməsinlər ki, hər şey belə qalacaqdır. Yox! Biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Azərbaycanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək, suverenliyini bərpa etmək, işğal olunmuş rayonlarımızın azad edilməsini istəyirik. Əminəm ki, biz buna nail olacağıq. Bizim Azərbaycan rayonlarından zorla çıxarılmış soydaşlarımız da öz yerlərinə, yurdlarına qayıdacaqlar.

Qarabağ məsələsi bizim əsas problemimizdir, ağrılı problemimizdir, ürək ağrımızdır. Ancaq biz bunlara dözürük. Eyni zamanda biz torpaqlarımızı azad etməyə həmişə hazırıq. Amma sülh imkanlarından sona qədər istifadə edəcəyik və əgər bu imkanlar nəticəsində istədiyimizə nail ola bilməsək, biz bütün vasitələrdən istifadə edib, torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Azərbaycan müstəqil bir dövlət kimi artıq böyük inkişaf yolundadır. Azərbaycan dünya birliyində öz layiqli yerini tutubdur. Azərbaycanın daxili və xarici siyasəti ölkəmizdə demokratik hüquqi dövlət quruculuq prosesini təmin edir, Azərbaycanda iqtisadi islahatları həyata keçirir, iqtisadiyyamızı inkişaf etdirir, beynəlxalq aləmdə ölkəmizin bütün mövqelərini möhkəmləndirir. Bu siyasət Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin siyasətidir və bu siyasət axıra qədər davam edəcəkdir. İnanıram ki, sizinlə birlikdə, sizin dəstəyinizlə, etimadınızla biz birlikdə Azərbaycanı inkişaf etdirəcəyik, yüksəldəcəyik, onu daha da gözəl edəcəyik.

Əziz dostlar, bu qəsəbədə sizə xoşbəxt həyat arzulayıram. Arzulayıram ki, burada həmişə sevinc olsun, məhəbbət olsun, toy olsun, şənlik olsun, musiqi çalınsın. Burada Aşıq Ələsgərin sazı səslənsin, Aşıq Ələsgərin sözləri bu dağlara yayılsın. Siz burada gözəl, xoşbəxt həyat içində yaşayasınız. Sizin hamınıza cansağlığı arzu edirəm. Sağ olun, sağ olun, sağ olun!

\Prezident Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi, dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı\.

X X X

ƏLİ HƏSƏNOV: Yaşasın Azərbaycanın dünəni, bu günü və sabahı olan möhtərəm cənab Heydər Əliyev və cənab İlham Əliyev!

Mərasimdə Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Yusif Hümbətov, parlamentin deputatları iştirak edirdilər.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev Gəncə şəhərinə və Goranboy rayonuna səfərini başa çatdıraraq, sentyabrın 13-də axşam Bakıya qayıtdı.

Əsgər İbrahimov,

Sabir Əliyev,

Yaşar Xəlilov (foto),

AZƏRTAC-ın xüsusi müxbirləri

Rafiq Bağırov (foto)

Bakı-Gəncə-Goranboy-Bakı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib