Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN VƏ RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNİN TƏKBƏTƏK GÖRÜŞÜ

Yanvarın 25-də Böyük Kreml sarayının Yaşıl qonaq otağında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur. 

Prezident VLADİMİR PUTİN ali qonağı səmimiyyətlə salamlayaraq dedi:

- Hörmətli Heydər Əlirza oğlu!

Son vaxtlar Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlər, zənnimcə, çox uğurla inkişaf edir. Bu, iqtisadi sahədə də müşahidə olunur, siyasi əməkdaşlıq, beynəlxalq aləmdə fəaliyyətimizin əlaqələndirilməsi yaxşılaşmışdır. Bütün bunlar iki dövlət arasında münasibətlərin, sadəcə, yaxşılaşdığını deyil, keyfiyyətcə yüksəldiyini göstərən çox müsbət əlamətlərdir.

Bununla belə, dünən mənim evimdə Sizinlə görüşümüzdə vurğuladıq ki, hələ çox iş görmək lazımdır. Biz ümid edirik və zərrə qədər də şübhəm yoxdur ki, Sizin səfəriniz bizim münasibətlərimizin nəinki siyasi sahədə, həm də hökumətlər səviyyəsində inkişafına yaxşı təkan verəcəkdir. Zənnimcə, indi hökumətlərarası komissiya kifayət qədər gərgin, uğurla işləyir. Bu ilin martında Bakıda hökumətlərarası komissiyanın həmsədrlərinin görüşünü keçirmək planlaşdırılmışdır. Lakin məmnunluqla demək istərdim ki, bir çox illər ərzində ilk dəfə olaraq bizim hərbi idarələrimiz arasında əməkdaşlıq başlanmışdır. Hərbçilərimiz görüşməyə, hərbi quruculuq problemlərini müzakirə etməyə, qarşılıqlı maraq doğuran istiqamətlərdə öz səylərini əlaqələndirməyə başlamışlar. Bu baxımdan Qəbələ stansiyası barədə qarşılıqlı anlaşmanın əldə olunmasını vurğulamaya bilmərəm. Bütün bunlar Sizin səfərinizin belə böyük əhəmiyyət kəsb etməsi üçün çox yaxşı zəmindir.

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV səmimi qəbula görə Rusiya dövlətinin başçısına təşəkkür edərək dedi:

- Vladimir Vladimiroviç, çox sağ olun. Rusiyaya dövlət səfəri etmək barədə dəvətinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Mən Sizə səmimi görüşə, qonaqpərvərliyə, dünən evinizdəki çox məzmunlu, mehriban söhbətə görə təşəkkür edirəm. Zənnimcə, biz orada Sizinlə çox məsələləri müzakirə etdik. Sizin kimi, mən də Rusiya-Azərbaycan münasibətlərində baş verən müsbət irəliləyişlərdən son dərəcə məmnunam. Amma mən açıq deməliyəm ki, bu, ilk növbədə Sizin prezident seçilməyinizdən sonra baş vermişdir. Bizim münasibətlərimizdə çox intensiv inkişaf prosesi vaxtında başlamışdır, biz dəfələrlə görüşmüşük. Mənim köməkçilərim hesablamışlar, gərək ki, qısa vaxtda biz Sizinlə 16 dəfə görüşmüşük. Bunun özü həmin görüşlərin əhəmiyyətini göstərir. Şübhəsiz ki, bu görüşlərdən hər biri çox məzmunlu-mənalı olmuşdur, biz çox məsələləri müzakirə etmişik.

Hesab edirəm ki, bizim münasibətlərimizin indiki vəziyyəti məmnunluq doğura bilər. Ancaq eyni zamanda, hesab edirəm ki, bu, bütün sahələrdə - iqtisadi, siyasi sahələrdə, beynəlxalq aləmdə və hərbi sahədə əməkdaşlıq sahəsində gələcək fəal və birgə işimizin başlanğıcıdır. Hesab edirəm ki, Qəbələ radiolokasiya stansiyası haqqında sazişi imzalanmaq üçün hazırlaya bilməyimiz böyük işdir. SSRİ-nin dağılmasından 10 il keçib və bu 10 il ərzində Rusiya həmin stansiyadan istifadə edirdi, amma bu barədə razılaşma yox idi. Ancaq eyni zamanda, bu onu göstərir ki, bəlkə də razılaşma lazım deyil, elə belə də istifadə etmək olar, amma hər halda razılaşmanın olması yaxşıdır.

VLADİMİR PUTİN: Siz məni qorxutdunuz...

HEYDƏR ƏLİYEV: Nə üçün qorxutdum?

VLADİMİR PUTİN: Bəlkə də razılaşmalar lazım deyildir... Mən düşünürəm ki, bunlar, əlbəttə, lazımdır. Heydər Əliyeviç, son vaxtlar biz iki ölkə arasındakı münasibətləri keyfiyyətcə o qədər dəyişmişik ki, gəlib bu razılaşmalara çıxa bilmişik və bu, çox yaxşıdır. Biz başqa məsələrdə, o cümlədən Xəzər bərəsində və digər məsələlərdə də kooperativ şəkildə bir-birimizin xeyrinə işləyə bilərik.

HEYDƏR ƏLİYEV: Vladimir Vladimiroviç, tamamilə doğrudur. Mən demək istəyirəm ki, Xəzər məsələsində bizim mövqelərimiz çox oxşardır. Bir il əvvəl Sizin Bakıya rəsmi səfəriniz zamanı biz Sizinlə prinsiplər haqqında Birgə bəyanat imzaladıq, dünən isə gələcək əməkdaşlığın imkanları barədə danışdıq. Mən hesab edirəm ki, bu məsələdə biz - Rusiya, Qazaxıstan və Azərbaycan birlikdə əməkdaşlıq edirik və Xəzərin hüquqi statusu məsələsini qəti şəkildə həll etmək üçün bu məsələni irəlilədə bilərik.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həlli məsələsi ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Azərbaycan Prezidenti Heydər Əliyev münaqişənin aradan qaldırılmasında Rusiyanın həlledici rolunu nəzərə çarpdırmış, Rusiya Prezidenti Vladimir Putin bu sahədə öz ölkəsinin səylərini daha da artırmağa hazır olduğunu yenidən vurğulamışdır.

Prezidentlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, ölkələrimizin qarşılıqlı səylərindən və dəstəyindən məmnunluq hissi ilə söhbət açmışlar.

Söhbətin gedişində Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçirilmiş və dövlətlərarası münasibətlərin daha da yaxşılaşmasında bu əlaqələrin rolu yüksək qiymətləndirilmişdir.

Tərəflər hər iki ölkəni maraqlandıran bir sıra regional və beynəlxalq məsələlər barədə də geniş fikir mübadiləsi etmişlər.

Görüş səmimilik və mehribanlıq şəraitində keçmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO