RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN ALMAN MARŞALL FONDUNUN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Prezident sarayında ABŞ-ın Alman Marşall Fondunun nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı Marşall Fondu ilə əlaqələrin də genişləndiyini vurğuladı. Prezident İlham Əliyev Marşall Fondu ilə uğurlu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu nəzərə çarpdırdı.
Dünyada Azərbaycana böyük maraq olduğunu söyləyən nümayəndə heyətinin başçısı Skott Klaq ölkəmizlə ABŞ arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi. Azərbaycanın beynəlxalq aləmdə rolunun artdığını qeyd edən qonaq Marşall Fondu ilə Azərbaycan arasında əlaqələrin yeni mərhələyə qalxdığını vurğuladı. O, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirdi.
Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.