Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN DÖVLƏT KATİBİ MÜAVİNİNİN MƏSUL NÜMAYƏNDƏSİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Prezident sarayında Amerika Birləşmiş Ştatları Dövlət katibi müavininin Avro-Asiya məsələləri üzrə məsul nümayəndəsi Linn Paskonu qəbul etmişdir.

Qonağı səmimiyyətlə salamlayan Prezident İLHAM ƏLİYEV dedi:

-Hörmətli cənab Linn Pasko, mən sizi ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Amerika ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Biz bütün sahələrdə çox uğurlu əməkdaşlıq edirik. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcəkdir. İqtisadi sahədə bu əməkdaşlıq artıq böyük uğurlar gətiribdir. Amerika dövlətinin dəstəyi ilə Azərbaycanda və regionda beynəlxalq aləm üçün çox böyük əhəmiyyəti olan irimiqyaslı enerji layihələri həyata keçirilir.

Bilirsiniz ki, beynəlxalq maliyyə qurumları, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Bankı Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi üçün müvafiq vəsait ayırıbdır. Nəzərə alsaq ki, Amerika dövlətinin, xüsusilə, Dünya Bankında və Beynəlxalq Maliyyə Korporasiyasında nüfuzu çox güclüdür, ehtimal irəli sürmək olar ki, bu qurumlar layihəyə müvafiq vəsaiti Amerika hökumətinin növbəti dəstəyi ilə ayırıblar.

Digər sahələrdə də, o cümlədən terrorizmə qarşı mübarizədə ikitərəfli münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycan artıq açıq-aydın göstərib ki, çox etibarlı tərəfdaşdır. Prezident cənab Buş mənə göndərdiyi məktubda vurğulayır ki, Azərbaycan Amerika üçün dost ölkədir. Bu, həqiqətən də belədir. Siz bilirsiniz ki, Amerika da Azərbaycan üçün dost ölkədir. Əminəm ki, bu dostluq gələcəkdə də davam edəcəkdir və bizim ölkələrimizi bir-birinə daha da sıx bağlayacaqdır.

Səmimi qəbula görə Azərbaycan dövlətinin başçısına dərin minnətdarlığını bildirən ABŞ-ın Dövlət katibi müavininin məsul nümayəndəsi LİNN PASKO dedi:

-Cənab Prezident, vaxt ayırıb məni qəbul etdiyinizə görə, dərin minnətdarlığımı bildirirəm. İcazə verin, Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Buşun və Amerika xalqının adından Sizə salamlarımı yetirim. Biz Sizinlə Azərbaycan Prezidenti kimi işləyəcəyimizə qəti surətdə əmin ola bilərsiniz.

Bildiyiniz kimi, Azərbaycanla bizi uzun müddətdir ki, sıx əlaqələr birləşdirir. Bu əlaqələr özünü Bakı-Tbilisi-Ceyhan kimi böyük layihələrdə büruzə verir. Həqiqətən, Sizin dediyiniz kimi, biz Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müvafiq iş apardıq ki, bu layihəyə lazımi maliyyə ayrılsın.

Eyni zamanda, Amerika Birləşmiş Ştatları Azərbaycana antiterror əməliyyatlarında iştirakına görə minnətdarlığını bildirir. Məlumdur ki, Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın hərbi qüvvələri bundan əvvəl Əfqanıstanda birgə işləmişlər.İndi isə İraqda birgə işləyirlər. Bu, bizim uzunmüddətli əlaqələrimiz üçün çox vacibdir.

Ümumiyyətlə, bizim üçün Qafqaz həm dünya siyasətində, həm də dünya iqtisadiyyatında vacib bir region hesab olunur. Biz keçmişdə olduğu kimi, indi də, gələcəkdə də Azərbaycanla ölkənizin qərbə uzunmüddətli inteqrasiyası üçün işləməyə hazırıq. Bu, bizim ən mühüm vəzifələrdəndir.

Bir neçə ay bundan əvvəl Sizi Vaşinqtonda görməkdən çox məmnun idik. Ümid edirik ki, daha tez-tez görəcəyik.

İLHAM ƏLİYEV: Çox sağ olun. Sizin dediyiniz kimi, ölkələrimiz arasında münasibətlər çox uğurla davam edir və bir neçə irimiqyaslı regional layihələr Azərbaycanın bilavasitə iştirakı ilə həyata keçirilir. Əlbəttə, bu və bu cür layihələri gələcəkdə də həyata keçirmək üçün regionda sülh və təhlükəsizlik bərqərar olunmalıdır.

Regionda hazırda müxtəlif münaqişələr mövcuddur. Bunların arasında ən ciddi münaqişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həll olunmasında öz rolunu oynayır. Biz ümidvarıq ki, gələcəkdə də Amerika Birləşmiş Ştatları öz nüfuzundan istifadə edərək bu münaqişənin həll olunmasında daha fəal rol oynayacaqdır və münaqişə beynəlxalq hüquq normaları əsasında öz həllini tapacaqdır.

Siz bu məsələ ilə yaxından tanışsınız. Çünki siz özünüz də Amerika Birləşmiş Ştatları tərəfindən Minsk qrupunun həmsədri olmusunuz və bu məsələnin mahiyyətini dərindən bilirsiniz. Ümid edirəm ki, yaxın gələcəkdə bu münaqişə sülh yolu ilə öz həllini tapacaqdır.

LİNN PASKO: Cənab Prezident, izazə verin, deyim ki, bu mövzu ətrafında elə bu binada Sizin atanızla böyük vaxt sərf edərək müzakirələr aparmışıq. Lakin həqiqətən biz gərək qüvvəmizi ikiqat artıraq ki, bu məsələ həll olunsun. Həqiqətən biz belə düşünürük və inanırıq ki, bu münaqişə regionu çox geriyə aparır. Həm Minsk qrupunun həmsədri kimi, həm də Amerika Birləşmiş Ştatları olaraq Sizinlə birlikdə işləyəcəyik ki, bu məsələ tezliklə sülh yolu ilə həll olunsun. Sadəcə, biz bundan sonra qüvvəmizi ikiqat artırmalı olacağıq.

Bildiyiniz kimi, mən ilk əvvəl Bakıya səfərə gəlmişəm. Daha sonra Tbilisiyə, Yerevana və Ankaraya gedəcəyəm. Həqiqətən çox inanırıq ki, bu məsələ tezliklə həll olunacaqdır.

Qəbulda Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, ABŞ-ın Bakıdakı səfiri Rino Harniş və Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik