RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul etmişdir
Bakı, 26 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə olunan uğurların önəmi vurğulandı, bu əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.