Azərbaycan Prezidenti İlham Əliyev Davosda İsrail Prezidenti Şimon Peres ilə görüşmüşdür
Davos, 24 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti Şimon Peresin görüşü olmuşdur.
Görüşdə Azərbaycan-İsrail münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılmışdır.