AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LATVİYAYA DÖVLƏT SƏFƏRİNƏ YOLA DÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Latviya Respublikasına dövlət səfərinə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.