Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir VİDEO

Minsk, 25 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 25-də Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Sarayında qarşıladı. Dövlət başçıları xatirə şəkli çəkdirdilər.

Sonra Prezident Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa gələn digər dövlət başçılarını da qarşıladı.

Prezidentlər xatirə şəkli çəkdirdilər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.

İclasın iştirakçılarını salamlayan Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət və hökumət başçılarının bu tədbirdə iştirakını yüksək qiymətləndirdi.

İclas iştirakçıları adından İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edən Aleksandr LUKAŞENKO dedi:

- İcazə verin, - elə bilirəm ki, ümumi rəyi ifadə edəcəyəm, - iclasımıza başlamazdan əvvəl hamımızın adından hörmətli İlham Heydər oğlu Əliyevi seçkilərdə çox inamlı qələbə qazanması münasibətilə təbrik edək, ona Azərbaycan Respublikasının və xalqının tərəqqisi naminə ali dövləti vəzifəsində yeni uğurlar arzulayaq.

İclasda iştirak edən dövlət başçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə gül dəstəsi təqdim olundu.

Sonra Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının iclasını açıq elan etdi və sözü MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedevə verdi.

İclasın gündəliyi və reqlamenti barədə məlumat verən Sergey Lebedev bildirdi ki, gündəlikdə 14 məsələnin müzakirəsi nəzərdə tutulmuşdur. Bunlar 2015-ci ilin MDB-də “1941-1945-ci illər Böyük Vətən Müharibəsi Veteranları İli” elan edilməsi, sovet xalqının Böyük Vətən müharibəsində Qələbəsi münasibətilə vahid yubiley mükafatlarının təsis olunması, MDB-də sədrlik məsələsi, Dövlət Başçıları Şurasının növbəti görüşünün vaxtı, yeri və digər məsələlərdir.

İclasın gündəliyi təsdiq olunduqdan sonra Belarus Prezidenti Aleksandr LUKAŞENKO birlik çərçivəsində qarşılıqlı əməkdaşlıq üzrə aktual məsələlərlə bağlı çıxış edərək dedi:

- Bu gün biz Müstəqil Dövlətlər Birliyinin mənzil-qərargahının yerləşdiyi və ənənəvi irimiqyaslı qərarların qəbul olunduğu Minsk şəhərində toplaşmışıq. Sədrlik çərçivəsində Belarus öz səylərini “İnsan naminə inteqrasiya” şüarına müvafiq olan məsələlərin həllinə yönəldib. Bundan çıxış edərək hamımız tərəfindən təhlükəsizlik, ekologiya, yaşıl texnologiyalar, regionlararası sərhədyanı əməkdaşlığın genişləndirilməsi, mədəni dialoq sahələrində bir sıra tədbirlər və təşəbbüslər uğurla həyata keçirilib. İqtisadi tərəfdaşlıq mövzusu fəaliyyətin əsas istiqamətini təşkil edib. Bu il biz azad ticarət xidmətləri zonası müqavilə layihəsi üzrə fəal danışıqlara başlamışıq.

“İndi isə MDB çərçivəsində qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üzrə əlavə tədbirlərin görülməsinin vaxtı çatıb”, - deyən Aleksandr Lukaşenko Birliyə üzv dövlətlərin üç istiqamət üzrə əməkdaşlığı daha da gücləndirməsinin vacibliyini vurğuladı. Bu sahələr MDB ölkələrinin beynəlxalq arenada əlaqələndirilmə məsələsinin gücləndirilməsini, regional səviyyədə işin fəallaşdırılmasını və gənclər arasında birliyin təbliğini nəzərdə tutur.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV iclasda çıxış edərək dedi:

- Hörmətli Aleksandr Qriqoryeviç, çıxışımın əvvəlində Sizin səmimi sözlərinizə və təbriklərinizə görə təşəkkürümü bildirmək istərdim. Bu, bir qədər gözlənilməz oldu. Yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyim münasibətilə məni təbrik etmiş bütün həmkarlarıma, dövlət başçılarına təşəkkür etmək istərdim. Deməliyəm ki, ölkələrimiz arasında əməkdaşlıq mənim fəaliyyətimdə birinci dərəcəli əhəmiyyət kəsb edəcəkdir. Bizim xalqlarımızı müştərək tarix, ümumi keçmiş, qəhrəmanlıq keçmişi, faşizmə qarşı birgə mübarizə birləşdirir. Bu gün bizi iqtisadi və siyasi maraqlar birləşdirir. MDB çərçivəsində əməkdaşlıq Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Təbii ki, Birlikdə inteqrasiya prosesləri çərçivəsində Azərbaycan həmişə prinsipial mövqe tutmuşdur. Bu mövqe əməkdaşlığın möhkəmlənməsinə, çoxtərəfli və ikitərəfli münasibətlərin inkişafına istiqamətlənmişdir.

Bir neçə gündən sonra Bakıda Üçüncü Beynəlxalq Humanitar Forumu keçiriləcəkdir. Rusiyanın və Azərbaycanın birgə təşəbbüsü ilə keçirilən bu ənənəvi Forum qısa müddətdə humanitar əməkdaşlıq, mədəniyyətlərarası və dinlərarası dialoq məsələlərinin müzakirəsi üçün çox mühüm bir məkana çevrilmişdir. Fürsətdən istifadə edib MDB ölkələrinin nümayəndələrinə əvvəlki forumlarda fəal iştirak etdiklərinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Ümidvaram ki, ziyalılar, elmi ictimaiyyətin nümayəndələri bu Forumda da fəal iştirak edəcəklər. Bu, bizim əməkdaşlığın əsasını təşkil edən humanitar sahədə əlaqələrin möhkəmləndirilməsi çərçivəsində siyasətimizə uyğundur. Humanitar sahə ölkələrimiz arasında münasibətləri möhkəmləndirən sahədir və elə etmək lazımdır ki, bizim vətəndaşların artıq müstəqillik şəraitində doğulmuş və formalaşmış gələcək nəsilləri də xalqlarımızı və ölkələrimizi bir-birinə bağlayan bütün müsbət dəyərləri qiymətləndirsinlər, öz əməkləri ilə münasibətlərimizin inkişafına töhfə versinlər.

Biz iqtisadi kooperasiya, iqtisadi əməkdaşlıq ilə bağlı məsələlərə də böyük əhəmiyyət veririk. MDB ölkələrinin çoxu ilə Azərbaycanın əmtəə dövriyyəsi ildən-ilə genişlənir, onun strukturu yaxşılaşır. Başqa sözlə desək, bizim münasibətlərimizin əsası olan humanitar əməkdaşlıq iqtisadi sahədə də fəal qarşılıqlı əlaqəyə şərait yaradır.

İclasımızın gündəliyi cinayətkarlığa, terrorizmə qarşı mübarizə ilə bağlı olan məsələləri əhatə edir. Bu məsələlər də bizim üçün vacibdir və bütövlükdə dünya birliyi tərəfindən vahid mövqedən qəbul edilməlidir. Ona görə ki, bu gün cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində fəal əməkdaşlıq olmasa, heç bir ölkə öz təhlükəsizliyini tamamilə və ya yüz faiz təmin edə bilməz. Vətəndaşlarımızın təhlükəsiz gələcəyini təmin etmək üçün bizim dövlətlərin müvafiq xidmətləri arasında əlaqələndirməni və birgə fəaliyyəti gücləndirmək lazımdır.

Gündəlikdəki digər mövzularla bağlı məsələlər barəsində, yəni 2014-cü ilin Turizm ili, 2015-ci ilin Böyük Vətən Müharibəsi Veteranları ili elan edilməsi məsələlərində biz Birliyin üzvü olan ölkələrin mövqeyinə tamamilə şərikik. Bunlar çox mühüm sahələrdir. Təbii ki, Azərbaycan öz tərəfindən bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi işinə imkan daxilində öz töhfələrini verməyə çalışacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.

Daha sonra çıxış edən Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV Birlik çərçivəsində xalqlarımız arasında münasibətlərin daha da yaxınlaşması məsələsinin prioritet olduğunu bildirdi, 2014-cü ildə Ukraynanın MDB-yə sədrliyini dəstəklədiyini vurğuladı.

Qırğızıstan Baş nazirinin müavini Comart OTORBAYEV ölkəsinin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə bağlı tədbirlərə böyük əhəmiyyət verdiyini dedi, bu sahədə tədbirlərin görülməsinin vacibliyinə toxundu.

Moldova Prezidenti Nikole TİMOFTİ ölkələrimizin və xalqlarımızın maraqları çərçivəsində əməkdaşlığın bundan sonra da möhkəmləndiriləcəyinə ümidvar olduğunu bildirdi.

Rusiya Prezidenti Vladimir PUTİN çıxışında iqtisadi sahədə tədbirlərə prioritet yanaşmanın vacibliyini diqqətə çatdırdı. O, dünya iqtisadiyyatında baş verən proseslərə toxunaraq qlobal böhranla bağlı ölkələrimiz arasında inteqrasiya əlaqələrinin inkişafının, təhlükəsiz işgüzar mühitin formalaşdırılmasının vacibliyini bildirdi. Hüquq mühafizə sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirən Vladimir Putin bu ilin “Ətraf Mühitin Mühafizəsi İli”, gələn ilin isə “Turizm İli” elan olunacağını diqqətə çatdırdı.

2020-ci ilədək turizm sahəsində əməkdaşlıq strategiyasının nəzərdən keçirildiyini vurğulayan Rusiya Prezidenti Vladimir PUTİN dedi:

- MDB ölkələri nadir mədəni-tarixi və təbii ehtiyatların müxtəlifliyinə malikdir. Onların daha əlyetərli olmasını təmin etmək, regional nəqliyyat infrastrukturunu inkişaf etdirmək, müştərək obyektlər yaradılmasına sərmayə qoymaq vacibdir. Məsələn, Belarus ilə Rusiya arasında 2012-ci ildən fəaliyyət göstərən yaxşı bir layihə vardır. Həmin layihəyə əsasən, MDB məkanında ən iri - Dnepr çayı boyunca 220 kilometr uzunluğunda su turizm marşrutu formalaşdırılır. Ukrayna və Azərbaycan ilə Rusiya arasında da buna bənzər layihələr üzərində işləyirik. Bu yaxınlarda Azərbaycanda oldum, Bakının necə inkişaf etdiyini görüb çox məmnun qaldım. Biz şəhərin mərkəzi hissəsində gəzdik, bura həqiqətən çox heyrətamizdir. Əminəm ki, əgər insanlar bizim ölkələrdə baş verənlərdən xəbərdar olsalar, qarşılıqlı maraq daim artacaqdır.

Tacikistan Prezidenti Emoməli RƏHMON ölkəsinin MDB-ni vacib regional mexanizm kimi nəzərdən keçirməkdə davam etdiyini, Qazaxıstanın Almatı və Qırğızıstanın Oş şəhərlərində Birliyin mədəni paytaxtı çərçivəsində tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu bildirdi.

Türkmənistanın Nazirlər Soveti sədrinin müavini Annamuhammed QOÇİYEV ölkəsinin MDB-nin fəal üzvü kimi Birlik çərçivəsində həm ikitərəfli, həm çoxtərəfli formatda əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırdı.

Özbəkistan Prezidenti İslam KƏRİMOV MDB-nin perspektivləri barədə danışdı, bu qurumun ölkələrimiz və xalqlarımız arasında əlaqələrin qorunub saxlanmasında əhəmiyyətli olduğunu bildirdi.

Ukrayna Prezidenti Viktor YANUKOVİÇ dedi ki, ölkəsi 2014-cü ilin “Turizm İli”, 2015-ci ilin isə “1941-1945-ci illər Böyük Vətən Müharibəsi Veteranları İli” elan edilməsi təklifini dəstəkləyir.

Belarus Prezidenti Aleksandr LUKAŞENKO da Böyük Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsinin vacibliyini vurğuladı, Böyük Qələbənin təbliğinin gələcək nəslin tərbiyəsində xüsusi əhəmiyyətə malik olduğunu bildirdi.

X X X

Daha sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə görüşü oldu.

Bundan əvvəlki məhdud tərkibdə görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsinin aparıldığını deyən Aleksandr Lukaşenko əsas müzakirə mövzularının nəqliyyat, energetika, kosmos, nanotexnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı olduğunu bildirdi.

2014-cü ildə MDB-yə Ukraynanın sədrlik edəcəyini deyən Prezident Viktor Yanukoviç bu müddətdə MDB çərçivəsində həyata keçiriləcək layihələrdən danışdı. Viktor Yanukoviç MDB Dövlət Başçıları Şurasının növbəti iclasının 2014-cü ilin oktyabrında Kiyevdə keçirilməsi barədə təkliflə çıxış etdi.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən dövlət və hökumət başçıları sənədlər paketini imzaladılar.

Sənədlərin imzalanmasından sonra MDB ölkələrinin dövlət başçıları və nümayəndə heyətlərinin rəhbərləri Müstəqillik Sarayının Fəxri qonaqlar xiyabanının təməlqoyma mərasimində iştirak etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev xiyabanda ağac əkdi.

Digər qonaqlar da burada ağac əkdilər.

Daha sonra MDB Dövlət Başçıları Şurasının sədri, Belarus Prezidenti Aleksandr Lukaşenkonun adından MDB Dövlət Başçıları Şurası iclasının iştirakçılarının şərəfinə nahar verildi.

MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 25-də öz işini yekunlaşdırdı.    

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir VİDEO

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR