Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MÜSƏLMAN ÖLKƏLƏRİNİN RESPUBLİKAMIZDAKI SƏFİRLƏRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə oktyabrın 19-da Prezident sarayında müsəlman ölkələrinin Bakıdakı fövqəladə və səlahiyyətli səfirlərini qəbul etmişdir.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV səfirləri salamlayaraq dedi:

- Hörmətli səfirlər, mən sizin hamınızı qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, xahiş edirəm ki, mənim təbriklərimi təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Ramazan bayramı ölkəmizdə dövlət bayramı kimi Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra qeyd olunur. Buna baxmayaraq, bütün dövrlərdə bu bayram Azərbaycanda çox əziz bayram olmuşdur. Azərbaycanda yaşayan insanlar bütün dövrlərdə bu bayramı geniş qeyd etmişlər və bu gün bir daha demək istəyirəm ki, müstəqil dövlət kimi ölkəmizdə bu bayram hər bir azərbaycanlı üçün çox əziz bayramdır.

İndi Azərbaycan müstəqil bir dövlət kimi yaşayır və islam ölkələri ilə çox fəal əlaqələrimiz vardır. Biz bütün beynəlxalq məsələlərdə çox geniş əməkdaşlıq edirik. İslam Konfransı Təşkilatının fəal üzvü olan Azərbaycan öz xarici siyasətində bu istiqaməti həmişə diqqət mərkəzində saxlayır. Bildiyiniz kimi, bu il Azərbaycanda İslam Konfransı Təşkilatının xətti ilə iki çox əhəmiyyətli tədbir - xarici işlər və turizm nazirlərinin toplantıları keçirilmişdir. Bu onu göstərir ki, Azərbaycan çox çalışır İslam dünyasında öz yerini möhkəmləndirsin və İslam həmrəyliyinin möhkəmlənməsinə töhfəsini versin.

Təmsil etdiyiniz ölkələrlə də bizim çox işgüzar, səmimi münasibətlərimiz var. Mən təmsil etdiyiniz ölkələrin tam əksəriyyətinə səfərlər etmişəm və sizin ölkələrinizin dövlət və hökumət başçıları Azərbaycana səfərlər etmişdir. İkitərəfli formatda əlaqələrimiz çox uğurludur və bizim üçün çox əhəmiyyətlidir. Bizim əməkdaşlığımız, birgə səylərimiz ikitərəfli əlaqələrin inkişafı üçün vacibdir, həm də regionda gedən proseslərə çox böyük təsir göstərir, bizi narahat edən problemlərin həlli üçün də önəmlidir. Deyə bilərəm ki, bütün sahələrdə bizim aramızda qarşılıqlı anlaşma, böyük hörmət var, bizi dostluq qardaşlıq münasibətləri bağlayır.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də sizin ölkələrinizin dəstəyi bizim üçün çox vacibdir. Bu dəstəyə görə mən sizə və bütövlükdə bütün İslam dünyasına öz minnətdarlığımı bildirmək istəyirəm.

Çünki İslam Konfransı Təşkilatının qərarlarında, qətnamələrində bu məsələyə çox ciddi münasibət göstərilir, Azərbaycanın haqq işi dəstəklənir. Əlbəttə ki, bu, bizim mövqeyimizi daha da möhkəmləndirir. Bütün müsəlman ölkələri bir-birinə dayaq olmalıdır, lazım olan halda bir-birinə kömək etməlidir. İslam həmrəyliyi hər bir ölkənin möhkəmlənməsində öz rolunu oynayır və əminəm ki, bizim aramızda olan qardaşlıq, dostluq əlaqələri gələcəkdə daha da möhkəmlənəcəkdir.

İslam Konfransı Təşkilatının da son zamanlardakı fəaliyyəti çox uğurludur, təşkilat öz nufuzunu, dünya birliyində öz çəkisini artırır. Əlbəttə ki, təşkilatın uğurlu fəaliyyəti onun üzvü olan ölkələrin təşkilata olan münasibətinin nəticəsidir. Azərbaycan bu baxımdan İKT-də çox fəal iştirak edir və biz çalışırıq ki, İslam dünyasını narahat edən bütün məsələlərin həllində fəal rol oynayaq.

Əziz dostlar sizi qarşıdan gələn bu böyük bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm. Bir daha xahiş edirəm ki, mənim ən səmimi salamlarımı dövlət və hökumət başçılarına çatdırasınız, təmsil etdiyiniz ölkələrin xalqlarına mənim hörmət, məhəbbətimi çatdırasınız. Sağ olun.

Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ANDAR ŞUKPUTOV Prezident İlham Əliyevə müraciətlə dedi:

- Hörmətli cənab Prezident, ilk növbədə, bütün müsəlmanlar üçün müqəddəs olan Ramazan bayramı münasibətilə səmimi təbriklərimizi qəbul edin. İcazə verin, bununla əlaqədar müsəlman dövlətlərinin burada olan bütün səfirləri adından Sizi və Sizin simanızda bütün qardaş Azərbaycan xalqını təbrik edim, sülh, firavanlıq və tərəqqi arzulayım. Sizin yeritdiyiniz xətt ölkənin iqtisadi sabitliyinin, iqtisadi inkişafının və beynəlxalq nüfuzunun möhkəmlənməsinin təmin olunmasına kömək edir. Fəal və tarazlı xarici siyasət beynəlxalq aləmdə də dəstəklənir. Ona görə də qeyd etmək xoşdur ki, müsəlman dünyası və müsəlman dövlətləri ilə əməkdaşlığın intensivləşdirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan, haqlı olaraq, müsəlman birliyinin layiqli hörmətini qazanmışdır. Bu il İslam Konfransı Təşkilatı çərçivəsində bir sıra mühüm tədbirlər keçirilməsi buna parlaq sübutdur.

Təxminən 2 milyard nəfər əhalisi olan müsəlman ölkələrini öz sıralarında birləşdirən bu nüfuzlu beynəlxalq təşkilata il ərzində Azərbaycanın sədrlik etməsi münasibətilə Sizi təbrik edirik. Bununla əlaqədar xüsusi vurğulamaq istərdim ki, İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin 33-cü konfransı və turizm nazirlərinin 5-ci konfransı bu il Bakıda təşkilati baxımdan ən yüksək səviyyədə keçirilmişdir. Bu çox mühüm beynlxalq tədbirlərdə qəbul olunmuş yekun sənədləri planetimizdə sülhün və sabitliyin qorunub saxlanması üçün müsəlman ümmətinin ümumi səylərinin birləşdirilməsinə kömək etmişdir.

10 müsəlman dövlətinin daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş 9-cu zirvə toplantısı region çərçivəsində əməkdaşlığa əlavə təkan vermişdir. Ümumiyyətlə, cari il mühüm hadisələr baxımından Azərbaycan üçün çox əlamətdar və zəngin olmuşdur. Yaranması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilib başa çatdırılması, şübhəsiz, Azərbaycanın daha böyük iqtisadi tərəqqisinə, inamlı inkişafına kömək edəcəkdir.

Hörmətli cənab Prezident, Siz Dağlıq Qarabağ probleminin nizama salınması prosesində mühüm addımlar atırsınız. Bununla əlaqədar ümidvar olduğumuzu bildiririk ki, çoxillik münaqişə diplomatik yolla, beynəlxalq normalara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir. İslam ölkələri həmişə Azərbaycanın mövqeyini dəstəkləyirlər və əminik ki, bu, gələcəkdə də davam etdiriləcəkdir.

Hörmətli cənab Prezident, çıxışımın sonunda, icazə verin, səmimi qəbula görə həmkarlarım adından Sizə bir daha təşəkkür edim, Sizə və ailənizə xoşbəxtlik və firavanlıq, yüksək dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayım.

Ramazan bayramınız mübarək olsun!

İLHAM ƏLİYEV: Sağ olun.

Sonra səfirlər Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir