RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun baş katibinin müavini Qabar İklodini qəbul etmişdir
![Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun baş katibinin müavini Qabar İklodini qəbul etmişdir](/files/2011/2/1200x630/1485353204303408086_1200x630.jpg)
Bakı, 8 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də NATO-nun baş katibinin müavini Qabar İklodini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə NATO arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunaraq Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə NATO-nun Təchizat və Təminat Agentliyinin birgə həyata keçirdiyi partlamamış mərmilərin təmizlənməsi layihəsinin başa çatmasından məmnunluq ifadə olundu.
Görüşdə, həmçinin terrorizmə qarşı mübarizə, enerji və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
######