AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NİGERİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Prezident sarayında Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İbrahim Qanyama Abubakarın etimadnaməsini qəbul etmişdir.
İbrahim Qanyama Abubakar Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə səmimi söhbət etdi.
Söhbət zamanı Azərbaycanla Nigeriya arasında iqtisadi əlaqələrin yaradılması üçün böyük potensial olduğu vurğulandı.