RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAKİSTANIN TURİZM NAZİRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 11-də Prezident sarayında Pakistan İslam Respublikasının turizm naziri xanım Nilufər Bəxtiyarı qəbul etmişdir.
Qonaq Azərbaycana ilk dəfə səfər etdiyini və bundan çox böyük məmnunluq hissi keçirdiyini söylədi. Nazir Prezident İlham Əliyevin Pakistana rəsmi səfərini xatırlatdı, onun çox uğurla keçdiyini vurğuladı.
Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini söylədi və əminliyini bildirdi ki, Azərbaycanın və Pakistanın turizmlə məşğul olan qurumları arasında da bu əlaqələr daim genişlənəcəkdir.