AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “TOTAL” ŞİRKƏTİNİN PREZİDENTİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Parisdə, onun üçün ayrılmış iqamətgahda Fransanın “Total” şirkətinin prezidenti De Mareni qəbul etmişdir.
Görüşdə energetika sahəsində əməkdaşlığın səviyyəsindən razılıq ifadə olundu, şirkətin Azərbaycandakı fəaliyyətindən söhbət açıldı, işbirliyinin bundan sonra da inkişaf edəcəyinə əminlik vurğulandı. “Total” şirkətinin “Şahdəniz” layihəsində iştirakı da qeyd olundu.
Şirkətin prezidenti Azərbaycanın beynəlxalq enerji daşıyıcıları tranziti layihəsində iştirakını xüsusi vurğuladı və gələcəkdə də ölkəmizin belə layihələrə fəal qoşulacağına əminliyini bildirdi.