RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKMƏNİSTANIN NAZİRLƏR KABİNETİ SƏDRİNİN MÜAVİNİ XIDIR SAPARLIYEVİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Prezident sarayında Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyevi qəbul etmişdir.
Xıdır Saparlıyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını Azərbaycan Prezidentinə çatdırdı. O, Türkmənistanın dövlət başçısının tapşırığı ilə Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında iştirak etmək üçün Bakıya gəldiyini bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Türkmənistanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.