AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİNMƏZARINI ZİYARƏT ETMİŞDİR
Prezident İlham Əliyev məzarın önünə gül dəstəsi qoydu.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Prezident Heydər Əliyevin ruhuna dua oxudu.
Sonra şeyxülislam hacı ALLAHŞÜKÜR PAŞAZADƏ toplaşanlara müraciətlə dedi:
- Dünən birinci gecə idi ki, mən səhərə qədər yata bilmədim və Prezident Heydər Əliyevin yoxluğunu hiss etdim. Allah-Təala imkan yaratsın ki, biz bu dahi şəxsiyyətin buyurduqlarını yerinə yetirə bilək.
Burada Prezidentimizlə yanaşı, onun əzizi Zərifə xanımın məzarı da var. Biz Zərifə xanımın ruhuna dua oxusaq, Prezidentimiz Heydər Əliyevin ruhu şad olar.
Sonra şeyxülislam Zərifə xanım Əliyevanın ruhuna dua oxudu.
Prezident Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər də iştirak edirdilər.