Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Mənim Latviyaya səfərim bu gün başa çatır. Dünən və bu gün çox əhəmiyyətli görüşlər keçirildi, geniş müzakirələr və fikir mübadiləsi aparıldı. Bu səfərdən sonra bizim ölkələrimiz arasında münasibətlər, şübhəsiz ki, yeni pilləyə qalxacaqdır. Eyni zamanda, nəzərə alsaq ki, burada Azərbaycan diasporu da mövcuddur, əlbəttə, Latviyada səfirliyin olması azərbaycanlılar üçün əlavə bir dəstəkdir. Diasporun da fəaliyyəti səfirliyə kömək göstərir. Bu, ikitərəfli yoldur. Azərbaycanın müxtəlif ölkələrdə artıq formalaşmış diaspor təşkilatları vardır.

Dünya azərbaycanlılarının II qurultayına bütün ölkələrdən nümayəndələr gəlmişdi. Mən o vaxt öz çıxışımda da demişdim və bu gün bunu bir daha vurğulamaq istəyirəm: Azərbaycanın artan imkanları, potensialı xarici ölkələrdə yaşayan azərbaycanlılara dəstəkdir, onların mövqelərini möhkəmləndirir. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar da öz vətənlərinin elçiləri kimi, fəaliyyətləri ilə ölkəmizi daha da yaxşı tanıdırlar. Buna böyük ehtiyac vardır.

Azərbaycan haqqında hələlik dünyada kifayət qədər məlumat yoxdur. Müxtəlif ölkələrdə səfirliklərin açılması bu boşluğu doldurur. Bununla bərabər, xarici ölkələrdə yaşayan azərbaycanlılar da öz fəaliyyətləri ilə bu işdə çox fəal iştirak etməlidirlər. Sizin güclü mövqeləriniz, əlbəttə ki, Azərbaycanın mövqelərini ikitərəfli formatda möhkəmləndirir. Çox istərdim ki, xarici ölkələrdəki azərbaycanlılar yaşadıqları ölkələrin iqtisadi və ictimai-siyasi həyatında daha da fəal rol oynaya bilsinlər. İqtisadi sahədə bütövlükdə biz bunu görürük, ictimai-siyasi sahəyə gəldikdə isə, hələ çox işlər görülməlidir. Bizim nümayəndələr müxtəlif orqanlarda təmsil olunmalı, seçkilərdə iştirak etməlidirlər. Diasporlar daha da təşkilatlanmalıdır, xaricdə yaşayan azərbaycanlılar üçün doğma bir təşkilat, doğma bir ev kimi olmalıdır. Ölkəmizin maraqlarının təmin olunmasında xarici ölkələrdə yaşayan azərbaycanlıların çox böyük rolu vardır.

Bildiyiniz kimi, xaricdə yaşayan azərbaycanlılar Azərbaycanda yaşayan azərbaycanlılardan bir neçə dəfə çoxdur və mən şəxsən hesab edirəm ki, başqa ölkələrdə işləyən, yaşayan insanlar Azərbaycan üçün çox böyük işlər görürlər. Bütövlükdə bu, müsbət haldır ki, bizim soydaşlarımız başqa ölkələrdə işləyirlər, maddi imkanlar əldə edirlər, öz mövqelərini möhkəmləndirirlər və artıq bu, bir amilə çevrilir.

Yenə də deyirəm, Azərbaycan indi çox dinamik şəkildə inkişaf edir. Həm iqtisadi cəhətdən, həm də siyasi cəhətdən ölkə çox böyük beynəlxalq hörmətə malikdir. Bizim ikitərəfli əlaqələrimiz bütün ölkələrlə xüsusilə, Avropa ölkələri ilə indi tam yeni görkəm alır. Məsələn, Latviya-Azərbaycan münasibətləri burada bir örnək kimi göstərilə bilər. Latviya həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür. Bölgədə çox böyük mövqelərə malikdir və bu gün Azərbaycanla çox gözəl münasibətləri var. Biz buraya böyük heyətlə gəlmişik - nazirlər, iş adamları, parlament nümayəndələri. Yəni bizim əlaqələrimiz hərtərəflidir və sizin burada güclü mövqelərə malik olmağınız bizim ikitərəfli əlaqələrimizə böyük dəstək olacaqdır. Bütövlükdə Baltikyanı ölkələrdə bizim siyasətimiz daha da fəal, çevik olmalıdır. Biz indi bu siyasəti bütün ölkələrlə - Latviya, Litva, Estoniya ilə aparırıq ki, münasibətlərimiz yaxşı qurulsun. Bu ölkələr bizi beynəlxalq müstəvidə daim dəstəkləyir və bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatında GUAM ölkələrinin təşəbbüsü ilə qaldırılmış dondurulmuş münaqişələrin həlli məsələsi bütün Baltikyanı ölkələr tərəfindən dəstəklənir və onlar bizə səs verirlər. Biz də beynəlxalq təşkilatlarda daim bu ölkələrin maraqlarını müdafiə edəcəyik.

Prezident kimi mən ilk dəfə Latviyadayam, burada gördüklərim məni çox sevindirir. Həm ölkənin inkişafı, həm də xüsusilə Latviya-Azərbaycan əlaqələri və onların gələcək perspektivləri. Əlbəttə ki, Azərbaycan Prezidenti kimi məni Latviyada yaşayan azərbaycanlıların taleyi də yaxından maraqlandırır. Mən çox istərdim ki, burada yaşayan azərbaycanlılar çalışdıqları sahələrdə ən möhkəm mövqelərə malik olsunlar. Ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak etsinlər, biznes sahəsində öz imkanlarını daha da genişləndirə bilsinlər. Güclənən Azərbaycanda yaranan yeni imkanlar, artan potensial, Avropa üçün bizim ölkəmizin önəminin artması dolayı yolla sizin də buradaki fəaliyyətinizə, işlərinizə müsbət təsir göstərməlidir. Sadəcə olaraq, bu əlaqələr daha da sıx olmalıdır, sistemli şəkildə aparılmalıdır. Azərbaycanda fəaliyyət göstərən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin xətti ilə, Xarici İşlər Nazirliyinin, səfirliyin xətti ilə, bütün başqa xətlərlə bu əlaqələr olmalıdır. Əgər sizin hansısa problemləriniz, sizi narahat edən məsələlər varsa, biz bunu bilməliyik və öz tərəfimizdən məsələnin həlli üçün səylər göstərməliyik. İndi Azərbaycanın kifayət qədər imkanları var.

Bir daha deyirəm, bizim Latviya ilə çox sıx siyasi dialoqumuz, iqtisadi əlaqələrimiz, ortaq maraqlarımız, gələcəkdə başlanacaq birgə layihələrimiz, əlbəttə ki, burada yaşayan azərbaycanlılar üçün də yeni imkanlar yaradacaqdır. Bilirsiniz ki, Latviya Prezidentinin Azərbaycana səfərindən sonra Riqa ilə Bakı arasında birbaşa aviareyslər açıldı. Bu da, ilk növbədə, burada yaşayan azərbaycanlılar üçün böyük hadisədir və artıq rahat, heç bir tranzitsiz, heç bir çətinliksiz, birbaşa Riqa ilə Bakı arasında reyslər var. Şübhə etmirəm ki, gələcəkdə bu uçuşların sayı da artacaqdır. Çünki, bizim 20-dən çox tanınmış biznes nümayəndəmiz buradadır, əlaqələr yaranacaq, digər işlər görüləcəkdir. Mən istəyirəm ki, burada yaşayan azərbaycanlılar, xüsusilə biznes sahəsində çalışanlar da bundan bəhrələnsinlər. Çünki, yenə deyirəm, Azərbaycanın iqtisadi potensialı, maliyyə imkanları artır. Ölkənin büdcəsi son üç il ərzində dörd dəfə artmışdır – 1,5 milyard dollardan artıq 6 milyard dollara çatmışdır. Mənim yadımdadır, bir neçə il bundan əvvəl bəziləri Azərbaycanda belə bir fikir söyləyirdilər ki, Azərbaycan Baltikyanı ölkələrdən bir neçə dəfə böyükdür, niyə onların büdcəsi bizimkindən bir neçə dəfə çoxdur? Hətta Latviyanı və başqa qonşu ölkələri nümunə kimi göstərərək deyirdilər ki, onların büdcəsi 5 milyard dollardır, Azərbaycanın büdcəsi bir milyard. Azərbaycanın büdcəsi 6 milyard dollar olubdur. Amma icmal büdcə isə 7,5 milyard dollar olacaqdır.

Biz artıq bir ölkə kimi çox güclü iqtisadi imkanlara malikik. Siyasi mövqelərimizi möhkəmləndiririk. Siz Avropada yaşayırsınız, Latviya Avropa İttifaqının üzvüdür. Artıq Azərbaycan Avropa İttifaqı ilə Yeni qonşuluq siyasətinə başlayır. İki gün bundan əvvəl, Avropa İttifaqı “Üçlüyü”nün (Troyka) nümayəndə heyəti Bakıya gəlmişdi. Biz bütün məsələləri razılaşdırdıq ki, noyabr ayında Avropa İttifaqı ilə Azərbaycan arasında Yeni qonşuluq siyasətinə dair razılaşma imzalanacaqdır. Biz Avropa İttifaqı ilə enerji sahəsində yeni bir əməkdaşlıq çərçivəsində məsələləri müzakirə edirik.

Azərbaycanın da imkanları artır və Azərbaycan sizin vətəninizdir. Mən əminəm ki, siz öz vətəninizi sevirsiniz, ona sadiqsiniz və vaxtaşırı Azərbaycana gəlirsiniz. Əlbəttə ki, Azərbaycanın artan mövqeləri sizdən ötrü də həm böyük mənəvi amildir, həm də praktik əhəmiyyət kəsb edir. Mən səfər etdiyim bütün ölkələrdə yaşayan azərbaycanlılarla görüşürəm. Bu bizim siyasətimizin mühüm hissəsidir. Xarici ölkələrdə yaşayan azərbaycanlılar, - baxmayaraq ki, onlar Azərbaycan vətəndaşlarıdır, yaxud da yaşadıqları ölkələrin vətəndaşlarıdır, - bizim qardaşlarımızdır. Ona görə də biz onların həyatına biganə qala bilmərik. Mən əminəm ki, artıq səfirlik işə başlayandan sonra bütün problemləriniz, yaxud da sizi narahat edən məsələlər operativ şəkildə öz həllini tapa bilər. Bilin ki, Azərbaycan dövləti sizin arxanızdadır.

Bu gün mən bir daha sizin hamınızı salamlayıram və çox şadam ki, Latviyada Azərbaycan diasporu təşkilatlanmış formada fəaliyyət göstərir. Əminəm ki, iki ölkə arasında artan, möhkəmlənən əlaqələr diasporun fəaliyyətinə də müsbət təsir göstərəcəkdir.

X X X

Latviyada yaşayan soydaşımız RAFİQ SEYFULLAYEV dövlətimizin başçısına müraciətlə dedi:

- Cənab Prezident, mən 30 ildən artıqdır Azərbaycandan kənarda yaşamağıma baxmayaraq, həmişə Azərbaycanla maraqlanmışam. Ölkəmizin tarixinə fikir versək, Azərbaycan heç vaxt belə yüksək səviyyədə olmamışdır. Bu, ancaq və ancaq müstəqil Azərbaycanın memarı, xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün azərbaycanlılar nəinki regionda, hətta bütün dünyada ümummilli liderimizin zəngin fəlsəfəsi ilə yaşamalıdırlar.

Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, Siz bu yolu layiqincə davam etdirirsiniz. Siz bütün dünya azərbaycanlılarının, Azərbaycan xalqının dəstəyinə arxayın ola bilərsiniz. Mən ulu öndər Heydər Əliyevi öz valideynlərim qədər sevirəm və o, həmişə mənim qəlbimdə yaşayacaqdır. Onun ideyalarına həmişə sadiq olacağam.

İstərdim, icazənizlə, bütün dünya azərbaycanlılarının, diasporumuzun adından onun büstünü Sizə hədiyyə edim.

X X X

Ulu öndərin qızıldan hazırlanmış büstü Prezident İlham Əliyevə təqdim olundu.

Dövlətimizin başçısı qiymətli hədiyyəyə görə təşəkkürünü bildirdi.

Sonra Baltikyanı ölkələrdə yaşayan bir neçə soydaşımız, Azərbaycan icmasının üzvləri Prezidentə yaxınlaşaraq, səmimi söhbət etdilər, ona rəhbərlik və təmsil etdikləri diaspor təşkilatları tərəfindən nəşr olunmuş Azərbaycanla, ümummilli liderimizlə bağlı kitablar bağışladılar. Riqada salınacaq Latviya-Azərbaycan dostluq parkı layihəsinin azərbaycanlı müəllifləri dövlətimizin başçısına xüsusi xatirə hədiyyələri verdilər.

Prezident İlham Əliyev təşəkkür edərək dedi ki, bu gün şəhər Dumasında olarkən orada mənə parkın layihəsini göstərdilər. Sizin işlədiyiniz bu layihə çox gözəldir. Məncə, gərək elə yer seçilsin ki, oraya sakinlər çox gəlib-getsinlər, yəni o yer gur olsun. Bu, şəhər üçün də çox vacibdir. Şəhərin meri mənə bu layihəni göstərdi və xoşuma gəldi.

Estoniya-Azərbaycan icmasının üzvləri Prezidentə xatirə hədiyyəsi təqdim etdilər. Onlar dedilər ki, cənab Prezident, Sizin Baltikyanı bölgəyə, konkret olaraq, Azərbaycana dost olan Latviyaya səfəriniz bizi də çox sevindirir, fəaliyyətimizin daha da səmərəli olmasına xidmət edir. Baltikyanı ölkələrdə yaşayan azərbaycanlılar ictimai-siyasi həyatda çox fəaldırlar. Eyni zamanda, Sizi Latviyanın qonşusu olan Estoniya və Litvada da görmək çox xoş olardı.

Litva-Azərbaycan icmaları adından danışan Sadıq Nurullayev dövlətimizin başçısına Litvanın keçmiş paytaxtı olmuş Trakay şəhəri barədə buklet təqdim edərək dedi ki, burada əsasən, karaimlər yaşayır və onların dili Azərbaycan dilinə yaxındır.

İLHAM ƏLİYEV: Onların bir nümayəndəsi Türkiyədə səfir olubdur, ondan sonra başqa vəzifə almışdı. O, Bakıya gəlmişdi.

SADIQ NURULLAYEV: İndi o, Prezidentin köməkçisidir.

İLHAM ƏLİYEV: Özü də karaimdir.

SADIQ NURULLAYEV: Bəli, o Türkiyəyə yenidən səfir gedəcəkdir.

İLHAM ƏLİYEV: Axı, o, Türkiyədə səfir olubdur.

SADIQ NURULLAYEV: Amma yenə gedəcəkdir.

Cənab Prezident, Azərbaycanın artan potensial imkanları ilə fəxr edirik. 1996-cı ildə məqalələrimizdə yazmışdıq ki, Azərbaycan regionun incisi olacaq, onda hamı bizə şübhə ilə yanaşırdı. Artıq 2006-cı ildir, biz görürük ki, Azərbaycan, həqiqətən də, regionun incisidir. Sizin dediyiniz kimi, indi regionda Azərbaycansız heç bir iş görülmür, layihə həyata keçirilmir. Biz bundan çox sevinirik. Mən iqtisadi elmlər doktoruyam, hesablamalarımıza görə, 2014-cü ildə Azərbaycanda kiçik və orta biznes büdcə gəlirlərinin 60-75 faizini verəcəkdir. Bu, bizim arzumuzdur. Belə olan halda, biz inkişaf etmiş ölkələr səviyyəsinə gəlib çatacağıq.

İLHAM ƏLİYEV: Məncə, biz ondan tez gəlib çatmalıyıq. Çünki biz qarşıya elə məqsəd qoymuşuq ki, hər şey qısa müddət ərzində olsun.

SADIQ NURULLAYEV: Biz Latviyadakı səfirimizə də təşəkkür edirik ki, Litvadakı azərbaycanlıları da yaddan çıxarmır. İstərdik ki, Latviyadakı səfirliyimiz Estoniyanı da əhatə etsin.

İLHAM ƏLİYEV: Əlbəttə, gərək biz bunu həll edək.

Görüşdən sonra soydaşlarımız Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO