AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GƏDƏBƏY RAYONUNA SƏFƏRİ
Prezident İlham Əliyev müstəqil Azərbaycanın tarixində Gədəbəyə səfər edən ilk dövlət başçısı olmuşdur.
Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, sonra rayon ictimaiyyətinin nümayəndələri qarşısında nitq söylədi.
Dövlətimizin başçısı “Azərbaycan Beynəlxalq Mədən Əməliyyat” şirkətinin Gədəbəy yatağı məhsullarının sərgisinə və idman kompleksinə baxdı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Gədəbəy rayonunun Slavyanka kəndində məskunlaşan rus icmasının nümayəndələri ilə görüşdülər, Heydər Əliyev Fondu tərəfindən bu kənddə tikilən orta məktəbdə inşaaat işlərinin gedişi ilə maraqlandılar.