RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GƏNCƏ ŞƏHƏRİNƏ SƏFƏRİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Gəncəyə gəlmişdir.
Dövlətimizin başçısı Gəncə beynəlxalq hava limanının təntənəli açılış mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyevə Gəncənin inkişafına göstərdiyi xidmətlərinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin təsis etdiyi “Gəncə 2500” fəxri ordeni təqdim olunmuşdur.
Sonra Prezident İlham Əliyev Gəncə Olimpiya İdman Kompleksində üzgüçülük hovuzunun açılışında iştirak etmişdir.
Ölkəmizin rəhbəri Gəncənin baş meydanına gələrək ümummilli lider Heydər Əliyev abidəsini ziyarət etmiş və burada aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev Gəncədəki “Jardin Royal” şokolad fabrikinin açılışında iştirak etmişdir.