Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ RESPUBLİKA NAZİRLƏR KABİNETİNİN İLK İCLASI

Noyabrın 17-də Nazirlər Kabinetinin iclas zalında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə respublika hökumətinin ölkəmizdə prezident seçkilərindən sonra ilk iclası keçirilmişdir.

İclasda Prezidentin İcra Aparatının, Nazirlər Kabinetinin məsul işçiləri, respublikanın nazirlikləri, komitələri, şirkətləri, səhmdar cəmiyyətləri, konsernləri, birlikləri və baş idarələrinin rəhbərləri iştirak edirdilər.

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin ilk iclasında geniş nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

NİTQİ

-Prezident seçkilərindən sonra Nazirlər Kabinetinin ilk iclasıdır. Ona görə qərara gəldim ki, ilk iclası mən özüm aparım.

Oktyabrın 15-də prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyəti öz səsini Azərbaycanda son illər ərzində aparılan Heydər Əliyev siyasətinə veribdir. Seçkilər bir daha göstərdi ki, bu siyasətə Azərbaycanda alternativ yoxdur və Azərbaycanın hərtərəfli gələcək inkişafı üçün bu siyasət davam etdirilməlidir. Əlbəttə, iqtisadi sahədə bu siyasət böyük uğurlar gətiribdir.

Azərbaycanın iqtisadiyyatı çox uğurla və hərtərəfli inkişaf edibdir. Son on il ərzində aparılan islahatların nəticəsində iqtisadiyyatımızın əldə olunan bütün əsas göstəriciləri deməyə əsas verir ki, Azərbaycan çox sürətlə inkişaf edən, dinamik şəkildə inkişaf edən ölkədir.

Hamımız yaxşı xatırlayırıq ki, 1991-1993-cü illərdə yaranmış xaos, anarxiya iqtisadiyyata da böyük zərbələr vurmuşdu. Demək olar ki, iqtisadiyyatımız tamamilə dağılmışdı, böhran içində idi. Əlbəttə, 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlməsəydi, yəqin ki, iqtisadiyyatımız tamamilə dağılacaqdı. İlk illərdə çətinliklər çox idi, Azərbaycan müharibə şəraitində idi. Eyni zamanda, vətəndaş müharibəsi də aparılırdı, dövlət çevrilişlərinə cəhdlər də göstərilmişdi. Yalnız 1995-ci ildən sonra iqtisadi tənəzzülün qarşısı alındı və iqtisadiyyatımız tədricən inkişaf etməyə başladı. Bunun üçün çox cəsarətli addımlar atılmışdır, müxtəlif sahələrdə islahatlar aparılmışdır və bu islahatların nəticəsində qısa müddət ərzində iqtisadiyyatda dirçəliş başlandı.

İqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsul 1998-2003-cü illərdə 60 faiz artdı. Ölkəyə böyük həcmdə kapital qoyuluşu təmin edildi, sərmayələr cəlb olundu. İndi hamı bilir ki, xarici sərmayənin qoyuluşu üzrə adambaşına düşən paya görə Azərbaycan nəinki MDB ölkələri arasında qabaqcıl yerdədir, eyni zamanda, Şərqi Avropa məkanında da liderliyi əldə edibdir. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, Azərbaycan o vaxt dünyada riskli bir məkan sayılırdı, Azərbaycanda sabitlik hələlik tam bərqərar olunmamışdı. Digər tərəfdən Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 faiz torpaqlarımız işğal altında idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin nəticəsində xarici sərmayənin cəlb edilməsi mümkün olmuşdur. Sərmayələr, ilk növbədə, neft sektoruna yatırılıbdır və neft sektorunda əldə olunan uğurlar təkcə Azərbaycanda deyil, bütün dünyada tanınır və təqdir edilir.

Qısa müddət ərzində Azərbaycan özünün neft strategiyasını müəyyən edibdir. Heydər Əliyev tərəfindən müəyyən edilmiş neft strategiyası Azərbaycana böyük uğurlar gətiribdir. Azərbaycana böyük həcmdə sərmayə qoyulubdur, yeni infrastruktur yaradılıbdır, neft kəmərləri tikilibdir və tikilməkdədir. Bir sözlə, neft strategiyası bizə imkan verir ki, bu gün də, gələcəkdə də neftdən əldə olunan gəlirlərdən səmərəli istifadə edərək, Azərbaycanı hərtərəfli inkişaf etdirək, xalqımız üçün gözəl şərait yaradaq.

Amma eyni zamanda bunu da qeyd etməliyəm ki, əgər ötən əsrin 70-ci illərində yenə də cənab Heydər Əliyev tərəfindən Azərbaycanda müasir neft infrastrukturu yaradılmasaydı, yəqin ki, 1993-cü ildə başlanan yeni neft strategiyasını həyata keçirmək o qədər də asan olmazdı. Məhz o illərdə Azərbaycanda qazma qurğuları tikilibdir, Dərin Özüllər zavodu istifadəyə verilibdir ki, öz növbəsində, həmin zavodda indi yeni platformalar quraşdırılır.

Bu illər ərzində sosial məsələlərə böyük diqqət göstərilibdir. Amma təbii ki, sosial məsələlər bilavasitə ölkənin iqtisadi vəziyyətindən asılıdır. İqtisadiyyat güclü olanda, sosial məsələlər də öz həllini tapır. Baxmayaraq ki, Azərbaycan öz iqtisadi potensialını hələ tam mənada göstərə bilmir,- əlbəttə, bunun da obyektiv səbəbləri var, - buna baxmayaraq, ölkəmizin başçısının göstərişləri əsasında sosial məsələlərə də böyük diqqət göstərilmişdir. Pensiyalar, müavinətlər, əmək haqları qaldırılıbdır və bu yaxınlarda artırılan pensiyalar, əmək haqqları onu bir daha göstərir ki, ilk növbədə, Azərbaycanda sosial məsələlərə böyük diqqət göstərilir. Azərbaycan vətəndaşları daha yaxşı yaşamalıdırlar və bununla bağlı gələcək üçün də tədbirlər planı var və həyata keçiriləcəkdir.

Çətin vəziyyətdə yaşayan qaçqınlar və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün də tədbirlər həyata keçirilir. Cənab Prezidentin Fərmanları ilə bu məqsəd üçün böyük həcmdə vəsait ayrılmışdır. Neft Fondunun vəsaiti hesabına yeni qəsəbələr, şəhərciklər tikilmişdir. Əlbəttə, bu proses bundan sonra da davam edəcəkdir.

Mən seçkilərə qədər olan çıxışlarımda dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim. Bir daha bəyan edirəm ki, Azərbaycanda görüləcək tədbirlərin nəticəsində heç bir çadır şəhərciyi qalmayacaq, bütün çadır şəhərcikləri ləğv ediləcək və onların əvəzində yeni, müasir standartlara cavab verən evlər, qəsəbələr salınacaqdır.

Bir sözlə, Azərbaycanda son illər ərzində aparılan iqtisadi siyasət çox uğurlu olubdur və Azərbaycanın gələcək inkişafı üçün də gözəl təməl yaranıbdır. Bizim hamımızın vəzifəsidir ki, bu siyasəti davam etdirək, əldə olunan bu uğurları artıraq və Azərbaycanın hərtərəfli inkişafı üçün böyük imkanlardan istifadə edərək, qoyulmuş bu gözəl təməlin üzərində müasir Azərbaycanı yaradaq.

Mən əminəm ki, biz buna nail olacağıq. Gələcəkdə böyük işlər görməliyik, mövcud problemləri aradan qaldırmalıyıq. Problemlər var və biz bunları bilirik. Əlbəttə, onların həlli istiqamətində yaxın gələcəkdə tədbirlər görüləcəkdir. İlk növbədə, yoxsulluğun aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülməlidir. Artıq bu istiqamətdə işlər aparılır. Dünya Bankı ilə birlikdə tədbirlər həyata keçirilir. Əminəm ki, biz buna nail olacağıq.

Azərbaycan üçün ən böyük problem işsizlik problemidir. Bu istiqamətdə görüləcək tədbirlərin nəticəsində, əminəm ki, həmin problem də aradan qaldırılacaqdır. Mən seçkilərdən əvvəlki çıxışlarımda bu barədə öz fikirlərimi bildirmişdim. Bəyan etmişdim, məqsədimiz odur ki, növbəti beş ildə Azərbaycanda 600 min iş yeri açılsın. Bu, sadəcə olaraq, seçkiqabağı vəd deyildir. Bu, proqramdır. Yəni mən əminəm ki, həm dövlət tərəfindən, eyni zamanda, özəl sektor tərəfindən görüləcək tədbirlərin nəticəsində biz buna nail olacağıq.

Bütün gələcək planlarımızı həyata keçirmək üçün Azərbaycanda, ilk növbədə, maliyyə intizamı olmalıdır. Bu istiqamətdə böyük işlər aparılıbdır. Hesab edirəm ki, biz gələcəkdə də mövcud problemlərə daha böyük diqqətlə yanaşmalıyıq. Hələ də müəssisələr arasında ödəməmələr problemi mövcuddur və bu problem yeni borclar yaradır. Xüsusilə, bu, yanacaq-energetika kompleksində özünü çox kəskin şəkildə büruzə verir.

Bildirmək istəyirəm ki, Azərbaycanın təlabatlarını ödəmək, əhalini və müəssisələri elektrik enerjisi və qazla təmin etmək üçün Azərbaycan dövləti, Dövlət Neft Şirkəti xaricdən böyük həcmdə təbii qaz və elektrik enerjisi alır. Bu, məqsədlərə - qazın alınması üçün ildə 200 milyon dollardan çox elektrik enerjisinin alınması üçün isə Dövlət Neft Şirkəti tərəfindən 40 milyon dollardan çox vəsait ayrılır. Bu təbii qaz və elektrik enerjisi müvafiq qaydada “Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətlərinə verilir.

Ancaq təəssüflər olsun ki, təbii qaz və elektrik enerjisi satılandan sonra yığılan vəsait Neft Şirkətinə ödənilmir. Baxmayaraq, yığılan vəsait ödənilsə belə, bu, xərclərin hamısını bağlaya bilməz. Çünki Neft Şirkəti qazı və elektrik enerjisini dünya qiymətinə alır, daxildə isə bu, yerli qiymətlərə satılır. Buradan yaranan fərq çox böyükdür. Amma yenə də birincisi, yığılan vəsaitlər ödənilmir. İkincisi də verilən qazın və elektrik enerjisinin haqqının cəmi 50 faizi yığılır. Bu, çox aşağı göstəricidir. Deyə bilərəm ki, bazar iqtisadiyyatı yolu ilə gedən, inkişaf edən ölkələrdə belə hallara rast gəlinmir. Əgər hansısa bir şirkət, xüsusilə dövlət şirkəti əhalini və müəssisələri yanacaqla təmin etmək üçün xaricdən qaz, elektrik enerjisi alırsa, o, əhaliyə və müəssisələrə daha yüksək, daha baha qiymətə satılır. Azərbaycanda isə əksinə, həm ucuz qiymətə satılır, eyni zamanda, onun haqqı da ödənilmir.

Mən sizə deyə bilərəm ki, belə olan halda Azərbaycanın büdcəsi ildə ən azı 500 milyon dollar vəsait itirir. Biz bu məsələyə çox diqqətlə, ciddi yanaşmalıyıq. Bu məsələ bizim üçün yeni bir məsələ deyildir. Biz keçmişdə də bununla əlaqədar dəfələrlə danışmışıq, fikir mübadiləsi aparmışıq. Artur müəllimlə də biz bu barədə dəfələrlə danışmışıq və əminik ki, Nazirlər Kabineti yaxın vaxtlarda bu məsələnin həlli barədə tədbirlər planını təqdim edəcəkdir.

Sahibkarlığa kömək davam etdirilməlidir. Bu bizim strateji məqsədimizdir. Sevindirici haldır ki, Azərbaycanın ümumi daxili məhsulunun böyük hissəsi özəl sektorun hesabına formalaşır. Bu, onu göstərir ki, Azərbaycanda aparılan iqtisadi islahatlar öz nəticələrini verməkdədir və Azərbaycanda bazar iqtisadiyyatı inkişaf edir.

Gələn ilin büdcəsində sahibkarlığa kömək məqsədi ilə 100 milyard manat vəsait nəzərdə tutulubdur. Əlbəttə, bu, keçən illərə nisbətən daha böyük rəqəmdir. Ancaq yenə də tam mənada bizi qane etmir. Amma onu da bilməliyik ki, imkanımız nəyə çatır və biz də onu etməliyik. Həm dövlət tərəfindən göstərilən və gələcəkdə göstəriləcək qayğı, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait əminəm ki, yaxın gələcəkdə imkan verəcək ki, Azərbaycanda sahibkarlıq daha sürətlə inkişaf etsin, sahibkarlar Azərbaycan iqtisadiyyatında daha fəal rol oynasınlar. Beləliklə, Azərbaycanın hərtərəfli inkişafı təmin olunacaqdır.

Azərbaycanın hərtərəfli inkişafına nail olmaq üçün regional proqramlar həyata keçirilməlidir. Sizə bildirməliyəm ki, Azərbaycanın iqtisadi potensialının üçdə iki hissəsi Bakıda və Abşeron yarımadasında formalaşıbdır. Bu onu göstərir ki, regionlarda iqtisadi inkişaf ləng gedir. Əlbəttə, bunun da obyektiv səbəbləri vardır. Amma bu istiqamətdə dönüş yaratmaq üçün regional proqramlara böyük diqqət göstərilməlidir.

Hazırda Azərbaycanın regional inkişafına dair çox geniş Fərman hazırlanır. Əminəm ki, bu Fərman imzalanandan sonra bu istiqamətdə də müsbət nəticələri görəcəyik. Azərbaycan təkcə Bakıdan və Abşerondan ibarət deyildir. Azərbaycanın hər bir regionu inkişaf etməlidir, hər bir bölgəsi inkişaf etməlidir. Əlbəttə, biz bu məsələyə böyük diqqət göstərməliyik.

Kənd təsərrüfatında aparılan islahatların nəticəsində böyük uğurlar qazanılıbdır. Torpaq özəl mülkiyyətə verilibdir. Bunun nəticəsində kənd təsərrüfatı istehsalında böyük uğurlar vardır. Bu ənənə davam etməlidir və kənd təsərrüfatında islahatların ikinci mərhələsi başlamalıdır. Dövlətin öhdəsinə nə düşürsə, biz bunu edəcəyik. Amma eyni zamanda, yerlərdə də bu məsələyə böyük diqqət göstərilməlidir.

Hesab edirəm ki, aqrar sektorda texniki servis mərkəzləri yaradılmalıdır. Fermerlər texnika ilə daha böyük həcmdə təmin olunmalıdır. Toxumçuluq bazası inkişaf etməlidir və əlbəttə, emal sənayesi yaranmalıdır. Bu istiqamətdə artıq çox uğurlu addımlar atılıbdır. Azərbaycanın müxtəlif bölgələrində yeni, müasir, dünya standartlarına cavab verən emal müəssisələri yaranmaqdadır. Bu həm işsizlik probleminin aradan qaldırılmasına kömək göstərir,həm də eyni zamanda yerli istehsalın inkişafı üçün gözəl zəmin yaradır. Bizim də məqsədimiz budur ki, Azərbaycanda yerli istehsal inkişaf etsin, idxal azalsın və Azərbaycan öz daxili bazarını ölkəmizdə istehsal olunan məhsullarla təmin etsin. Hesab edirəm ki, əgər kənd təsərrüfatında bu vaxta qədər görülən tədbirlərin davamı olarsa, biz buna da nail ola biləcəyik.

Azərbaycanın gələcək inkişafında Neft Fondunun rolu əvəzolunmazdır. Neft Fondunun yaradılması Azərbaycanın müasir tarixində çox əlamətdar bir hadisə olubdur. Hamı bilməlidir ki, bu Fond bilavasitə cənab Prezident Heydər Əliyevin təşəbbüsü ilə yaranmışdır. Fondda böyük həcmdə valyuta ehtiyatı cəmlənib və bu Fond çox şəffaf şəkildə fəaliyyət göstərir. Hər bir Azərbaycan vətəndaşı Fondun fəaliyyəti haqqında kifayət qədər məlumat əldə etmək iqtidarındadır. Fondun vəsaitləri haqqında mətbuatda mütəmadi qaydada məlumatlar dərc olunur və beynəlxalq audit keçirilir.

Fondun əsas məqsədi neftdən əldə olunan gəlirləri çox etibarlı şəkildə saxlamaq, onları artırmaq, gələcək nəsillər üçün gözəl iqtisadi baza yaratmaq, eyni zamanda, Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli layihələrdə iştirak etmək, onları maliyyələşdirməkdir. Bilirsiniz ki, Fonddan edilən ilkin ödəmələr Azərbaycanda ən çətin vəziyyətdə yaşayan qaçqınlar və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulmuşdur. Hesab edirəm ki, gələcəkdə də Azərbaycan Dövlət Neft Fondu bu funksiyaları daşımalıdır. Ölkəmiz üçün əhəmiyyətli olan layihələrin həyata keçirilməsi üçün kömək göstərməlidir.

Əlbəttə, hesab edirəm ki, Fondun vəsaitlərini büdcənin ümumi xərclərinin içərisində əritmək düzgün siyasət deyildir. Düzdür, Azərbaycanda sosial məsələlərə göstərilən qayğının nəticəsində əmək haqları, təqaüdlər qaldırılıbdır və bunun mənbələrinin biri də Neft Fondudur. Amma hesab edirəm, hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, Neft Fondunun vəsaitləri hansı məqsədlərə xərclənir. Ona görə, gələcəkdə büdcə formalaşanda biz bunu nəzərə almalıyıq və Fondun vəsaitlərini ümumi xərclərin içərisində ayrıca bir maddə ilə göstərməliyik. Çünki Fondun vəsaitlərinin büdcənin ümumi xərclərinin içərisində əridilməsi iqtisadi və siyasi cəhətdən düzgün deyildir.

Azərbaycanın iqtisadiyyatı inkişaf edəcəkdir. 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə veriləndən sonra Azərbaycan iqtisadiyyatı daha sürətlə inkişaf edəcəkdir. Deyə bilərəm ki, qazın hasilatı da artacaqdır. “Şahdəniz” yatağından çıxarılacaq qazın bir hissəsi daxili bazarda emal olunacaq, eyni zamanda “Azəri” yatağında görülən yüksək tədbirlərin nəticəsində böyük həcmdə qaz ehtiyatı yaranacaqdır. Əlbəttə, əhalini tam şəkildə təbii qazla təmin etmək üçün, Azərbaycanda elektrik stansiyalarına qazın verilməsini tam şəkildə təmin etmək üçün mövcud qaz anbarları təmir olunmalıdır. Mən artıq bu barədə müvafiq göstərişlər vermişəm. Bir il ərzində qaz anbarlarının tutumu iki dəfə artıbdır və gələcəkdə Azərbaycanda qaz anbarlarının tutumu 3 milyard kubmetrə çatdırılmalıdır. Biz buna nail olacağıq və gələcəkdə ölkəmizin qazla təminatı üçün heç bir problem olmayacaqdır.

Əlbəttə, Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə veriləndən, Azərbaycanda neft hasilatı ildə 50 milyon ton təşkil edəndən sonra əldə olunan faiz və gəlirlərin hesabına Azərbaycan hərtərəfli inkişaf edəcəkdir. Amma biz buna indidən hazır olmalıyıq. İki-üç ildən sonra daxil olacaq böyük məbləğdə vəsait gərək səmərəli şəkildə xərclənsin. Ona görə də, müxtəlif sosial-iqtisadi proqramlar indidən hazırlanmalıdır. İlk növbədə, infrastrukturun inkişaf etdirilməsi üçün proqramlar təqdim olunmalıdır. Bu sahədə işlər artıq gedir və bilirsiniz ki, Azərbaycanda elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

“Şimal-2” elektrik stansiyası tikilməlidir. Eyni zamanda, Sumqayıt şəhərində yeni elektrik stansiyası tikilməlidir. Qısa müddət ərzində biz buna nail olmalıyıq və beləliklə, Azərbaycanda, ümumiyyətlə, elektrik enerjisinin verilməsi ilə bağlı heç bir problem olmayacaq. Gələcəkdə bəlkə də Azərbaycan lazımi qədər elektrik enerjisi ixrac edə biləcəkdir.

Digər infrostruktur layihələr də həyata keçirilməlidir. İlk növbədə, ölkənin hərtərəfli inkişaf etdirilməsi üçün əhəmiyyətli olan avtomobil yollarının tikintisi aparılmalıdır. Bilirsiniz ki, qərb istiqamətində işlər aparılır. Bakı-Qazax-Gürcüstan istiqamətində magistralın layihəsi uğurla həyata keçirilir. Eyni zamanda, digər istiqamətlərdə də buna oxşar səviyyədə yolların tikilməsi vacibdir. Bakı-Qusar-Rusiya sərhədi, Bakı-Astara-İran sərhədi – bu istiqamətlərdə də yolların tikilməsi zəruridir. Əminəm ki, yaxın gələcəkdə bu barədə təkliflər veriləcəkdir.

Ümumiyyətlə, mən hesab edirəm ki, hər bir nazir, hər bir komitə rəhbəri öz sahəsinə aid olan problemləri, zəif yerləri də yaxşı bilir və əldə olunan bütün uğurlarla yanaşı, ilk növbədə, bizim diqqətimiz məhz problem məsələlərə yönəlməlidir. Hesab edirəm ki, hər bir nazirlik öz fəaliyyətinə aid olan problemlərin aradan qaldırılması üçün görüləcək proqramın əsas istiqamətlərinə dair təkliflər paketini Nazirlər Kabinetinə, Azərbaycan Prezidentinə təqdim etməlidir. Bu təkliflər, hesab edirəm, geniş hazırlanmalıdır. Maksimum proqram şəklində olmalıdır və bu proqram hökmən icra edilməlidir.

Mən avqustun 4-də Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunandan sonra elə bu salonda Nazirlər Kabinetinin üzvləri ilə ilk görüşümdə öz fikirlərimi bildirmişdim. Demişdim ki, bu, mənim üçün böyük məsuliyyətdir. Mən çalışacağam ki, bu etimadı doğruldam. Eyni zamanda bildirmişdim ki, mən hesab edirəm, Nazirlər Kabinetinin bu tərkibi qarşıda duran vəzifələri çox uğurla həyata keçirir. Eyni zamanda bildirmişdim ki, mən Nazirlər Kabinetinin bu tərkibi ilə işləmək istəyirəm. Görürsünüz ki, mən həmişə olduğu kimi, öz sözümə sadiqəm. Ancaq eyni zamanda, bütün bunlarla yanaşı, mən bildirmək istəyirəm ki, hər birinizin gələcək fəaliyyəti nəticələrdən asılı olacaqdır. Bütün sahələrdə nəticələr olmalıdır.

Mən çıxışımın əvvəlində demişdim ki, yüksək nəticələr əldə etmək üçün gözəl şərait vardır. Heydər Əliyev tərəfindən Azərbaycanda yaradılmış bu iqtisadi iqlim o qədər gözəldir ki, yeni nəticələr əldə etmək üçün çox yaxşı şərait vardır. Əlbəttə, hamıdan tələb edirəm ki, öz işinə məsuliyyətlə yanaşsın və öz vəzifə borcunu vicdanla yerinə yetirsin.

Əlbəttə, ilk növbədə, hamı insanlara böyük diqqətlə yanaşmalıdır. Biz Azərbaycan xalqı üçün işləyirik. Onlar bizə bu etimadı göstəriblər və biz də bu etimadı doğrultmalıyıq. Mən əminəm ki, belə də olacaqdır. Əminəm ki, Nazirlər Kabineti bundan sonra da Azərbaycanın gələcək iqtisadi potensialını daha da gücləndirmək əzmində olacaqdır. Beləliklə, biz hamımız yaxın zamanlarda Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik. Bu işlərdə sizin hamınıza uğurlar arzulayıram. Sağ olun.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı.

X X X

Sonra respublikanın Baş naziri Artur Rasizadə çıxış etdi:

AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏNİN

ÇIXIŞI

-Möhtərəm Prezident!

İcazə verin, ilk öncə, Sizi respublikamızın Prezidenti seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edim, Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığı naminə şərəfli fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayım.

Bu imkandan istifadə edib, mənə və hökumətin üzvlərinə böyük etimad göstərdiyinizə görə, cənab Prezident, Sizə bir daha öz təşəkkürümüzü bildirir və əmin etmək istəyirik ki, Nazirlər Kabinetinin daha məsuldar işləməsi, qarşımıza qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.

15 oktyabr prezident seçkilərində qazanılan parlaq qələbə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev siyasi kursunun əvəzolunmaz olduğunu bir daha təsdiqlədi. Məhz buna görə də ölkəmizin vətəndaşları Sizi, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi qəbul edir və Azərbaycanın müstəqil bir dövlət kimi inkişafını və tərəqqisini bu alternativsiz siyasətin davam etdirilməsində görürlər.

Möhtərəm Prezident!

Nazirlər Kabinetinin Sizin sədrliyinizlə keçirilən bugünkü iclası iqtisadiyyatımızın inkişafına, xalqın maddi rifahının möhkəmləndirilməsinə nə qədər böyük əhəmiyyət verdiyinizi bir daha əyani sübut edir. Sizin nitqinizdə qarşımızda qoyduğunuz vəzifələr bizim gələcək fəaliyyət proqramımızın əsasını təşkil edəcəkdir. Ölkəmizin iqtisadiyyatının əsas sahələrinin inkişafı, o cümlədən yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin açılması, sərmayə mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, qeyri-neft sektorunun genişləndirilməsi, beynəlxalq maliyyə təşkilatları ilə aparılan işin səmərəliliyinin artırılması, maliyyə-kredit sisteminin və infrastrukturun təkmilləşdirilməsi, regionların sosial-iqtisadi inkişafı, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin müasir tələblərə uyğunlaşdırılması, dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi həmişə olduğu kimi, fəaliyyətimizin prioritet istiqamətləri olacaqdır.

Son illərdə iqtisadiyyatın bütün sahələrində əldə edilmiş uğurlar və cari ilin 10 ayının yekunları deməyə əsas verir ki, iqtisadi islahatların genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində görülmüş və görüləcək məqsədyönlü işlər nəticəsində inkişaf dinamikası gələcəkdə də davam edəcəkdir.

Qazanılan nailiyyətlərin qorunub saxlanması və daha da artırılması bizdən, qəbul etdiyimiz qərarların icrasına nəzarəti və tələbkarlığı, nizam-intizamı gücləndirməyi tələb edir.

Möhtərəm Prezident, Sizi əmin etmək istəyirəm ki, qarşımıza qoyduğunuz vəzifələri vaxtında və tam həcmdə yerinə yetirmək üçün var qüvvəmizlə çalışacağıq. Diqqətinizə görə sağ olun.

X X X

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iclasda iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Azərbaycan nefti 100 dollardan baha satılır

“Telegraph”: Fransa və Almaniya birgə qırıcı təyyarə proqramını dayandırıblar

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işinə başlayıb

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH