AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞƏXSİ İNTERNET SAYTI YARADILMIŞDIR
Qrupun rəhbəri, texnika elmləri namizədi Telman Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanmış İnternet saytı “Tərcümeyi-hal”, “Siyasi portret”, “Beynəlxalq əlaqələr”, “Qarabağ problemi”, “İctimai problemlər”, “Xeyriyyəçilik”, “Mədəniyyət”, “Ailə” və “Fotoalbom” bölmələrindən ibarətdir. Burada Azərbaycan Prezidentinin fəaliyyətinin bütün istiqamətləri barədə maraqlı materiallar yerləşdirilmişdir. Saytda Prezident İlham Əliyevin, demək olar ki, bütün çıxışları, müsahibələri, görüşləri və səfərləri, eləcə də ölkəmizin başçısının Azərbaycan parlamentinin nümayəndə heyətinin rəhbəri olduğu zaman AŞPA-dakı fəaliyyəti, müəllifi ümummilli liderimiz Heydər Əliyevin olduğu Azərbaycanın neft strategiyasının həyata keçirilməsində, respublikamızın gənclərinin sağlam gələcəyi naminə idmanın inkişafında rolu və Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyəti tam əks olunmuşdur.
T. Məmmədov saytın hazırlanmasında göstərilən informasiya dəstəyinə görə AZƏRTAC-ın rəhbərliyinə, Azərbaycan Milli Olimpiya Komitəsinə, “Azərbaycan” və “Respublika” qəzetlərinə minnətdarlığını bildirmişdir.