AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN GÖRÜŞÜ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 18-də Antalyada, “Sunqate Port Royal” mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.
Görüşdə ikitərəfli əlaqələr, enerji layihələri, beynəlxalq çərçivədə əməkdaşlıq məsələləri müzakirə edildi.
Qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən də söhbət gedən görüşdə Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının əhəmiyyətindən də danışıldı. Bildirildi ki, bu qurultay Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin, ümumən, türk dünyasının əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcəkdir.