Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

-İndi əsas səylərimizi qarşıda duran vəzifələrin həllinə yönəltməliyik. Qeyd olunduğu kimi, bütünlükdə, Azərbaycanda iqtisadi inkişafla bağlı olan vəziyyət müsbətdir. Ancaq bu, o demək deyil ki, biz artıq arxayınlaşaq, yaxud da əldə edilmiş nailiyyətlərlə kifayətlənək. Biz gərək çox ciddi işləyək, öz fəaliyyətimizi daha da təkmilləşdirək.

Qarşıda duran vacib məsələlərdən biri neft gəlirlərinin səmərəli idarə olunmasıdır. Bildiyiniz kimi, bununla bağlı müvafiq qərarlar qəbul edilibdir. Ancaq nəzərə alsaq ki, Azərbaycana gələcəkdə çox böyük həcmdə valyuta axını olacaq, əlbəttə ki, biz gərək bu işlərdə çox dəqiq olaq. Ölkənin ehtiyacları çoxdur. Böyük infrastruktur layihələri indi də həyata keçirilir, gələcəkdə də həyata keçiriləcəkdir. Tikinti-abadlıq işləri aparılır, sosial sektorun inkişafına dair tədbirlər görülür, maaşlar, pensiyalar artırılır və artırılacaqdır. Çünki indiki səviyyə bizi qane edə bilməz. Bütün bunlar, əlbəttə ki, bizim makroiqtisadi vəziyyətimizə təsir edə bilər və ona görə də neft gəlirlərinin səmərəli idarə olunması məsələsi ön plana çıxır. Bununla əlaqədar daha da ciddi tədbirlər görülməlidir.

İndi bizim valyuta ehtiyatlarımız 2,6 milyard dollar səviyyəsindədir. Bunun 1,6 milyard dolları Neft Fondunda toplanıb, 1 milyard dolları isə Milli Bankın valyuta ehtiyatlarıdır. Bu, böyük məbləğdir, amma gələn illərdə kəskin şəkildə artacaq və bütün aidiyyəti qurumlar buna çox böyük diqqət göstərməlidirlər. Çünki Azərbaycanda sürətli iqtisadi inkişafın nəticəsində biz keçən il istehlak qiymətlərinin artmasını müşahidə edirdik. Bu il də bu görünməkdədir. 5,5 faiz inflyasiya bizi gərək ciddi düşündürsün.

Yenə də deyirəm, bunun təbii səbəbləri var. Dünyada gedən proseslər, dünya bazarlarında neftin bahalaşması Azərbaycana gətirilən, idxal olunan malların bahalaşması - bütün bunlar təbii amillərdir. Eyni zamanda, büdcəmizin kəskin şəkildə artması, xərclərin artması. Amma bununla yanaşı, subyektiv səbəblər də var və gərək buna çox böyük diqqət göstərilsin.

Bildiyiniz kimi, bu yaxınlarda Dövlət İnvestisiya Şirkəti yaradılıbdır. O şirkət tərəfindən də böyük işlər görüləcəkdir. Ancaq əfsuslar olsun ki, bu ilin artıq 4 ayı geridə qaldı, İnvestisiya Şirkəti tərəfindən hələlik heç bir addım görmürük. Belə gedərsə, onda şirkətin nizamnamə kapitalında olan 100 milyon dollardan biz bu il istifadə edə bilməyəcəyik. Bizim məqsədimiz isə ondan ibarətdir ki, İnvestisiya Şirkətinin potensialını, oraya ayrılmış vəsaiti qısa müddət ərzində işə salaq və bu vəsaitin hesabına əlavə kreditlər də cəlb edək. Bu şirkətin fəaliyyəti bilavasitə Azərbaycanın sənaye potensialının inkişafı proqramı ilə də bağlıdır.

Mən bir neçə ay bundan əvvəl qarşıya vəzifə qoymuşdum ki, Azərbaycanda sənaye potensialının inkişafına dair ciddi proqram hazırlansın. Çünki Sovet İttifaqı vaxtında tikilmiş böyük müəssisələr öz səmərəsini itiribdir. Keçmişdə onlarda istehsal olunmuş məhsullar artıq lazımi standarta cavab vermir. Bununla yanaşı, o nəhəng müəssisələr Sovet İttifaqının bütün tələbatını ödəmək üçün nəzərdə tutulurdu. İndi o bazarlar da əldən gedib, bazara girmək də çox böyük problemə çevrilibdir. Ona görə Azərbaycanın yeni, müasir sənaye inkişafı proqramı işlənilməli və qəbul edilməlidir. Orada göstərilməlidir ki, hansı sənaye infrastrukturu yaradılmalıdır, dövlət hansı formada öz dəstəyini verməlidir. İnvestisiya Şirkətinin yaranmasının məqsədi o cümlədən məhz bundadır ki, bizə lazım olan sahələri inkişaf etdirək.

Bəzi hallarda vəziyyət belədir: xarici investor müraciət edir, hansısa sahədə işləmək istəyir. Hökumət orqanları isə bu müraciətlərə baxırlar, ya razılığını verir, ya da vermirlər. Yəni bu, artıq o ibtidai mərhələnin əlaməti idi. İndi biz özümüz müəyyən etməliyik. Regionların inkişaf proqramı tərtib olunmuşdur və orada istiqamətlər də müəyyən edilmişdir. Eyni qaydada sənaye inkişafı proqramına da biz gərək baxaq, özü də çox qısa müddət ərzində. Gərək ölkəmiz üçün lazım olan, həm iş yerlərinin açılmasına xidmət göstərən müəssisələr, yaxşı olardı ki, birja məhsulları istehsal edən müəssisələr yaradılsın, satışda problem olmasın. Ona görə bu məsələyə çox ciddi fikir vermək lazımdır və gözləyirəm ki, qısa müddət ərzində mənə konkret proqram təqdim ediləcəkdir. Heç olmasa, o proqramın əsas istiqamətləri, yaxud da atılacaq birinci addımlar haqqında təklifləri gözləyirəm. Vaxt da keçir.

Əlbəttə ki, maliyyə nəzarəti gücləndirilməlidir. Çünki böyük valyuta axınının astanasındayıq və belə olan halda, çox ciddi nəzarət olmalıdır. Şəffaflıq tam şəkildə təmin edilməlidir. Çünki bizim büdcəmiz ildən-ilə artacaqdır. Gələn ilin büdcəsi də bu ilin büdcəsindən xeyli dərəcədə fərqlənəcəkdir. Belə olan halda, əlbəttə ki, çox ciddi maliyyə nəzarəti olmalıdır. Qanun pozuntularına yol vermək olmaz. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq tam şəkildə təmin edilməlidir.

Bizim çox gözəl təcrübəmiz var. Azərbaycanın Neft Fondu bütün beynəlxalq qurumlar tərəfindən şəffaflıq örnəyi kimi təqdim edilir, qəbul edilir. Bu, bizim böyük nailiyyətimizdir. Dövlət Neft Fondunun keçmiş icraçı direktoru indi maliyyə naziridir. Bu müsbət təcrübəni biz gərək bütün maliyyə sektoruna tətbiq edək. Belə olan halda, hamımız görəcəyik ki, nə qədər böyük əlavə imkanlar yaranacaqdır.

2007-ci ilin büdcəsi haqqında artıq söhbət açıldı, indi işlər yəqin ki, başlayıbdır. Biz ilkin varianta baxacağıq. Artım sürəti, ilk növbədə, qeyri-neft sektoru hesabına olmalıdır. Neft sektoru hesabına büdcəni formalaşdırmaq böyük səylər, yaxud da ağıl tələb etmir. İndi hamımız bilirik ki, bizi nələr gözləyir, hansı işlər gözləyir. Bu il neft hasilatı 30 milyon ton olacaq, gələn il daha da artacaqdır.

2008-ci ildə Azərbaycanda neft hasilatı təxminən 60 milyon tona, - 50 milyon ton konsorsium tərəfindən, 8-9 milyon ton Dövlət Neft Şirkəti tərəfindən, - çatacaqdır. Dünyada neftin qiyməti də indi bəllidir. Çox güman ki, qiymətlər elə bu səviyyədə qalacaq, bəlkə də, daha da artacaqdır. Ona görə büdcənin formalaşması, ilk növbədə, qeyri-neft sektoru hesabına olmalıdır. Mən həmişə bunu vurğulayıram, bu gün də demək istəyirəm, biz öz iqtisadi siyasətimizi elə aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. Neft böyük sərvətdir, böyük dəstəkdir, bizim iqtisadi potensialımızı möhkəmləndirir. Azərbaycana imkan verir ki, öz xarici siyasətini də uğurla aparsın. Bizim siyasətimiz yalnız Azərbaycanın milli maraqları əsasında qurulur. Ancaq büdcəni təkcə neftin hesabına doldurmaq olmaz. Ona görə mən real, konkret təkliflər gözləyirəm.

Narahatlıq yaradan məsələlərdən biri də kommunal sektorda olan vəziyyətdir. Biz bu sektorda maliyyə axınlarına gərək çox ciddi nəzarət edək. Çünki bu sahədə də böyük islahatlar aparılmalıdır. Biz bilməliyik, əhalidən, müəssisələrdən yığılan vəsait necə, hansı məqsədlərə xərclənir. Buna ciddi nəzarət olmaldır. Biz gərək ildən-ilə artan maliyyə vəsaitindən çox səmərəli istifadə edək. Kommunal sahə ilə məşğul olan təşkilatlar da öz işində çox ciddi irəliləyişə nail olmalıdırlar.

Aqrar sektora daha da böyük diqqət göstərilməlidir. “Aqrolizinq” Səhmdar Cəmiyyətinin formalaşması prosesi, nəhayət, başa çatmalıdır. Biz artıq uzun müddətdir ki, “Aqrolizinq”i yaratdıq. Amma onun tam fəaliyyət göstərməsi hələ ki, baş vermir. Hələ ki, bölgələrdə müasir infrastruktur tam şəkildə yaradılmır. Bildiyimə, eşitdiyimə görə, fermerlərə texnika çox yüksək tariflə verilir. Onlar o tarifi ödəyə bilmirlər. Ona görə siz buna gərək yenidən baxasınız. Biz “Aqrolizinq”i ona görə yaratmadıq ki, texnikanı icarəyə verib pul qazanaq. Biz onu ona görə yaratdıq ki, bunu kəndlilərə verək və ondan istifadə etsinlər. Pulunu da versə, yaxşıdır, amma əsas məqsədimiz qazanc götürmək deyildir. Mənə yerlərdən məlumat gəlir ki, bəzi fermerlər o texnikadan imtina edirlər. Çünki tarif çox yüksəkdir. Belə olan halda, buna yenidən baxmaq lazımdır. Elə tarif qoymaq lazımdır ki, fermer üçün bu texnikadan istifadə səmərəli olsun. Çünki biz fermerlərə bu yolla - bir tərəfdən kreditlərin, digər tərəfdən, texnikanın verilməsi ilə, gübrə ilə təmin etməklə kömək edə bilərik. Kənd təsərrüfatında daha da ciddi artım olmalıdır. İndi burada səsləndi, artım 2,5 faizdir. Bu, əlbəttə, böyük göstərici deyildir. Nəzərə alsaq ki, Azərbaycanda ümumi daxili məhsul 40 faiz artıb, sənaye istehsalının artımı təxminən 50 faizdir, - düzdür, bunun böyük hissəsi neftin hasilatının artması ilə əlaqədardır, -kənd təsərrüfatında 2,5 faiz artım bizi qane edə bilməz. Bu məsələyə baxın, əgər əlavə göstərişlər, qərarlar qəbul etmək lazımdırsa, biz onu edək.

Yol infrastrukturu haqqında da danışdıq və mən qeyd etdim, o qədər böyük işlər görülüb, bəlkə də, Ziya Məmmədova bir saat lazım olar ki, bütün bunlar haqqında məlumat versin. Magistral avtomobil yollarının, kənd yollarının, şəhər yollarının çəkilməsində, dəniz nəqliyyatında, hava nəqliyyatında, dəmir yolu nəqliyyatında - bütün istiqamətlərdə böyük işlər görülübdür. Bu sahə o qədər də narahatlıq doğurmur. Çünki görüləcək bütün işlər artıq yolundadır. Hansısa kredit vasitəsilə, hansısa büdcə hesabına həll olunur. Ona görə, bu işləri sadəcə olaraq, keyfiyyətlə görmək lazımdır. Yolların keyfiyyəti yüksək olmalıdır. Bəzi hallarda tələskənliyə yol verirlər. Keyfiyyətli olmalıdır. Əgər tələsib, işi keyfiyyətsiz görsək, sadəcə olaraq, pul itəcək və o işləri yenidən görmək lazım olacaqdır.

Büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqının artması məsələsi çox böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə böyük işlər görülür. Minimuim əməkhaqqının artması hər il baş verir. Eyni zamanda, müxtəlif kateqoriyalı işçilərin əməkhaqları da qaldırılır. Ancaq indiki səviyyə bizi qane edə bilməz. Çünki Azərbaycanda minimum əməkhaqqı hələ ki, 30 manatdır. Bu il də artırılacaqdır. Ancaq biz gərək fikirləşək - bu il və gələn il minimum əməkhaqqının səviyyəsi insanların minimum tələbatını ödəməlidir. Əlbəttə, bunu etmək o qədər də asan deyildir. Həm maliyyə imkanları olmalıdır, eyni zamanda, bildiyiniz kimi, maaşların artması bilavasitə inflyasiyanın səviyyəsinə təsir göstərir. Biz burada çox düşünülmüş siyasət aparmalıyıq. Çox həssas olmalıyıq ki, yüksək sürətlə artan maaşlar makroiqtisadi vəziyyətə mənfi təsir göstərməsin, yaxud da az göstərsin. Ancaq eyni zamanda, ildən-ilə həm əməkhaqlarının, həm də pensiyaların artımı olmalıdır.

İndi yeni pensiya sistemi fəaliyyətdədir. Əmək pensiyasının baza hissəsi 2006-cı il aprelin 1-dən 30 manata çatdırılmışdır və ilin sonunadək 35 manat olmalıdır. Əlbəttə, əmək pensiyalarının baza hissəsi yaşayış minimumunun səviyyəsinə çatdırılmalıdır. Biz buna nail olacağıq. Bu isə, öz növbəsində, yoxsulluğun azaldılmasına kəskin şəkildə təsir göstərəcəkdir. Bildiyiniz kimi, biz bu proqramı da uğurla icra edirik. Yoxsulluq şəraitində yaşayanların sayı ildən-ilə azalır və yəqin 2006-cı ilin yekunları həm də onu göstərəcək ki, bu, daha da azalıbdır.

Nazir burada ünvanlı sosial yardım haqqında məlumat verdi. Burada ən vacib məsələlərdən biri şəffaflığı təmin etməkdir, pozuntulara yol verməmək və həqiqətən, ehtiyacı olan ailələrə və vətəndaşlara kömək göstərməkdir. Kimlərə ünvanlı sosial yardım verilməlidir, kimlərə verilməməldir - bu, çox ciddi, çox çətin məsələdir. Burada narazı qalanlar da olacaqdır.

Artıq məndə olan məlumata görə, bəziləri, normal səviyyədə, şəraitdə yaşayanlar da özlərini süni yollarla yoxsul kimi təqdim etmək istəyirlər. Bunu etmək üçün öz əmlakını, necə deyərlər, başqasının adına keçirirlər. Yəni burada pozuntular, yaxud da dələduzluq etmək üçün geniş imkanlar var. Ona görə, biz bu işdə çox ciddi olmalıyıq. Nail olmalıyıq ki, məhz həqiqətən, ehtiyac içində yaşayan ünvanlı sosial yardımı alsın. Ancaq yaxşı yaşayan saxta yolla özü üçün əlavə imtiyazlar əldə etməsin. Bu, demək olar ki, qarşıda duran məsələlərin əsasıdır.

Əlbəttə ki, bu gün biz bütün nazirləri dinləyə bilməzdik. Başqa sahələrdə də hərə öz yerində işini bilir. Bizim bütün planlarımız proqram şəklində həll olunur. Sosial sahədə, iqtisadi inkişaf, təhsil, səhiyyə, ekologiya, mədəniyyət, turizm sahələrində nazirlər öz vəzifələrini bilirlər və biz bütün bu işləri proqram şəklində görməliyik.

Artıq ikinci rüb başlayıb və mən əminəm ki, nəticələr yaxşı olacaqdır. Ümumiyyətlə, belə görünür ki, 2006-cı il Azərbaycan üçün ən uğurlu il olacaqdır. Bu ildə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri işə düşəcəkdir. Əminəm ki, biz bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlaya bilərik. İƏT-in zirvə görüşündə iştirak etmiş Türkiyənin Baş naziri ilə də bu barədə çox ətraflı söhbət aparılmışdır. Azərbaycan tərəfi bir daha bildirmişdir ki, günü bu gün Azərbaycan öz tərəfindən maliyyə öhdəliyi götürməyə hazırdır və artıq gələcək konsorsiumun konturları görünməkdədir. Bu yol bizə çox lazımdır. Bu yol Asiyanı Avropa ilə birləşdirir və yolun tikintisi hər cəhətdən Azərbaycanın milli maraqlarının daha da dolğun şəkildə təmin olunmasına xidmət göstərəcəkdir.

Digər infrastruktur layihələri də icra edilir. Azərbaycanda elə bir sahə, - istər sosial, istər iqtisadi layihələr, istər infrastruktur layihələri, - yoxdur ki, orada inkişaf olmasın. Yenə də deyirəm, biz işimizi proqram şəklində aparırıq. Arzu edirəm ki, bu müsbət meyillər gələcəkdə daha da güclənsin.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı