Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı sual kimi qalan məsələləri sadalayıb
Bakı, 29 dekabr, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması səbəbləri ilə bağlı sual kimi qalan məsələləri açıqlayıb.
Dövlətimizin başçısı bildirib: “Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:59]
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO
- 17.10.2026 [16:15]
Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO
- 17.10.2026 [13:32]
Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb
- 17.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 17 oktyabr
- 17.10.2026 [10:40]
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb
- 17.10.2026 [09:15]
Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb
- 17.10.2026 [08:30]
Bu gün Füzuli Şəhəri Günüdür
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]