SİYASƏT
Azərbaycan Prezidentinin xalqa müraciəti Gürcüstan mətbuatının diqqət mərkəzində olub






Tbilisi, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti və müraciəti zamanı söylədiyi fikirlər Gürcüstan mediasının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, interpressnews.ge, apsny.ge, kavkasiya.com, qafqazturk.com, palitranews.ge, ambebi.ge, 24news.ge, aktual.ge, interpress.ge, newsday.ge, realnews.ge, informasiya portallarının, eləcə də 1tv.ge, “maestro.tv”, tv.pirveli, rustavi2 televiziya kanallarının yaydıqları xəbərlərdə oxuculara və tamaşaçılara Azərbaycan Prezidentinin fikirləri Azərbaycan, rus və gürcü dillərində məlumatlar çatdırılıb.
Məlumatlarda Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin bundan sonra dinc yaşayacaqları, regionun inkişafı, heç kimin Azərbaycanla ultimat dilində danışa bilməyəcəyi, regionda yeni dövrün başlanacağı barədə fikirləri xüsusi qeyd olunub.
Ümumilikdə Gürcüstan mətbuatında Azərbaycan Prezidentinin müraciəti ilə bağlı 50-dən çox xəbər yayımlanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi