Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan–Qazaxıstan münasibətləri Türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi kontekstində

Azərbaycan–Qazaxıstan münasibətləri Türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi kontekstində

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan - Qazaxıstan münasibətlərinin qədim tarixi var. Azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Həmçinin bu iki xalqı dil və din eyniliyi də birləşdirir. Bu xalqlar Çar imperiyası və Sovet İttifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olub. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər yüksələn xətlə inkişaf etməyə başlayıb.

AZƏRTAC Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malik Azərbaycan-Qazaxıstan münasibətlərinin bəzi aspektlərinə nəzər salır.

Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərində strateji müttəfiqlik mərhələsinə keçid

Son zamanlar Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı (BMT), ATƏT, Müstəqil Dövlətlər Birliyi (MDB), Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.

Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub. 1993-cü il yanvarın 9-da Qazaxıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Qazaxıstanın paytaxtında 2004-cü il martın 1-dən səfirliyimiz, 2008-ci ildən isə Aktau şəhərində baş konsulluğumuz fəaliyyət göstərir. Ölkələrimiz arasında dərin köklərə malik strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri mövcuddur. İndiyədək əməkdaşlığa dair 134 sənəd imzalanıb. Bunlardan ən mühüm olanı 2004-cü il martın 1-də Astanada imzalanan “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və Bakıda 2005-ci il mayın 24-də imzalanan “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”dir. Bu mühüm sənədlərin imzalanmasında məqsəd ikitərəfli əməkdaşlığın bütün spektri üzrə bərabərlik, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri prinsipləri əsasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi üçün hüquqi zəmin yaratmaq idi. Məhz bu iki tarixi sənədin imzalanması ilə Azərbaycan və Qazaxıstan arasında münasibətlər yeni, strateji müttəfiqlik mərhələsinə keçdi. Bunun əsasında ötən illər ərzində ölkələrimiz arasında münasibətlər daha da inkişaf edib və hazırkı səviyyəyə çatıb.

Bundan başqa, 2006-cı ildə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında" müqavilə imzalanıb. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Qazaxıstan və Azərbaycanın əməkdaşlığını və hər iki ölkənin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolunu və əhəmiyyətini artırır. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi isə Orta Dəhlizin funksionallığını yüksəltməklə yanaşı, türk coğrafiyasının birləşməsi baxımdan da tarixi hadisə olacaq.

Xalqlarımızın ənənəvi dostluq və qardaşlıq əlaqələri

Azərbaycan və qazax xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Buna təsir edən əsas amillərdən biri Azərbaycan və qazax xalqlarının türkdilli olması, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxınlığıdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına böyük töhfələri danılmazdır. Təsadüfi deyil ki, məhz bu töhfələrinə görə 1997-ci ildə Ümummilli Liderə Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru diplomu, 1998-ci ildə isə “Astana” dövlət medalı təqdim olunub.

İki ölkə arasında münasibətlərin daha da inkişafına Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında mövcud olan qarşılıqlı etimada əsaslanan etibarlı dostluq əlaqələri də mühüm təsir edir. Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayan dövlətimizin başçısı İlham Əliyev qeyd edib: “İnanıram ki, sıx tellər ilə biri-birinə bağlı olan xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq, səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”.

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu dəfələrlə qeyd edib. Bu uğurlu siyasətin məntiqi nəticəsi olaraq dövlətimizin başçısına Türk Dünyasının Ali Ordeni təqdim edilib. Həmçinin Prezident İlham Əliyevin Qazaxıstanın ali ordeni olan “Altın kıran” - “Qızıl qartal” ordeni ilə təltif edilməsi ona beynəlxalq platformada verilən yüksək dəyər, Azərbaycanın türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinin inkişafına göstərdiyi səylərə münasibətin ifadəsi kimi qiymətləndirilməlidir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini dəfələrlə vurğulayıb.

Azərbaycan Qazaxıstan münasibətlərində yeni səhifə açan qarşılıqlı səfərlər

İqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Qazaxıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Qısa dövr ərzində dövlət başçılarının qarşılıqlı səfərləri, təbii ki, ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərib, münasibətlərimizdə yeni səhifə açıb.

1994-cü il oktyabrın 19-da türk dövlətləri başçılarının ikinci Zirvə görüşündə Prezident Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşü zamanı iki ölkə münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirmək qərara alınıb. Bir il sonra isə ulu öndər Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Almatıda keçirilən MDB ölkələri dövlət başçılarının Zirvə toplantısında görüşüblər.

1996-cı ilin sentyabrında isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri zamanı dövlət başçılarının iştirakı ilə nümayəndə heyətləri arasında keçirilən danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni inkişaf istiqamətləri olub. 1997-ci il iyunun 10-11-də Prezident Heydər Əliyevin Qazaxıstana rəsmi səfərinin yekunlarına əsasən, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında bir sıra mühüm sənədlər imzalanıb. 2001-ci il noyabrın 29-da Moskvada Azərbaycanla Qazaxıstan arasında Xəzərin dibinin bölüşdürülməsinə dair imzalanmış saziş Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından çox ciddi əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev isə Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ildə edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Bu görüşdən sonra Nazarbayev bildirib ki, İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olmaqla yanaşı, ölkənin regionda və dünyada mövqeyini gücləndirəcək.

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısında iştirak məqsədilə bu gün Qazaxıstana növbəti dəfə səfər edib. Qeyd edək ki, AQEM Asiyada sülhün, təhlükəsizliyin qorunması üçün əməkdaşlığı nəzərdə tutan, bununla da, dünyada qlobal sülhün və etimadın əldə olunmasını hədəfləyən çoxtərəfli təşkilatdır. AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlərdə separatizm dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə olan təhdid kimi pislənilib və üzv dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməsi, bundan irəli gələrək bir-birinin ərazilərində olan separatçı fəaliyyətləri dəstəkləməmək barədə öhdəlik əks olunub və 27 üzv dövlət arasında münasibətlərin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında qurulmalı olduğu qeyd edilib.

İqtisadi əlaqələrin genişləndirilməsinə verilən töhfələr

Dövlət başçılarının qarşılıqlı səfərlərinin müsbət nəticələri özünü təkcə siyasi sferada göstərmir. Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir. 2020-ci ildə ticarət dövriyyəsi 142,03 milyon ABŞ dolları olduğu halda, 2021-ci ildə bu göstərici 135,8 milyon, 2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 369,55 milyon ABŞ dolları olub.

Azərbaycan və Qazaxıstan hökumətləri nəqliyyat, enerji və digər layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmləndirmək üçün mühüm işlər görürlər. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq, ölkələrimizin əlverişli tranzit potensialı və logistika imkanları beynəlxalq yükdaşımalarda onların rolunun artmasına gətirib çıxarır. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan investisiyası ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin artmasında əhəmiyyətli rol oynayır. 2021-ci ildə Qazaxıstanın paytaxtında “Azərbaycan Ticarət Evi”nin açılması isə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verir.

Cari ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərin intensivləşməsinin şahidi oluruq. Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin isə Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri və əldə edilmiş razılaşmalar əlaqələrimizin gələcək konturlarını müəyyən edir. Belə ki, dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və respublikamız beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilib. Təsadüfi deyil ki, son illər Qazaxıstan məhsullarının Azərbaycan üzərindən tranziti əhəmiyyətli dərəcədə artıb. Qazaxıstandan Qərbə və əks istiqamətdə daşınan yüklərin artımı barədə ümumi məlumat aşağıdakı cədvəldə əksini tapıb.

 

    2021

(min tonla)

2021 (6 ay)

2022 (6 ay)

Artım (6 ay)

 

Qazaxıstan-Qərb

254

97

1 102

1031%

Qərb-Qazaxıstan

260

126

207

64%

Cəmi

514

223

1 308

487%

Azərbaycan-Qazaxıstan-Türkiyə xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin 2022-ci il iyunun 27-də Bakıda keçirilən Birinci Üçtərəfli Toplantısında Şərqi Zəngəzur regionunda dəhlizin inkişaf etdirilməsi məsələləri müzakirə mövzusu olub. Nazirlər Şərqi Zəngəzur regionu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasını əlaqələndirən dəhlizin inkişafının vacibliyini Orta Dəhlizin perspektiv hissəsi kimi bəyan ediblər.

Qeyd edək ki, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə 1999-cu ildə yaradılan Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın indiyədək 18 iclası keçirilib. Baş tutan iclaslarda iki ölkə arasında ötən dövr ərzində ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində ikitərəfli əlaqələrin vəziyyəti ilə bağlı görülmüş işlər nəzərdən keçirilib, gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı növbəti addımlar müzakirə olunub.

Türk dünyasına inteqrasiyanı sürətləndirən mədəni əlaqələr

Azərbaycan və qazax xalqları tarix, mədəniyyət və ənənələr baxımından bir-birinə bağlı olduqlarından mədəni əlaqələrin genişləndirilməsi üçün heç bir maneə yoxdur. Hər iki xalq müstəqillik əldə etdikdən sonra bu əlaqələr intensiv xarakter alıb. Belə ki, həmin dövrdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan xalqının böyük dostu, qardaş Qazaxıstan mədəniyyətinin görkəmli nümayəndəsi, “Mən Azərbaycanı özümə ikinci Vətən bilirəm” deyə xitab edən böyük qazax mütəfəkkiri Oljas Süleymanovun xalqımızın çətin vaxtlarında haqq səsimizin dünyaya çatdırılmasında əvəzsiz xidmətləri olub. O, 1990-cı ilin 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı vermək üçün Bakıya gəlib və Kremlin Qurultaylar sarayında rus-erməni şovinizminə qarşı çıxış edərək faciənin günahkarı olan Qorbaçov rejimini tənqid edib. Təsadüfi deyil ki, ölkəmizin haqq səsini dünyaya bəyan edən Oljas Süleymanov müxtəlif vaxtlarda Azərbaycanın “Dostluq və “Şərəf” ordenləri ilə təltif edilib. 2021-ci il avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul olunan zaman, dövlətimizin başçısı İlham Əliyev O.Süleymanovun türk dünyası ölkələrinin birliyi, türkdilli dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi işində səylərini yüksək qiymətləndirib.

Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər. Belə ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi informasiya mübadiləsinə dair müqavilə imzalayıblar. İki dost agentlik mütəmadi olaraq informasiya və təcrübə mübadiləsi aparır, birgə layihələr həyata keçirir. AZƏRTAC və “Kazinform”, eyni zamanda, Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) və digər transmilli media platformaları çərçivəsində əməkdaşlıq edirlər.

Azərbaycan və Qazaxıstanın milli xəbər agentlikləri 1992-ci ildə TKA-nın (Türkdilli xəbər agentlikləri) həmtəsisçiləri olublar.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin bu il avqustun 24-də Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında səmimi dostluğa və mehriban qonşuluğa əsaslanan əlaqələrin yüksələn xətlə inkişafına yeni təkan verib. Belə ki, işğaldan azad edilmiş Füzuli şəhərində “Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi”nin tikintisi planlaşdırılıb. İlkin təkliflərə əsasən, Qazaxıstan tərəfindən 1,5 hektar ərazidə inşa olunacaq məktəbin 500 şagird yerlik olması nəzərdə tutulub.

Onu da qeyd edək ki, Sumqayıt-Aktau, Şirvan-Atırau, Mingəçevir-Uralsk və Şuşa-Türküstan şəhərləri arasında qardaşlaşma əlaqələri mövcuddur. Bu şəhərlərimizin qardaşlaşması mədəni əlaqələrimizin inkişafına təkan verib, hər iki dövlətin regionları arasında əməkdaşlığı stimullaşdırıb, Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə səbəb olub.

Birmənalı olaraq demək olar ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan ilə Qazaxıstanın münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və bu əməkdaşlıq formatı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Xəzəryanı ölkələrin və Türk dünyasının inkişafına mühüm töhfələr verəcək.

Hikmət Əhmədov

AZƏRTAC-ın bölmə müdiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir