Azərbaycan Dövlət İnformasiya Agentliyi

«AZƏRBAYCAN» QƏZETİNİN ŞƏHİD ƏMƏKDAŞI ELGÜN İSMAYILOVUN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ MƏRASİM KEÇİRİLDİ

Elgün Dağbəyi oğlu İsmayılov... 1993-cü ilin 26 may gününə qədər bu, Azərbaycan üçün bir vətəndaşın, Bakı üçün gənc sakinin, tanınmış publisist Dağbəyi İsmayılovun ailəsi üçün sevimli övladın, həmyaşıdlar, döyüş yoldaşları üçünsə dəyərli dostun, igid döyüşçünün adı idi. 1993-cü ilin 26 may günündə canı qədər sevdiyi Azərbaycan torpağına axan al qanı bütün bunları ümumi bir mənada birləşdirdi: şəhid Elgün İsmayılov.

Adətən artıq həyatda olmayan adamlar haqqında söhbət gedərkən «əgər aramızda olsaydı...» deyə felin şərt forması işə düşür. Amma bunu Elgünə aid etmək mümkün deyil! O bu gün də aramızdadır. İlk və son iş yerində, cəbhəyə yollanana qədər əməkdaşı olduğu «Azərbaycan» qəzeti redaksiyasında bu gün də onun ruhu dolaşır. Artıq illərdir ki, bizi hər səhər iş yerində Elgün İsmayılovun portreti, bu portretdən boylanan qətiyyətli baxışlar salamlayır. Günümüz bu baxışlarla başlanıb, bu baxışlarla da tamamlanır.

«Azərbaycan» qəzeti redaksiyasında şəhid Elgün İsmayılovun xatirəsinə yaradılmış guşədə oxuduğumuz bu sətirlər isə bizim üçün canını Azərbaycan yolunda fəda etmiş igid bir gəncin ömürlüyündən çox, Vətən qarşısında sədaqət andıdır: «Elgün Dağbəyi oğlu İsmayılov 1974-cü ilin 16 noyabrında Bakı şəhərində doğulub. Bakıdakı 3 saylı orta məktəbi, Bakı Politexnik Texnikumunu bitirdikdən sonra 1992-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub. Milli Məclisin orqanı «Azərbaycan» qəzetində korrektor işləyirdi. 1993-cü ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılıb. 1993-cü ilin oktyabrında 172 saylı briqadanın tərkibində cəbhə bölgəsinə – Füzuli rayonuna göndərilib. Horadiz qəsəbəsinin düşməndən azad edilməsi uğrunda gedən qızğın döyüşlərdə göstərdiyi şücaətə görə Elgün İsmayılov komandanlıq tərəfindən mükafatlandırılıb. 1994-cü ilin yanvarından 172 saylı briqada Kəlbəcər bölgəsinə, Murov dağına göndərilib. Elgün briqadanın 42 nəfərdən ibarət kəşfiyyat bölüyünün əsgəri idi. Döyüşçü dostları Elgünü bacarıqlı və təcrübəli kəşfiyyatçı kimi tanıyırdılar. Komandanlığın onun haqqında verdiyi arayışda göstərilirdi ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murov dağında bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib. 1994-cü il aprelin axırlarında keçirilmiş əməliyyata görə Elgün briqada komandanlığının fəxri fərmanına layiq görülüb. 1994-cü il mayın 25-dən 26-a keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək ən vacib məlumat gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün İsmayılov da düşmən həmləsinə məruz qalıb və həmin döyüşdə şəhid olub. Elgün İsmayılov 1994-cü il mayın 28-də Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib».

«Azərbaycan» qəzeti vətənpərvərlik tərbiyəsi kimi son dərəcə vacib bir mövzunu daim diqqət mərkəzində saxlayır. Dörd ildir ki, redaksiyada Elgün İsmayılovun adını daşıyan xüsusi mükafat təsis edilib. «Azərbaycan» qəzetində çalışanlar və Elgünün yaxınları üçün hər il noyabrın 16-ı onun doğum günü münasibətilə redaksiyamızda təşkil edilmiş mərasimlə yadda qalır. Elgün İsmayılov mükafatının qaliblərinin müəyyənləşdirilməsi üçün keçirilən müsabiqəyə də elə həmin gün yekun vurulur. Qaliblərin adları açıqlanır. Onlara mükafatlar təqdim olunur.

Dünən təşkil edilmiş mərasim də ənənəvi qaydada Elgün İsmayılovun məzarını ziyarətlə başlandı. Onun timsalında bütün Azərbaycan şəhidlərinin ruhuna dualar oxundu. Mərhumun məzarı üzərinə tər qərənfillər qoyuldu. Anım mərasimi «Azərbaycan» qəzetinin «Mətbuat muzeyi»ndə davam etdirildi.

«Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov mərasimi giriş sözü ilə açaraq Azərbaycanın tarixi taleyində özünü göstərən iki məqama diqqət yönəltdi. Xatırlatdı ki, XX əsrin iki müxtəlif dönəmində dövlət müstəqilliyinin əldə edilməsi və qorunması uğrunda haqq mübarizəsinə qalxan Azərbaycan xalqı hər iki mərhələdə düşmənin təzyiqləri ilə qarşılaşıb. İstəmədən ədalətsiz müharibəyə cəlb edilib: «Birinci mərhələdə bu, dövlət müstəqilliyinin itirilməsi ilə nəticələnsə də, şükürlər olsun ki, XX əsrin sonlarında Azərbaycanı yenidən müstəqil görmək, müstəqil dövlətimizin uğurlarına sevinmək xoşbəxtliyi bizlərə nəsib oldu. Bununla belə düşmən yenə uzaqda deyildi. Ermənistan silahlı birləşmələrinin Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edildi. 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün taleyi ilə üzləşdi. Amma düşmən daha müstəqil dövlətimizi sarsıtmaq gücündə deyil. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş doğru yol ulu öndərimizin özünün də qeyd etdiyi kimi, Azərbaycanın müstəqilliyinin dönməzliyini, daimiliyini, əbədiliyini təmin etmişdir. Bu gücün, bu qətiyyətin gətirdiyi inam Heydər Əliyev kursunun ən layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarında da öz əksini tapır. Dövlət rəhbərimiz bəyan edir ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcək, ərazisinin bir qarışını da kimsəyə güzəştə getməyəcək. Azərbaycanda ordu quruculuğu prosesi əzmlə davam etdirilir. Ölkəmizin müdafiə potensialı ildən-ilə güclənir».

Bəxtiyar Sadıqov vurğuladı ki, Azərbaycanda vətən yolunda canından keçməyə hər an hazır olan oğullar həmişə olub, var və daim olacaq. Şəhid Elgün İsmayılovun taleyi də buna bir misaldır. O, Elgünün öz qısa ömrü ilə böyük vətənpərvərlik nümunəsi yaratdığını qeyd etdi. Azərbaycanın Elgün İsmayılov kimi övladları ilə qürur duyduğunu bildirdi.

Baş redaktor hər il «Azərbaycan» qəzeti əməkdaşları arasında Elgün İsmayılov mükafatı uğrunda keçirilən yaradıcılıq müsabiqəsi barədə danışdı. Bildirdi ki, bu mükafatın qalibi olmaq «Azərbaycan» qəzetinin hər bir əməkdaşı üçün böyük şərəfdir.

Daha sonra Münsiflər Heyətinin qərarı açıqlandı. Məlum oldu ki, ümumi rəyə əsasən qəzetin bölgə müxbiri Famil Abbasovun «Yurd yeri», həmçinin «Bu köç yaman uzun çəkdi» silsilə yazıları, parlament və siyasət şöbəsinin müxbiri Yadigar Cəfərlinin «Təzə nırxlı köhnə bazarlar» yazısı əsas mükafata layiq görülüb. Dövlət quruculuğu şöbəsinin müxbiri Rəsmiyyə Rzalının «Sənaye tullantılarından hazırlanmış oyuncaqlar körpələrin səhhəti üçün ciddi təhlükədir», parlament və siyasət şöbəsinin müxbiri Rüstəm Qaraxanlının «Ağ damlı Ağdam» sərlövhəli yazıları isə həvəsləndirici mükafat qazanıb. Mükafatları qaliblərə şəhid Elgün İsmayılovun atası Dağbəyi İsmayılov təqdim etdi.

Qaliblər şəhidlik zirvəsinə ucalmış Elgün İsmayılovun adını daşıyan bu yüksək mükafata layiq görülmələrindən qürur duyduqlarını bildirdilər.

Şəhid atası Dağbəyi İsmayılov şəhidlərimizin müqəddəs ruhuna göstərilən bu cür ehtirama görə «Azərbaycan» qəzeti kollektivinə öz dərin minnətdarlığını bildirdi. Onun fikrincə, bu münasibətin özü də böyük vətənpərvərlik nümunəsidir. Dağbəyi İsmayılov «Azərbaycan» qəzetində çalışan hər bir insanda yüksək vətənpərvərlik ruhu gördüyünü və bu ruhun qəzetin bütün saylarında müşahidə olunduğunu diqqətə çatdırdı. Şəhid atası onu da əlavə etdi ki, bu cür ənənələrin formalaşdırılması cəmiyyətimizdə vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından son dərəcə mühümdur. Şəhid atası qalibləri təbrik etdi. «Azərbaycan» qəzeti kollektivinə gələcək fəaliyyətində uğurlar dilədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər