AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan televiziyası, radiosu və mətbuatının inkişafında böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Aslanbəyova Fəridə Ələskər qızı
Aşumova Tamilla Məhərrəm qızı
Cavadlı Cavad Ələsgər oğlu
Əmirova Sevda Saleh qızı
Həmzəyeva Solmaz İbrahim qızı
İbrahimov Kamran Yaqub oğlu
Quliyev Elşad Heybət oğlu
Quliyeva Nurəngiz Xudadat qızı
Səfərli Hidayət Əhməd oğlu
Zeynalov Zöhrab Ramazan oğlu
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 noyabr 2006-cı il.