AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Leonid Kuçmaya zəng etmişdir.
Prezident İlham Əliyev “Feofaniya” klinik xəstəxanasında cərrahi əməliyyat olunan cənab Leonid Kuçmanın səhhəti ilə maraqlanmış, əməliyyatdan sonra ona tezliklə sağalıb işə qayıtmağı arzulamışdır.
Ukrayna dövlətinin başçısı telefon zənginə və səmimi sözlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Söhbət zamanı tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.