SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq olunmağınız münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.
Nəqliyyat Tikintisi Nazirliyinin hüquqi varisi olan “Transstroy” korporasiyası Rusiyada və xaricdə çox böyük sayda nəqliyyat, sənaye, sosial və mədəni təyinatlı obyektlərin inşası sahəsində uğurla işləyir.
Qarşılıqlı anlaşma, dostluq yardımı və hörmət Rusiya və Azərbaycanın nəqliyyat inşaatçılarının münasibətlərinə həmişə xas olmuşdur.
Dövlətlərimiz arasında inkişaf edən mehriban münasibətlər nəqliyyat tikintisi sahəsində işgüzar tərəfdaşlığın və qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid bəsləməyə imkan verir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoş həyat və məsul işinizdə uğurlar arzulayıram.
Hörmətlə,
V.A.Brejnev
“Transstroy” korporasiyasının prezidenti
Moskva, 5 avqust 2003-cü il.