SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ümumrusiya Azərbaycan Konqresinin Rəyasət heyəti Azərbaycan Respublikasının Baş naziri təyin olunmağınız münasibətilə Sizi Rusiyada yaşayan yüz minlərlə həmvətənimiz adından ürəkdən təbrik edir.
Biz əminik ki, siyasi təcrübəniz, biliyiniz və istər Azərbaycanda, istərsə də beynəlxalq aləmdəki nüfuzunuz Sizə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən müəyyən edilmiş iqtisadi və sosial islahatları qətiyyətlə və bacarıqla həyata keçirməyə imkan verəcək və yeni yüksək vəzifədə olmağınız millətin sıx birləşməsi, bütün dünya azərbaycanlılarının həmrəyliyi və onların öz tarixi Vətəni ilə əlaqələrinin möhkəmlənməsi işinə səmərəli təsir göstərəcəkdir.
Rusiyadakı Azərbaycan diasporu adından səmimi qəlbdən ümidvar olduğumuzu bildiririk ki, Sizin Azərbaycanın Baş naziri təyin olunmağınız Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da hərtərəfli inkişafına və dərinləşməsinə yeni güclü təkan verəcəkdir. Biz Azərbaycanın sosial və iqtisadi sabitliyinin rəhnini və onun Rusiyada yaşayan milyonlarla övladının firavanlığını bunda görürük.
Ümumrusiya Azərbaycan Konqresi müstəqil, çiçəklənən Azərbaycan quruculuğu yolunda Azərbaycan xalqının rifahına yönəldilmiş bütün təşəbbüslərinizi bundan sonra da dəstəkləyəcəkdir.
Sizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayırıq!
Səmimi hörmətlə,
M.Əliyev
Ümumrusiya Azərbaycan Konqresinin prezidenti
Moskva, 5 avqust 2003-cü il.