SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İlk öncə, bu yaxınlarda Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi təbrik etmək istəyirik.
Sizin təyinatınız, heç şübhəsiz, şəxsi nailiyyətləriniz sayəsində qazanılmışdır, məhz həmin nailiyyətlərə görə də gözəl ölkənizdə bu mühüm vəzifəyə layiq görülmüsünüz. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti kimi şahmata böyük dəstək verdiyinizi yaxşı bilirik və bu töhfəyə görə Sizə minnətdarıq.
Yeni işinizdə Sizə çoxlu uğurlar arzulayırıq və ümidvarıq ki, şahmatın nəinki Azərbaycanda, həm də dünyanın digər yerlərində inkişaf etdirilməsi məqsədi ilə ölkənizlə işləmək iqtidarında olacağıq.
Səmimiyyətlə Sizin,
Georgios Makropulos,
Beynəlxalq Şahmat Federasiyası
prezidentinin müavini.
Zurab Azmayparaşvili,
Beynəlxalq Şahmat Federasiyasının
vitse-prezidenti.
Lozanna, 5 avqust 2003-cü il.