SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri təyin olunmağınız münasibətilə Sizi Rumıniyada yaşayan azərbaycanlı və türk mənşəli soydaşlarımız adından təbrik edirik.
Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız, Azərbaycanın tutduğu demokratiya, iqtisadi inkişaf yolunun layiqli davamçısı kimi Sizin Baş nazir vəzifəsinə təyin edilməyinizi böyük məmnunluq hissi ilə qarşılayırlar. Bu qərarın doğma Azərbaycanımızın demokratiya, iqtisadiyyat və sosial sahələrdə yüksəlişinə, beynəlxalq qurumlarda Azərbaycanın maraqlarının təmin edilməsində uğurlu nəticələr qazanılmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına kömək edəcəyinə inanırıq. Ümidvarıq ki, yerində verilmiş bu qərar uğurla davam edən iqtisadi və demokratik islahatların daha da irəliləməsinə yardımçı olacaqdır.
Fürsətdən istifadə edərək, türk mənşəli soydaşlarımızın Zati-aliləri Heydər Əliyevə sağlamlıq dilədiklərini ona çatdırmanızı rica edirik.
Sizi bir daha təbrik edir, Azərbaycan xalqına xidmət etmək amallı fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər və cansağlığı arzulayırıq.
Dərin hörmətlə,
Dursun Altınişıq
Türk İş Adamları Dərnəyinin sədri,
Necati Sali millət vəkili,
Elçin Məmmədov
Azərbaycan-Rumıniya İş Adamları Birliyinin sədri,
Tamer Atalay
Türk-Rumın Sənaye və Ticarət Palatasının sədri,
Sabit Danis
TİAD-Dobruca Dərnəyinin sədri,
İsmayıl Haqqı Tuyun Libra sədri,
Cabbar Kənani iş adamı,
Həsən Bəydilli iş adamı
Buxarest, 6 avqust 2003-cü il.