SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Fürsətdən istifadə edərək, Zati-alinizin Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə Çinin Milli Neft və Qaz Hasilatı və İnkişafı Korporasiyası (ÇMNQHK) adından səmimi təbriklərimizi ifadə etmək istərdim. Biz inanırıq ki, bu, xalqınızın və hörmətli ölkənizin etdiyi düzgün seçimdir.
ÇMNQHK Zati-alinizin bilavasitə rəhbərlərindən biri olduğu, günü-gündən inkişaf edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə yaxşı, səmərəli əməkdaşlıq qurubdur. Biz öz biznes bacarığımızı göstərmiş, Azərbaycana sərmayələr qoymuş və bununla da dünya neft sahəsində güclü tərəfdaş olduğumuzu göstərə bilmişik. İnanırıq ki, Çin və Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr daha da sıxlaşdıqca, neft sektorunda ölkələrimiz arasındakı gələcək əməkdaşlıq bundan da gözəl olacaqdır. Zati-alinizin liderliyi ilə hörmətli ölkənizə və xalqınıza firavanlıq, xoşbəxtlik və uğur arzulayırıq.
Səmimiyyətlə,
Vanq Donqcin
ÇMNQHK-nın prezidenti
5 avqust 2003-cü il.