AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
“İnterfaks” İnformasiya Agentliyi Sizi Azərbaycan Respublikası prezidentinin seçkilərində qələbə münasibətilə təbrik edir. Seçkilərin nəticələri göstərir ki, hüquqi, demokratik dövlət, iqtisadi cəhətdən inkişaf etmiş və sosial yönümlü dövlət kimi Azərbaycanın daha da inkişafına yönəldilmiş əvvəlki xətti davam etdirmək əzminizi ölkənizin seçicilərinin böyük əksəriyyəti dəstəkləmişdir.
“İnterfaks”ın jurnalistləri əmindirlər ki, son illər ölkənizdə aparılan açıq dövlət informasiya siyasəti Azərbaycana MDB-nin vahid informasiya məkanının yaradılmasına mühüm kömək göstərməyə imkan verəcəkdir. Bu il “İnterfaks-Azərbaycan” agentliyinin yaradılması buna parlaq sübutdur.
İlham Heydər oğlu, Sizə Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çətin və məsul işinizdə böyük uğurlar arzulayırıq.
Dərin hörmətlə,
M.Komissar
“İnterfaks” İnformasiya Agentliyinin
baş direktoru
Q.Qulia
“İnterfaks-Azərbaycan” İnformasiya
Agentliyinin baş direktoru
Moskva, 17 oktyabr 2003-cü il.