AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik.
Sizin inamlı qələbəniz müstəqil Azərbaycan vətəndaşlarının əksəriyyətinin sabitliyin, sülhün, firavanlıq və varisliyin xeyrinə düzgün seçim etdiyindən xəbər verir.
Şübhəsiz ki, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun təşəkkülünə və yüksəlməsinə atanız – çox hörmətli Heydər Əlirza oğlu çox böyük töhfə vermişdir.
Onun danılmaz nüfuzu, çox yüksək iş qabiliyyəti və peşəkarlığı Azərbaycanın sivilizasiyalı və demokratik dövlətə çevrilməsinə imkan vermişdir.
İlham Heydər oğlu, əminik ki, Siz Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin işini davam etdirəcəksiniz. Siz ömrünüzün bütün illəri ərzində Heydər Əlirza oğlunun yanında olaraq, bir insan kimi və dövlət miqyaslı rəhbər kimi zəngin təcrübə əldə etmisiniz.
Sizə Azərbaycan Respublikasının Prezidenti vəzifəsində böyük uğurlar arzulayırıq.
Arzu edirik ki, məsul və nəcib fəaliyyətiniz doğma Azərbaycanımızın və bütün Azərbaycan xalqının rifahı naminə yalnız müsbət nəticələr versin!
Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin səmərəli inkişafının davam etdirilməsini arzulayırıq.
Heydər Əlirza oğluna çoxlu salamımızı və tezliklə sağalmaq diləyimizi yetirin.
Dərin hörmətlə, səmimiyyətlə Sizin,
Nikolay Baybakov
Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin
Prezidenti
A.Romaşin
vitse-prezident
Moskva, 23 oktyabr 2003-cü il.