AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi böyük məmnunluq və dərin sevinc hissi ilə təbrik edirəm.
Biz, Azərbaycandakı demokratik seçkilərdə qələbənin məhz Sizə, neft-qaz sənayesinin, beynəlxalq münasibətlərin, idmanın inkişafında, sonda isə öz yüksək peşəkarlığına, istedadına və Azərbaycan xalqına sədaqətinə bariz nümunə kimi Baş nazir vəzifəsində özünün nəzərəçarpacaq nailiyyətləri ilə ölkəsi üçün artıq çox işlər görmüş bir insana nəsib olmasından çox şadıq.
Biz əminik ki, məhz Siz ən layiqli davamçı olacaq, atanız, istedadlı rəhbər, böyük şəxsiyyət Heydər Əliyev tərəfindən başlanmış və müstəqil Azərbaycanın hərtərəfli inkişafına və möhkəmləndirilməsinə yönəldilmiş böyük siyasəti davam etdirəcəksiniz.
Məhz bu siyasət Azərbaycana ölkənin həyatının bütün sahələrində bunca sürətli və mütərəqqi inkişaf imkanı bəxş etmiş və məhz bu siyasət sayəsində Yaponiya-Azərbaycan əlaqələri bu cür uğurla inkişaf etməkdədir.
Öz tərəfimdən, biz – İTOÇU korporasiyası daha böyük inam və nikbinliklə Sizin hörmətli ölkənizdə həm iri, strateji baxımdan mühüm layihələrdə və həm də Azərbaycan Respublikasının iqtisadiyyatının, sənayesinin, ticarətinin və infrastrukturunun digər sahələrində bundan sonra daha fəal iştirak etmək yolu ilə öz fəaliyyətimizi davam etdirəcəyik. Bununla əlaqədar olaraq, hökumətinizin bundan sonrakı dəstəyinə ümid bəsləyirik. İcazə verin, bu gözəl və tarixi baxımdan böyük əhəmiyyət kəsb edən hadisə münasibətilə Sizi və bütün Azərbaycan xalqını bir daha təbrik edim, Sizə gələcək fəaliyyətinizdə səmimi qəlbdən uğurlar, möhkəm cansağlığı və bütün Azərbaycan xalqına xoşbəxtlik arzulayım.
Dərin ehtiramla,
Uiçiro Niva
İTOÇU korporasiyasının prezidenti
20 oktyabr 2003-cü il