AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Rusiya Rəssamlıq Akademiyasının Rəyasət heyəti adından və şəxsən öz adımızdan ən səmimi və ürəkdən gələn təbrikləri qəbul edin.
Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz ölkədə sülhə, sabitliyə, vətəndaş həmrəyliyinə və firavanlığa təminatdır.
Biz Sizi, yeni nəslə mənsub doğma ölkənizdə və onun hüdudlarından uzaqlarda geniş nüfuz qazanmış görkəmli ictimai və dövlət xadimini yüksək qiymətləndiririk.
Rusiya ilə Azərbaycan arasında çoxdankı mədəni əlaqələrin inkişafına misilsiz köməyə görə, gözəl ailənizlə çoxillik dostluq münasibətlərinə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk. Əminik ki, Siz müdrik, görkəmli atanız Heydər Əlirza oğlu Əliyev tərəfindən bünövrəsi qoyulmuş ənənələrin layiqli davamçısı olacaqsınız.
Əminik ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.
İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, qonaqpərvər evinizə, gözəl ailənizə əmin-amanlıq və tərəqqi, başçılıq etdiyiniz respublikanın vətəndaşlarının rifahı naminə həmişə və hər bir işdə uğurlar diləyirik.
Səmimiyyətlə Sizin,
Zurab Sereteli
Rusiya Rəssamlıq Akademiyasının prezidenti
Tahir Salahov
vitse-prezident
Moskva, 24 oktyabr 2003-cü il