AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi görkəmli və nüfuzlu elm, mədəniyyət xadimlərinin, yaradıcı ziyalıların, senator və deputatların daxil olduqları Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin bütün üzvləri adından təbrik edim.
Siz təkcə Vətəninizdə deyil, onun hüdüdlarından uzaqlarda da görkəmli ictimai və siyasi xadim kimi geniş şöhrət qazanmış şəxsiyyətsiniz.
Sizi əmin etmək istəyirəm ki, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti rumın və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və ənənəvi mehriban əlaqələrin və dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində bundan sonra da böyük iş aparacaqdır.
Əminik ki, Siz bu yüksək vəzifədə gözəl ölkənizin daha da inkişaf etməsi və tərəqqisi üçün, habelə Rumıniya ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi və möhkəmlənməsi üçün bütün işləri görəcəksiniz.
Sizin üçün bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, böyük insani səadət və işinizdə uğurlar arzulamaq istərdim.
Zati-aliləri, Sizə yüksək hörmət bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Səmimiyyətlə Sizin,
İoan Pop de Popa
Rumıniya-Azərbaycan Dostluq
Cəmiyyətinin baş katibi
Buxarest, 20 oktyabr 2003-cü il.