AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Moskva şəhəri Sokol rayonunun sakinləri, aparatın əməkdaşları və şəxsən mən Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə təbrik edirik. Biz Sizin qələbənizə şübhə etmirdik və bilirik ki, Sizin seçilməyiniz sayəsində Azərbaycan daha yaxşı və daha gözəl olacaqdır.
Əminik ki, Siz böyük, əfsanəvi, dünya şöhrətli insanın, Azərbaycan xalqının atası və Rusiyanın dostu olan Heydər Əliyevin xətti ilə gedəcəksiniz.
Azərbaycan Respublikasının rifahı, tərəqqisi və Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlərin möhkəmlənməsi naminə məsul fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.
Hörmətlə,
F.İzmaylov,
Sokol rayonu icra hakimiyyətinin başçısı.
Moskva, 21 oktyabr 2003-cü il.